55
Şəkil 20. Elastiki eninə quruluşun sxemi.
Aşağı fiksasiya saxlama trosunda fiksatorlar
bərkidilir ki, onlar vasitəsi ilə kontakt naqillərinin
ziqzaqları təmin edilir. Stansiya yollarının sayından
asılı olaraq eninə elastiki tir dayaqlarının
hündürlüyü 15-20m təşkil edir. Eninə aparıcı troslar
en kəsiyi 70 və 95mm
2
olan bimetal naqillər
istifadə olunur. Fiksator trosları üçün isə 50-70mm
2
elastiki bimetal naqillər tətbiq edilir. Dayaqlar
yanında bütün troslara izolyatorlar yerləşdirilir.
Aşağı fiksasiya trosunda isə hər iki tərəfdən iki
ədəd izolyatorlar yerləşdirilir. Bu izolyatorlar
arasında uzunluğu 1m olan və eninə aparıcı trosla
yuxarı fiksasiya trosunu elektriki birləşdirən əlavə
element yerləşdirilir. Istənilən vaxt onun kontakt
asmasına və torpaqlanmış dayaqlara birləşməsi
gərginlik altında işləməyə imkan verir. Kontakt
56
şəbəkələrinin bölmələrə ayrılması üçün aşağı
fiksasiya trosunda izolyator qoyulur.
Dostları ilə paylaş: