F. Quranın əsas mövzuları Qurani-kərim insanların ehtiyaclarına və hadisələrin inkişafına
görə fərqli vaxtlarda nazil olduğu üçün müxtəlif mövzulardan bəhs
edən ayələr ard-arda düzülmüş və mövzu bütünlüyü əsas alınma-
mışdır. Quranın ələ aldığı mövzular müxtəlif surələrə yayılmışdır.
Buna görə də Quranı oxuyanlar və ya dinləyənlər bir çox mövzu
ilə qarşılaşırlar. Quranın bu üslubu əslində çox təsirlidir. Lakin
bu Quranın mövzularını müəyyən başlıqlar altında toplamamızı
çətinləşdirir.
İslam alimləri Quranın mövzularını müxtəlif başlıqlar altında
təs nif etməyə çalışmışlar. Bəzi alimləri bütün mövzuları sadəcə bir
neçə başlıq altında toplayarkən, bəziləri də yüzlərlə başlıqdan is-
tifadə etmişlər. Məsələn, müfəssir Təbəri, Quranın, Allahın varlığı