Dərs kitabları №: 1 Ünvan: az6200, Zaqatala Şəhəri, Heydər Əliyev prospekti №: 88



Yüklə 1,15 Mb.
Pdf görüntüsü
səhifə60/281
tarix28.12.2021
ölçüsü1,15 Mb.
#17087
növüDərs
1   ...   56   57   58   59   60   61   62   63   ...   281
2. Quranda əxlaq
Yuxarıda Quranın əsas qavram və etiqadlarından bəhs etdik. 
Quranın əxlaq anlayışına görə bunların həyata da əks olunması la-
zımdır. Allaha və axirətə iman, insanın həyatına və davranışlarına 
da əks olunmalı, davranışlarına imanı istiqamət verməlidir:
56  Rəhman, 55/17-23
57  Zilzal, 99/1-8


TƏFSİR ÜSULU VƏ TARİXİ
54
“Bəndələrinin tövbəsini O qəbul edir, günahları O bağışlayır və sizin 
nə etdiyinizi də O bilir. İman gətirib yaxşı işlər görənlərin duasını qəbul 
edən, Öz nemətini onlara artıran da Odur. Kafirləri isə şiddətli bir əzab 
gözləyir!”
58
Quran, müsəlman inandığı Allah etiqadına görə həyatına yön 
verməsini istəyir:
“Həqiqətən,  Allah  (Quranda  insanlara)  ədalətli  olmağı,  yaxşılıq 
etməyi, qohumlara (haqqını) verməyi (kasıb qohum-əqrəbaya şəriətin va-
cib bildiyi tərzdə əl tutmağı) buyurar, zina etməyi, pis işlər görməyi və 
zülm etməyi isə qadağan edir. (Allah) sizə düşünüb ibrət alasınız deyə, 
belə öyüd-nəsihət verir!”
59
“(Ey müsəlmanlar!) İçərinizdə (insanları) yaxşılığa çağıran, xeyirli 
işlər  görməyi  əmr  edən  və  pis  əməlləri  qadağan  edən  bir  camaat  olsun! 
Bunlar (bu camaat), həqiqətən nicat tapmış şəxslərdir.”
60
“Onlar öz iştahaları çəkdiyi (özləri yemək istədikləri) halda (və ya: Al-
lah rizasını qazanmaq uğrunda) yeməyi yoxsula, yetimə və əsirə yedirərlər. 
(Və sonra da yedirtdikləri kimsələrə belə deyərlər: ) “Biz sizi ancaq Allah 
rizasından ötrü yedirdirik. Biz sizdən (bu ehsan müqabilində) nə bir mü-
kafat, nə də bir təşəkkür istəyirik.”
61
Allah kainatı insan üçün yaratmış və onun ixtiyarına vermişdir. 
İnsan da öz növbəsində təbiəti və kainatı qorumalı, onlarla Allahın 
istədiyi şəkildə davranmalıdır:
Sizə verdiyimiz ruzilərin təmizindən (halalından) yeyin, lakin bunda 
həddi aşmayın (israfçılıq, xəsislik və nankorluq etməyin, ehtiyacı olana şəri 
58  Şura, 42/25-26
59  Nəhl, 16/90
60  Ali İmran, 3/104
61  İnsan, 76/8-9



Yüklə 1,15 Mb.

Dostları ilə paylaş:
1   ...   56   57   58   59   60   61   62   63   ...   281




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin