Dərs vəsaiti ali məktəblərin 050608 "Elektroenergetika mühəndisliyi" ixtisası üzrə



Yüklə 0,99 Mb.
Pdf görüntüsü
səhifə21/30
tarix02.01.2022
ölçüsü0,99 Mb.
#48657
növüDərs
1   ...   17   18   19   20   21   22   23   24   ...   30
Kontakt shebekesi ve elektrik verilish xetleri fenninden elektron muhazireler

17. Kontakt şəbəkələrinin bölmələrə 

(seksiyalara) ayrılması 

 

 



Kontakt  şəbəkəsinin  bir-biri  ilə  elektriki 

əlaqəsi  olmayan  bölmələrə  (seksiyalara)  ayrılması 

bölmələrə  ayrılma  adlanır.  Bu  bölmələr  bir-biri  ilə 

bölmə  ayırıcıları  vasitəsi  ilə  birləşdirilə  bilər. 

Bölmələrə ayrılma kontakt şəbəkəsinin etibarlı işini 

artırır,  istismarını  asanlaşdırır.  Kontakt  şəbəkəsinin 

istənilən  bölməsi  təmir  işçiləri  üçün  açıla  bilər  və 

bu  zaman  digər  bölmələrdə  qatarların  hərəkəti 

dayandırılmır. 

 

Bölmələrə ayrılma uzununa və eninə aparılır. 



Uzununa  bölmələrə  ayrılma  zamanı  stansiyanın 

kontakt  şəbəkəsi  dəmiryolu  sahəsinin  kontakt 

şəbəkəsindən  aralanır  və  müxtəlif  bölmələr  təşkil 

edilir.  Stansiyalarda  bir  qrup  yolun  digərlərindən 

elektriki  ayrılması  stansiyanın  baş  yollarının  bir-

birindən  ayrılması  və  dəmiryolu  sahəsində  də 




52

 

yolların bir-birindən ayrılması üçün eninə ayırıcılar 



tətbiq edilir. 

 

Uzununa  bölmələrə  ayrılma  zamanı  anker 



sahələrinin  izoləedilmiş  əlaqəsi,  bağlanması  (hava 

aralığı)  düzəldilir,  quraşdırılır  və  əlaqə  yerlərində 

uzununa  bölmə  ayırıcıları  quraşdırılır.  Eninə 

bölmələrə  ayrılma  zamanı  СИ  tipli  bölmə 

izolyatorları  tətbiq  edilir.  Bölmələrin  bir-biri  ilə 

birləşdirilməsi  üçün  sxemdə  "П"  işarəli  bölmə 

ayırıcıları  tətbiq  edilir.  Stansiya  və  dəmiryolu 

sahələrində 

kontakt  şəbəkələrinin  həmsərhəd 

yerlərində 

(birləşmə 

yerlərində) 

izoləedilmiş 

bağlamalar,  əlaqələr  tətbiq  edilir.  Onlar  bölmələri 

elektriki  cəhətdən  ayırır  və  3  yaxud  4  aşırımlı  ola 

bilərlər. 

 

 


Yüklə 0,99 Mb.

Dostları ilə paylaş:
1   ...   17   18   19   20   21   22   23   24   ...   30




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin