TƏFSİR ÜSULU VƏ TARİXİ 50
və birliyi (tövhid), xəbərlər, qissələr və dinlə əlaqədar hökmlərdən
ibarət olduğunu söyləmişdir. Zəməxşəri isə Qurandakı mövzuları,
Allahı tanıdan ayələr, ibadətlər, əmir və qadağalar, axirət (vəd və
vaid) deyə təsnif etmişdir. Razi də ona oxşar başlıqları seçmişdir:
ilahiyyat, axirət (məad), peyğəmbərlik (nübüvvət), qəza və qədər.
Əbu Bəkir İbn Ərəbi isə Quran ayələrini tövhid, təzkir və əhkam
başlıqları altında toplamış və bu başlıq adlarını belə izah etmişdir:
Tövhid: Məxluqata və Allahın ad, sifət və feillərinə dair möv-
zuları əhatə edir.
Təzkir: Mükafatlandırma vədi və cəzalandırma təhdidi, Cənnət
və Cəhənnəm, batini və zahiri təmizlik mövzularından ibarətdir.
Əhkam: Məsul olduğumuz şeylər, faydalı və zərərli şeylərin
nələr olduğu, əmrlər, qadağalar və məndublar kimi mövzular bu
başlıq altında incələnir.
Halis Albayrak isə Quranın əsas mövzularını aşağıdakı şəkildə
təsnif etmişdir:
1. Allah-aləm münasibətləri.
2. Allah-insan münasibətləri
3. İnsan-insan münasibətləri
4. İnsan-aləm münasibətləri
Biz bu alimlərin təsnifatları içərisindən aşağıdakı təsnifatı seçi-
rik və mövzuları da bu təsnifata görə ələ alırıq
51
: