Kontakt şəbəkəsinin dayaqları –dayaqlar
təyinat-larına, konstruksiyalarına və hazırlanma
materiallarına görə fərqlənirlər. Təyinatlarına görə
dayaqlar aralıq keçid anker - fiksasiya dayaqlarına
ayrılırlar. Saxlayıcı konstruksiya-larının növünə
görə dayaqlar konsol, sərt və elastiki eninə
tirlərindayaqlarına təsnif edirlər. Dayaqlar dəmir,
beton və metal dayaqlara ayrılırlar. Dəmir beton
dayaqlarda az metal istifadə olunduğundan əlverişli
sayılırlar. Lakin ağırlıqları (1,5-2 ton) olan bu
dayaqların quraşdırılması üçün qaldırıcı kranlar
tələb olunur, daşınma zamanı daha tez zədələnirlər
və sabit cərəyan yollarında elektrik korroziyasına
məruz qalırlar.
Metal dayaqlar adətən stansiyalarda elastiki
eninə tirlər üçün tətbiq edilirlər.onların istismar
müddəti 50 ildir. Çəkiləri dəmir-beton dayaqlara
nisbətən 3-5 dəfə yüngüldür və onlarda müxtəlif
növ konstruksiyaların və detalların yerləşdirilməsi
daha asandır. Lakin çoxlu metal tələb olunur və
onların korroziyadan qorunması üçün müntəzəm
olaraq
rənglənməlidirlər.
Metal
dayaqlar
uqolniklərdən və şvellerlərdən yığılır. Metal
dayaqların normativ momentləri 25-dən 150 ton
qüvvə m-ə qədərdir. Elastiki eninə tirlər üçün
istifadə olunan dayaqların hündürlükləri 15-20m-
dir. Bu dayaqlar eyni zamanda ankerdayaqları kimi
də ola bilərlər.onlar dəmir-beton fundamentlərdə
anker boltları vasitəsi ilə bərkidilirlər. Dəmir-beton
58
dayaqlarda istifadə olunan betonun markası 400-dür
və onlar birbaşa yerdə quraşdırıla bilərlər. Eninə
kəsiklərinin formasına görə dayaqlar çevrə və iki
tavr olurlar. Dayaqlar 11,2; 12,8; 13,6 uzunluqlarda
hazırlanırlar, normativ momentləri isə 4, 5, 6 və 8
ton qüvvə m ola bilər.
Uzunluğu 11,2m olan dəmir-beton dayaqlar
fundamentlərdə 12,8 və 13,6m-lik dayaqlar isə
bilavasitə
yerdə
quraşdırılırlar.
Dayaqların
davamlığı onların yerdə bərkidilməsindən asılıdır
və bu zaman dayaqların növü, təsir edən qüvvələr,
yerin xassəsi və s. amillər nəzərə alınmalıdırlar.
Dayaqlar üzərində konsolların və kronşteynlərin
bərkidilməsi üçün hissələr detallar olmalıdır (xamut,
çənbər və s.). Fundamentlərdə yerləşdirilən
dayaqlar üçün 2,5-3 bərabər ehtiyyat əmsalı qəbul
olunmalıdır.
Dostları ilə paylaş: |