2. Hava kontakt şəbəkəsi və kontakt relsi
Elektrik stansiyalarından elektrik enerjisi
elektrikləşdirilmiş dəmir yollarını qidalandıran dartı
yarımstansiyalarına verilir. Bu yarımstansiyalarda
çevrilən elektrik enerjisi sabit və dəyişən cərəyanlı
ikinaqilli şəbəkə ilə elektrik lokomotivlərinə verilir.
Bu
naqillərdən
biri
yol
boyunca
dayaq
quruluşlarında asılan kontakt naqilidir. Ikinci naqil
isə relslərdir. Dəmir yollarında istifadə edilən
elektrik lokomotivlərində quraşdırılan cərəyan
qəbuledicilər işçi vəziyyətdə kontakt naqilinə
sıxılaraq elektrik kontaktını təmin edir və bununla
cərəyan qəbulu alınır. Beləliklə hərəkət edən
elektrik lokomotivinə elektrik enerjisi 2 kontakt
vasitəsilə verilir:
1. Kontakt naqili ilə lokomotivin cərəyan
qəbuledicisi arasında kontakt.
2. Lokomotivin təkər cütləri ilə relslər
arasındakı kontakt.
Kontakt şəbəkəsindən alınan elektrik enerjisi
lokomotivin dartı mühərriklərinə verilir. Bu
mühərriklər enerjisini lokomotivin təkər cütlərinin
fırlanmasına sərf olunan mexaniki enerjiyə çevrilir.
Elektrikləşdirilmiş dəmir yollarında kontakt naqili
uzununa dəmir yolları boyunca yerləşən aparıcı
trosdan asılır.
Bu tros kontakt naqilini tələb olunan
vəziyyətdə
saxlayan
dayaq
quruluşlarında
5
bərkidilir. Aparıcı troslardan və kontakt naqilindən
ibarət olan sistem kontakt asması adlanır. Kontakt
asması və onun bütün saxlayıcı quruluşları birlikdə
kontakt şəbəkəsi adlanır.
Beləliklə, kontakt şəbəkəsielektrik enerjisini
dartı yarımstansiyalarından elektriklokomotivinə
ötürən elektrik qurğusudur. Kontakt asmasıkontakt
şəbəkəsinin əsas hissəsidir. Kontakt asmasıdartı
yarımstansiyalarına
qidalandırıcı
naqillərlə
(fiderlərlə),
relsləri
isə
sorucu
naqillərlə
birləşdirilir.
Kontakt
və
rels
şəbəkələri,
qidalandırıcı və sorucu xətlər birlikdə dartışəbəkəsi
adlanır. Gərginlik və enerji itkilərinin cox olması
ilə əlaqədar sabit cərəyanla elektrikləşdirilmiş
dəmir yollarında kontakt asması naqillərinin en
kəsiyi sahəsi tələb olunan cərəyanı buraxa
bilmədiyindən əlavə olaraq kontakt şəbəkəsi
dayaqlarında, yolun çöl tərəfində aliminiumdan
hazırlanmış gücləndirici naqillər asılır ki, bu da
kontakt asmasının en kəsiyini artırır. Gücləndirici
naqillər müxtəlif bir neçə nöqtələrdə paralel olaraq
kontakt
asmasınınnaqillərinə
birləşdirilir.
Qidalandırıcı, sorucu və gücləndiricinaqillər hava
xətləri formasında hazırlanır. Bundan əlavə
dayaqlar üzərində çöl tərəfdən dəmir yolları
boyunca
yerləşən
qeyri dartı işlədicilərinin
qidalandırılması üçün gərginlikləri 6-10; 27,5 və 35
kV olan uzununa elektrik təchizatı adlananhava
xətləri asılır. Kontakt şəbəkələri ağır şəraitdə
6
istismar olunur. Beləki hava temperaturunun kəskin
dəyişməsi, külək, buzlaşma və şimşək təsirinə
məruz qalır. Kontakt şəbəkəsielektrik təchizatı
sisteminin ehtiyatı olmayan hissəsidir. Onun
etibarlığını təmin etmək məqsədilə layihələndirmə
zamanı yüksək davamlılıq ehtiyyat əmsalı nəzərdə
tutulur. Ehtiyyat əmsalı 2-4 olmalıdır. Kontakt
şəbəkələrinə sərf olunan xərclər dəmir yollarının
elektrikləşdirilməsinə sərf olunan xərclərin 30-35%
ni təşkil edir. Kontakt şəbəkələrinin quruluşu
aşağıdakı qeyd olunan şərtləri ödəməlidir:
1. İstənilən atmosfer şəraitində fasiləsiz
cərəyan qəbulunu təmin etməli;
2. Sadə quruluşa malik olmalı;
3. Zədələnmə zamanı tez bir zamanda bərpa
olunmalı;
4.Az zədələnmə zonasına malik olmalı;
5. Az istismar xərcləri tələb etməli;
6. Uzun müddətli xidmət quruluşlu olmalıdır;
Kontakt şəbəkəsi 2 sistemdə quraşdırılır:
I- Hava kontakt asması sistemi.
II- Kontakt relesi.
Dəmir yollarında I; metropolitendə isə II
tətbiq edilir.
Hava kontakt asması 2 sadə və zəncirvari
asmalara bölünür. Sadə kontakt asması bir birindən
30-40
metr
məsafədə
yerləşən
saxlayıcı
quruluşlarda asılmış bir kontakt naqilindən ibarətdir.
Sadə kontakt asması tramvay, trolleybus və hərəkət
7
sürəti 35-40 km
saat
olan
dəmir
yolu
yarımstansiyalarının 2-ci dərəcəli yollarında tətbiq
edilir. Yüksək sürətli dəmir yolu sahələrində
zəncirvari kontakt asmaları istifadə edilir. Onların
kontakt asması aparıcı trosdan, kontaktnaqilindən
və sabit cərəyanla elektrikləşdirilmiş yollarda bəzən
gücləndiricinaqillərdən ibarətdir. Bu mürəkkəb
quruluşlu zəncirkontakt asmasında kontakt naqilləri
aparıcı troslardan şinlər vasitəsilə asılır. Aparıcı
tros saxlayıcı quruluşlarda (konsol adlanan)
izolyatorlar vasitəsilə bərkidilir. Kontakt naqilinin
üfüqi vəziyyətdə xüsusi tələb olunan lazımi
vəziyyətdə (ziqzaq) asılmasını və lokomotivinin
cərəyan qəbuledicisinin xizəyi üzərində yerləşən
kontakt lövhələrinin eyni səviyyədə yeyilməsini
təmin etmək üçün fiksatorlar adlanan quruluşlarda
istifadə edilir. Metropoliten yollarında cərəyan
qəbulu kontakt relesi vasitəsilə təmin edilir.
Cərəyan qəbulu kontakt relesi yolun kənarında
şpallar üzərində quraşdırılan quruluşlarda bərkidilir.
Cərəyan qəbulu vaqonun arabasında bərkidilən
cərəyanqəbuledicivasitəsilə yerinə yetirilir. Kontakt
relesi 3 tərəfdən taxta və ya digər izoləedici
material vasitəsilə örtülmüşdür ki, bu da işçilərinin
təhlükəsizliyini təmin edir.Kontakt relesi yüksək
keçiricisi olan poladdan hazırlanır. Kontakt relesi
hissəsinin uzunluğu 12,5 m, xətt sıxlığı isə 51,7
kq/m-dir. Izolyatorlar saxsıdan hazırlanır. Kontakt
relesində temperatur calaqları qoyulur.
|