Ümumi qaydalar Davamiyyət Tələbələrin bütün dərslərdə iştirakı vacibdir. Tələbələr müəyyən səbəblərdən dərslərin
buraxılması (xəstəlik, ailə vəziyyəti və s.) haqqında məlumatı fakültə dekanlığına təqdim
etməlidirlər. 25%-dən artıq dərs bu raxan tələbələr imtahana buraxılmır.
Gecikmə Tələbə dərsə 15 dəqiqədən artıq gecikmişdirsə, onun dərs otağına daxil olması və dərsə
maneçilik törətməsinə icazə verilmir. Buna baxmayaraq, tələbə ikinci dərs saatına buraxıla
bilər.
Fəallıq Hər dərs tələbələrin dərsə hazırlığı və sual cavabda iştirakı qiymətləndirilir.
Yoxlama işi (Quiz) Semestr ərzində 2 dəfə aralıq və final imtahandan əvvəl testlər və ya açıq suallar şəklində
keçirilir. Müəllimə və dekanlığa qabaqcadan məlumat verilən səbəblərdən yoxlama işində
iştirak etməyən tələbə yoxlama işini növbəti həftədə yaza bilər.
Prezentasiya Semestr ərzində bir dəfə keçirilir. Əvvəlcədən müəllim ilə prezentasiya mövzusu seçilir.
Prezentasiya .pptx şəklində təqdim edilərək şifahi danışılır. Sonda tələbələrin və müəllimin
suallarına cavab verilir.
İmtahanlar Tələbənin imtahanda iştirakı və ya imtahanın buraxılması ilə bağlı bütün məsələlər fakültə
rəhbərliyi tərəfindən həll olunur. İmtahanda iştirak etməmə yalnız dekanlığın icazəsi ilə
mümkündür. İctimai fəaliyyətlə əlaqədar imtahanlardan yayınma hallarına yol verilmir .
İmtahanlar kumulyativ xarakterli olmalıdır. Aralıq və yekun imtahanların mövzuları
tələbələrə imtahandan öncə verilir. Son imtahanda sualların əksəriyyəti aralıq imtahandan
sonra keçirilmiş materialların əsasında tərtib olunur.
Tələbənin kursu başa vurması 60% və daha artıq bal toplamış tələbə kursu bitirmiş hesab olunur. Əks halda tələbə bu kursu
yenidən keçməlidir.
İmtahan qaydalarının pozuntuları İmtahanlarda mövcud qayadaların pozulması (köçürmə cəhdləri, köçürmələr, imtahanın
gedişini pozmaq və digər qanunsuz hərəkətlər ) hallarında tələbənin imtahan işi ləğv olunur.