QURANİ-KƏRİM (QURAN VƏHYİ) 55
qayda üzrə kömək göstərin), yoxsa qəzəbimə düçar olarsınız. Qəzəbimə dü- çar olan isə mütləq uçuruma düşüb bədbəxt (cəhənnəmlik) olar.” 62 3. Quranda hüquq və öhdəliklər Quranda fərdin cəmiyyətdəki hüquqları və öhdəliklərindən
də bəhs olunur. Belə ki, Quranda bəzi sosial və təşkilati məsələlər
üzərində durulmuş və fərdlər arasındakı münasibətlər haqqında
dini və hüquqi hökmlərə yer verilmişdir. Allah etiqadının və əxlaqın
sosial həyatdakı əksi Qurandakı hüquq və öhdəliklərdə özünü açıq
şəkildə göstərir. Etiqadlı və əxlaqlı fərdlər sosial həyatda ədalətli
olacaq, başqalarına haqsızlıq etməyəcəklər:
“Ey iman gətirənlər! Allah qarşısında (borcunuzu yerinə yetirməkdə) sabitqədəm və ədalətli şahidlər olun. Hər hansı bir camaata qarşı olan kini- niz sizi ədalətsizliyə sövq etməsin. Ədalətli olun. Bu, təqvaya daha yaxın- dır. Allahdan qorxun. Allah etdiklərinizdən xəbərdardır!” 63 Quran ədalət qarşısında hamının bir olduğunu və hüququn üs-
tünlüyünün hər kəs tərəfindən qəbul edilməsinin zəruriliyini dilə
gətirir:
“Ey iman gətirənlər! (Şahidliyiniz) sizin özünüzün, ata-ananızın, yaxın qohumlarınızın əleyhinə olsa belə, ədalətdən möhkəm yapışan Allah şahidi olun! (Əleyhinə şahidlik edəcəyiniz şəxs) istər dövlətli, istər kasıb ol- sun, hər halda Allah onların hər ikisinə (sizdən) daha yaxındır. Nəfsinizin istəyinə uyub haqdan üz çevirməyin! Əgər dilinizi əyib büzsəniz və ya (doğru şəhadət verməkdən, yaxud ümumən şahidlikdən) boyun qaçırsanız, (bilin ki) Allah etdiyiniz işlərdən xəbərdardır!” 64
Quranda, bu ədalət işığında, sosial ədalət, ailə və iqtisadiyyat
sahələrinə dair əmr və qadağalar da vardır:
62 Taha, 20/81
63 Maidə, 5/8
64 Nisa, 4/135