Birinci qrupa
ailə institutunun yaranması və inkişafı,
demoqrafiya problemləri, psixoloji cəhətdən ailəyə
uyğunlaşma məsələlərinin müzakirə olunduğu məqələlər
daxil edilir (“Aclıq tərəqqini əvvəlcədən xəbər verir”,
“Mikroskop altında nikah”, “Sən kim olduğunu mənə de,
mən sənə kiminlə evlənəcəyini deyim” və s. şərti başlıqlı).
İkinci qrup
tibbi müdaxilə yolu ilə depopulyasiya
probleminin həllinə aid layihələrə ziddiyyətli (daha çox
neqativ) münasibəti əks etdirən məqalələri özündə
198
birləşdirir (“Qalmaqallı uşaqlar”, “Probirkadan olan uşaqlar:
anlamalı və mühakimə etməli” və s. şərti başlıqlı).
Üçüncü qrup kübar ailələrin həyatına aid hadisələrə
verilən şərhlərdən ibarət olur. Ailənin vəziyyəti böhranlı
kimi qiymətləndirilərsə, onun cəmiyyət üçün kəsb etdiyi
əhəmiyyət
şübhə doğurmamalıdır. Ailə haqqında
informasiya respondentlərin diqqətinə cəmiyyətin özünün
vəziyyətinin və burada dominantlıq edən dəyər və etik
normaların da asılı olduğu əhəmiyyətli bir sosial struktur
kimi təqdim olunur. Müəlliflər depopulyasiya probleminin
tibbi müdaxilə yolu ilə həllinə ciddi yanaşmağın vacibliyini
vurğulayır və bunun hər an nəzarətdən çıxa bilməsi barədə
xəbərdarlıq edirlər.
Beləliklə, hələ keçən əsrin 90-cı illərində Qərb mət-
buatında geniş müzakirə olunan və son vaxtlar bəzi
göstəricilər üzrə Azərbaycanda da özünü rüşeym halında
büruzə verən problem artıq bizim KİV-də də yavaş-yavaş
özünü göstərməyə başlamışdır. Etiraf etmək lazımdır ki,
“ulduzların” həyatına aid cazibəli faktlar xarici mətbuatdan
fərqli olaraq, bizim kütləvi informasiya vasitələrində daha
çox tezliklərlə geniş auditoriyaya təqdim olunur.
KİV adı altında birləşmiş böyük həcmdə mətn
massivi dedikdə təşviqat, o cümlədən, demoqrafik təbliğat
və ideologiya nəzərdə tutulur. Məsələn, mediada
dominantlıq edən biruşaqlı ailə obrazı müəyyən
ideologiyanın – azuşaqlı ailə ideologiyasının
formalaşdırılmasının nəticəsidir. Bu ideologiya ailədə bir
uşağın olmasını valideynlərin uşağın tərbiyəsinə yüksək
tələbkarlığı, ya da uşağın “fövqəlqiymətli”liyi ilə izah
etməyə çalışır. Həqiqətdə isə bunun arxasında “yoxsulluğun
doğub-törəməsinə” xərc çəkməmək stereotipi durur.
Tədqiqatlar göstərir ki, yüksək həyat səviyyəsi
uşaqların doğulmasının heç də vacib və əsas şərti deyildir.
Eyni zamanda, yüksək həyat şəraitinin ailədə uşağa olan
199
ehtiyacın ödənilməsinə mane olduğunu da israr etmək
düzgün deyildir. Yeni industrial sivilizasiya dəyərləri
sistemində həyatın bütün tərəflərinin yaxşılaşdırılması
ailədənkənar fəaliyyətdə iştirak etməkdən daha çox asılı
olur. Məişət problemlərinin də ailədənkənar fəaliyyətlə həlli
getdikcə daha çox müşahidə olunmaqdadır. Lakin,
demoqrafik böhranların hökm sürdüyü, əhalinin sayca
azaldığı ölkələrdə KİV problemin sosial aspektlərini
işıqlandırmaqdansa, onun siyasi nəticələrini ön plana çəkir
və problemi “milli təhlükəsizlik” kontekstində təqdim
etməyə çalışır. Məsələn, bir qədər əvvəl əhali kəmiyyəti
məsələsindən danışarkən Qərb KİV-ində özünü göstərən
“Avropanın müsəlmanlaşması” qorxusunu, hazırkı Rusiya
mediasında isə özünə yer alan “Çin təhlükəsi”ni (çinlilərin
Uzaq Şərq ərazilərində kütləvi şəkildə məskunlaşmalarını)
buna misal göstərmək olar. Rusiya kütləvi informasiya
vasitələrində həmçinin əhalinin ilbəil azalması, böyük sayda
əmək miqrantlarının meydana gəlməsi, qadınlara nisbətən
kişilərin orta ömür uzunluğunun azlığı, geosiyasi ərazilərin
“əhalisiz qalması” məsələləri daha əndişəli tərzdə
işıqlandırılmaqdadır.
Azərbaycan KİV-ində demoqrafik proseslərlə bağlı
hələlik həyəcan təbilinin səsləri eşidilməsə də, ölkədən
əmək miqrasiyası axınının artması mövzusu tez-tez
müraciət olunan mövzulardan biridir. Bu axının əsasən 20-
50 yaş arası əməkqabiliyyətli kişilərdən ibarət olduğu
nəzərə alınarsa, gələcəkdə ölkəni hansı demoqrafik
problemlərin gözlədiyini təsəvvür etmək çətin deyil. Bu
axın həm əhali artımını, həm də xalqın genofondununn
qorunub saxlanılmasını ciddi təhlükə altında qoyur
(“İnsanlar hara gedir?")
95
. Statistik məlumatlara görə
respublikada boşanmaların təxminən 15 %-i ərləri qazanc
95
“Зеркало” qəzeti, 22 dekabr 2004.
200
dalınca başqa ölkələrə gedən, evlərinə pul göndərməyən və
yaxud da ümumiyyətlə geriyə, öz ailəsinə dönməyən
qadınların payına düşür. Bu kitabın müəllifinin on il
Beynəlxalq Miqrasiya Təşkilatının Azərbaycandakı
Nümayəndəliyi İnformasiya Mərkəzinin direktoru qismində
(2001-2010-cu illər) Azərbaycanın müxtəlif bölgələrində
apardığı müşahidələrə görə, belə ailələrdən olan uşaqların
iqtisadi çətinliklər ucbatından məktəblərdən kənarda
qalmaları nəinki demoqrafik vəziyyətə, eyni zamanda,
özünü xalqın mədəniyyətinin ümumi səviyyəsinə neqativ
təsir göstərən faktor kimi büruzə verir.
Bu bir reallıqdır ki, kütləvi informasiya vasitələri
ailədə böyük sayda uşaqların olmasının böyük pul kisəsidən
asılılığı haqqında kütləvi düşüncə formalaşdırmışlar.
Doğum faktorunun elmi araşdırmalarının nəticələri isə
əhaliyə o qədər də tam məlum deyil. Rifah halı ilə doğum
arasında olan əks korrelyasiya asılılığı həyat səviyyəsi
yüksəldikcə doğumun aşağı düşməsi imkanını təsdiq edən
təkzibedilməz faktdır. Bu məsələlər bəzi demoqrafların və
iqtisadçıların elmi-tədqiqat işlərində ətraflı və peşəkarlıqla
araşdırılsa da,
96
KİV-lərin fəaliyyəti ilə bağlı bu sözləri
demək bir qədər çətindir.
Milli strategiya problemləri ilə məşğul olan dövlət
qulluqçuları, sosial siyasət üzrə ekspertlər və əlbəttə, kütləvi
informasiya vasitələri demoqrafiya sahəsində baş verən
proseslərin mahiyyəti haqqında mütləq bilgisizlik və qeyri-
peşəkarlıq nümayiş etdirirlərsə, bunun nətcəsini sadəcə
cəhalət adlandırmaq düz olmazdı. Bu problemin elementar
mövcudluq səviyyəsinə endirilməsinə
cəhd kimi
qiymətləndirilməlidir. Bu isə gələcəkdə cəmiyyətin daha
qorxulu qlobal bir problemlə qarşılaşmasına zəmin yaradır.
96
Ş.M.Muradov. İnsan potensialı: əsas meyllər, reallıqlar, problemlər. –
Bakı: Elm, 2004. Səh.10-77, 206-304
201
Ona görə də kütləvi informasiya vasitələrinin
cəmiyyəti ən qiymətli oriyentirə - uşağa doğru
istiqamətləndirməsi mənəviyyatca saf həyat tərzi və
düşüncəsini ifadə edir. Bu, sağlamlıq, rifah kimi dəyərlərlə
yanaşı duran bir dəyərdir. Uşağa olan tələbat sosiomədəni
fenomen, ictimai qurumun indikatorudur. Ona görə də
gələcəyə ünvanlanmış demoqrafik dövlət siyasəti, ictimai
təşkilatların və əlbəttə, KİV-in fəaliyyətinin əsas məqsədi
ailə institunun möhkəmləndirilməsindən, çoxuşaqlı ailələrin
inkişaf və təşviq etdirilməsindən, onların rəğbətləndirilmə-
sindən ibarət olmalıdır.
Dostları ilə paylaş: |