TƏFSİR ÜSULU VƏ TARİXİ 42
Quranın tədricən nazil olması onun yeni baş verəcək hadisələrə
paralel olaraq endirilməsi ilə əlaqədardır. Bu da fərdi və ictimai
inkişafın ilahi iradə istiqamətində formalaşması deməkdir. Çünki
Quran endiyi cəmiyyəti bütün bəşəriyyətə nümunə olması üçün
hazırlayırdı.
Quranın tədricən endirilməsininə eyni zamanda asanlıq və
çətinlik prespektivindən də yanaşmaq lazımdır. Quran asandan
çətinə metodunu tətbiq etmişdir. Bunlardan başqa Quranın belə
fasilələrlə enməsi İslam hüquqçuları üçün çox əhəmiyyətlidir.
Belə ki, onlar hökm çıxararkən ayələrin nüzulu əsnasındakı
xüsusiyyətləri diqqətə alır və səbəblərlə hadisələr arasında əlaqə
qura bilirlər. Bu da ayələrin mənalarının anlaşılmasını, təfsirini və
onlardan hökm çıxarmağı asanlaşdırır.
Tədricilik metodunun tətbiq olunmasının ən əsas səbəblərindən
biri də Quranın beynəlmiləl bir kitab olmasıdır. Çünki onun tətbiq
olunduğu cəmiyyət ideal bir cəmiyyət olmuş və bu cəmiyyət
özündən sonra gələcək bütün cəmiyyətlərə örnək təşkil etmişdir.