DƏrs vəSAİTİ Azərbaycan Respublikası Təhsil Nazirinin



Yüklə 4.51 Kb.

səhifə1/29
tarix23.12.2016
ölçüsü4.51 Kb.
növüDərs
  1   2   3   4   5   6   7   8   9   ...   29

İlham Mazanlı 
 
 
 
 
 
JURNALİSTİKA 
 VƏ MÜASİR DÖVRÜN 
QLOBAL PROBLEMLƏRİ 
 
 
DƏRS VƏSAİTİ 
 
 
 Azərbaycan Respublikası  Təhsil Nazirinin 
10.05.2012-ci il tarixli 799 saylı  əmri ilə  təsdiq 
edilmiş “Jurnalistika və müasir dövrün qlobal 
problemləri” kursu üzrə  tədris-metodik vəsaitə 
uyğundur. 
 
 
 
 
 
 
 
 
 
Bakı – 2013 

 
 
 
 
Elmi redaktor: 
prof. H.A.Vəliyev  
 
Rəyçilər:   prof. 
Ş.Q.Vəliyev 
   prof. 
N.A.Əhmədli 
 
 
Mazanlı İ.A. 
Jurnalistika və müasir dövrün qlobal problemləri: Dərs 
vəsaiti. – Bakı: “Bakı Universiteti” nəşriyyatı, 2013. 416 
səh. 
 
Dərs vəsaiti jurnalistika və pablik rileyşnz ixtisasları 
üzrə təhsil alan tələbələrə, qəzet və jurnal redaksiyalarında, 
elektron KİV-lərdə  işləyən jurnalistlərə, sahə mütəxəssis-
lərinə, eyni zamanda korporativ qruplara və geniş oxucu 
kütləsinə ünvanlanmışdır və müasir dövrün qlobal problem-
lərinin KİV-də  işıqlandırılması  məsələlərinin araşdırılması 
istiqamətində atilan ilk addımlardan biridir. Müəllif heç də 
bu problemləri, onların həlli yollarını, bu sahədə  KİV-in 
iştirakını ideal şəkildə əhatə etmək iddiasında deyil və kitab 
haqqında, burada qoyulan məsələlər barədə öz fikir və 
qeydlərini bildirən hər bir kəsə  əvvəlcədən minnətdarlığını 
bildirir. Sizin təklif və mülahizələriniz  əsasında kurs üzrə 
dərslik hazırlayıb çap etdirmək niyyətindəyik.  
 
Elektron ünvanı: micenteraz@gmail.com
 
 
 “Bakı Universiteti” nəşriyyatı, 2013 
  © İ.A.Mazanlı, 2013
 


 
M Ü N D Ə R İ C A T 
 
G İ R İ Ş ...................................................................................   5 
 
I MÖVZU. KİV və müasir dövrün qlobal problemləri: 
ümumi nəzər.....................................................................  18 
  
II MÖVZU. Jurnalistika və müasir dövrün qlobal 
geosiyasi problemləri........................................................  53 
 
III MÖVZU. Jurnalistika və qlobal iqtisadi problemlər, 
planetar iqtisadi inteqrasiya məsələləri.............................  99 
 
IV MÖVZU. Jurnalistika və müasir dövrün qlobal 
ərzaq problemi ................................................................ 137 
 
V MÖVZU. Jurnalistika və müasir dövrün qlobal 
demoqrafiya problemləri ................................................ 170 
 
VI MÖVZU. Jurnalistika və müasir dövrün qlobal 
 ekoloji problemləri ........................................................  202 
 
VII MÖVZU. Müasir elektron KİV-lər və qlobal 
psixoekoloji problemlər .................................................. 226 
 
VIII MÖVZU

Jurnalistika və beynəlxalq 
terrorizm problemi ........................................................   235 
 
IX MÖVZU. Jurnalistika və müasir dövrün qlobal 
narkomaniya problemi ..................................................   269 
 
X MÖVZU. Jurnalistika və qlobal korrupsiya 
 problemi .......................................................................   282 
 
 
 
 
 

 
ƏLAVƏLƏR 
 
I ƏLAVƏ. Qlobal problemlərə aid terminlərin izahlı 
lüğəti.................................................................................303 
 
II ƏLAVƏ. Kursun proqramı..........................................320 
 
III ƏLAVƏ. Tələbələrə təklif olunan sərbəst işlərin  
siyahısı və tematikası........................................................337 
 
IV ƏLAVƏ. Praktik məşğələlər üçün çalışma və 
 tapşırıqlar ........................................................................340  
 
V ƏLAVƏ . Praktik məşğələlər üçün işgüzar oyunlar.....351 
 
VI ƏLAVƏ.  Təklif olunan ədəbiyyat siyahısı................356 
 
VII  ƏLAVƏ. Təklif olunan internet saytları..................363  
  
VIII ƏLAVƏ.  BMT- nin Minillik Bəyannaməsi............365 
 
IX  ƏLAVƏ.  BMT Baş katibinin Narkotiklərdən sui-
istifadə və onların qanunsuz dövriyyəsinə qarşı mübarizə 
günü münasibəti ilə Müraciəti ........................................ 382 
 
X ƏLAVƏ. Təklif olunan beynəlxalq sənədlərin  
siyahısı..............................................................................384 
XI ƏLAVƏ. Azərbaycan Respublikasının Milli 
Təhlükəsizlik Konsepsiyası............................................. 386 
 
 
 
 


 
G İ R İ Ş 
 
Kursun predmeti, vəzifələri və  
terminoloji aparatı 
 
Ötən  əsrin sonlarında beynəlxalq münasibətlərdə, 
insanlarla cəmiyyət, cəmiyyətlə təbiət arasındakı münasibət-
lərdə yaranmış ziddiyyətlər, intersosial və geosiyasi prob-
lemlər, cəmiyyətin müxtəlif təbəqələrinin yoxsulluğu və 
zənginliyi arasındakı kəskin təzadlar, planetar iqtisadi inteq-
rasiyaya olan ehtiyac, ekoloji fəlakətlər, qlobal ərzaq, de-
moqrafiya, narkomaniya, miqrasiya, beynəlxalq terrorizm 
problemləri, nüvə qırğını xofu və s. kimi digər qlobal prob-
lemlər bəşəriyyəti daha çox nara   hat etməyə başlamışdır. 
Müasir dövrün qlobal problemləri  əvvəllər lokal xarakter 
daşısalar da, elm və texnikanın inkişafı, sənayeləşmə  şə-
raitində insanların razılaşdırılmamış  fəaliyyətləri nəticəsin-
də getdikcə ümumbəşəri xarakter almışdır və bütövlükdə 
bəşəriyyətin marağını ifadə edirlər. Planetimizin gələcəyi 
qlobal problemlərin həllindən olduqca asılı bir vəziyyətə və 
təhlükəli həddə gəlib çatmışdır.  
Qlobal problemləri araşdırma mərkəzləri, aparıcı mü-
təxəssislər, o cümlədən jurnalistika nəzəriyyəçiləri vəziy-
yətin ciddiliyini və  təxirəsalınmaz tədbirlərin həyata ke-
çirilməsinin vacibliyini dərk edərək, qlobal dünya konsep-
siyasını işləyib hazırlamışlar.  
Bəşəriyyətin inkişaf yolunda böhran proses və  təza-
hürlərinin güclənməsi, eyni zamanda, müstəqilliyini yeni-
dən bərpa etmiş respublikamızın həyatında regionda gedən 
geosiyasi, iqtisadi, sosial və mədəniyyət sahələrində baş ve-
rən transformasiyalarla əlaqədar olaraq yaranan kəskin də-
yişikliklər Azərbaycan ictimaiyyətinin və jurnalistikasının 
qarşısında da bir sıra prinsipal vəzifələr qoymuşdur və bu 
vəzifələri  şübhəsiz ki, gənc nəsil jurnalistlər həyata keçir-
məlidirlər.  

 
Məhz bunları nəzərə alaraq, “Jurnalistika və müasir 
dövrün qlobal problemləri” kursunun məqsədi jurnalistika 
və pablik rileyşnz fakültələrinin məzunlarını bu məsul 
vəzifəni yerinə yetirməyə hazırlamaqdan, onlara müasir 
qlobal problemlər barədə  zəngin bilik verməkdən, bu 
problemlərin həllində mühüm rol oynaya biləcək, potensial 
nəzəri və praktik gücə malik kütləvi informasiya vasitələ-
rinin geniş imkanları ilə tanış etməkdən ibarətdir.  
Qlobal problemlərin həllində jurnalistikanın xüsusi 
rolu vardır. Zamanın çağırışına adekvat cavabların tapıl-
masında jurnalistikanın qarşısında konkret vəzifələr durur. 
Qlobal problemlərin həllində jurnalistikanın iştirakının əsas 
istiqamətləri, onun səmərəli iştirakını  təmin edən amillər 
müəyyənləşdirilmişdir. Kütləvi informasiya vasitələrinin 
hər birinin bu problemlərin işıqlandırılmasında özünəməx-
susluğu: ümumi və  fərqli cəhətləri var. Qlobal problemlər 
mövzusunda olan materiallara xususi tələblər qoyulur. 
Jurnalistin bəhs etdiyi problemə  ən azı sahə mütəxəssisi 
səviyyəsində  bələd olmasının zəruriliyi,  şərhlərin və  təh-
lillərin elmiliyi, sadəliyi, oxucu auditoriyasının səciyyəvi 
xüsusiyyətlərini nəzərə alması  və s. şərtlərin araşdırılması, 
bu xüsusiyyətlərin xüsusilə  də jurnalistika fakültələrində 
təhsil alan tələbələr tərəfindən mənimsənilməsi, həmçinin 
tələbə jurnalistlərin qlobal problemlərin kütləvi informasiya 
vasitələrində işıqlandırılmasının forma və metodları ilə taniş 
olmaları olduqca əhəmiyyətlidir.  
Gələcək jurnalistlərin qlobal problemlərin mahiyyəti
onların yaranma səbəblərı, həlli yolları, bu işdə jurnalis-
tikanın yeri, rolu və  əhəmiyyəti ilə  dərindən və  hərtərəfli 
tanış olmaları müstəsna  əhəmiyyətə malikdir. Eyni zaman-
da, tələbə  və  gənc jurnalistlərin KİV-in bu mövzularda çı-
xışlarının tematik, forma və metod, janr və  sənətkarlıq 
xüsusiyyətlərinə bələd olmaları mətbuatın, xüsusilə də elek-


 
tron kütləvi informasiya vasitələrinin praktik fəaliyyət-
lərinin təsirliliyinin artmasının başlıca şərtlərindəndir.  
Beləliklə, yuxarıda deyilənləri ümumiləşdirərək, 
qarşıya qoyulmuş  məqsədə nail olmaq üçün “Jurnalistika 
və müasir dövrün  qlobal problemləri” kursunun başlıca 
vəzifələrini aşağıdakı kimi qruplaşdırmaq olar: 
 
tələbələri bəşəriyyəti narahat edən, böhran 
səviyyəsinə çatmış neqativ sosial-təbii proseslərlə tanış 
etmək; 
 
gənclərin bu problemlərin qlobal xarakter aldığını 
və onların həlli üçün bütün ölkələrin və xalqların, bey-
nəlxalq təşkilatların öz qüvvələrinin birləşdirmələrinin 
vacibliyini dərk etmələrindən ötrü bütün lazımi tədbirləri 
görmək; 
 
ölkədə hüquqi dövlətin, demokratik cəmiyyətin 
əsaslarının və bazar iqtisadiyyatının yaradıldığı bir şəraitdə 
özünü kəskin  şəkildə büruzə verən daxili problemlərin bu 
proseslərlə nə dərəcədə əlaqəli olduğunu göstərmək;  
 
böhran vəziyyətindən bəşəriyyətin necə 
çıxacağının yollarını  və bu prosesdə jurnalistikanın yerini 
və rolunu dəqiq təsəvvür etməkdə  tələbələrə kömək gös-
tərmək; 
 
əhalinin qlobal problemlərlə, onların yaranma sə-
bəbləri və həlli yollarının müəyyən edilməsi ilə bağlı KİV-
in fəaliyyət istiqamətlərinə diqqət yetirmək; 
 
gələcək jurnalistləri müasir dövrün qlobal prob-
lemlərinin həllində KİV-in iştirakının pozitiv təcrübəsi, eyni 
zamanda, cəmiyyətdə qeyri-sabitlik yarada bilən neqativ 
tendensiyalarla tanış etmək; 
 
jurnalistikaya özünün konkret-tarixi vəzifələrini 
uğurla yerinə yetirməsinə  şərait yaradan məsuliyyətlilik və 
kompetentlik faktorlarının müəyyən edilməsində  gənclərə 
kömək göstərmək. 

 
Yuxarıda sadalanan vəzifələrin KİV tərəfindən yüksək 
səviyyədə yerinə yetirilməsi üçün ilk növbədə jurnalistika 
və pablik rileyşnz ixtisası  və s. sahə ixtisasları üzrə  təhsil 
alan tələbələr, KİV işçiləri – jurnalistlər özləri qlobal 
problemlərlə, onların mahiyyəti, tarixi, yaranma səbəbləri 
və amilləri, həlli yolları  və s. ilə  dərindən tanış olmalı, 
onları  dərk etməlidirlər. Bu zaman Azərbaycan 
gerçəkliyinin aktual problemlərinin (siyasi, iqtisadi, sosial, 
mənəvi sahələrdə baş vermiş transformasiyalarla şərtlənən), 
eyni zamanda dəyərlər sistemindəki dəyişikliklərin təhlil və 
müqayisə yolu ilə izlənilməsi və  nəzərdən keçirilməsi 
müəyyən elmi və praktik nəticələrin  əldə olunmasına, 
əsasən də Azərbaycan jurnalistikasının sözügedən sahədə 
nəzərəçarpacaq effektlər  əldə etməsinə  şərait və imkan 
yaradacağına ümid edirik. Beynəlxalq və yerli tədqiqat mər-
kəzlərinin apardıqları araşdırmaların və  cəmiyyətdəki 
müasir sosial-təbii proseslərin monitorinqlərinin nəticə-
lərinin jurnalistikaya tətbiqi, onun xarici və daxili qanuna-
uyğunluqları prizmasından öyrənilməsi də bir fəaliyyət 
sahəsi kimi həm jurnalistika üçün, həm də  bəşəriyyətin 
təhlükəsiz gələcəyinin təmin olunması üçün faydalı ola 
bilər. 
Kursda qlobal problemlərin mahiyyəti, yaranma 
səbəbləri, neqativliyi, müasir vəziyyətləri, onların həlli 
yollarının araşdırılması ilə yanaşı, bu sahədə  KİV-ə xas 
aşağıdakı  fəaliyyət özəllikləri də daim dəqqət mərkəzində 
saxlanılır: 
 
qlobal problemlərin dərk olunmasında, öyrənil-
məsində  və  həlli sahəsində jurnalistikanın vəzifələri və 
KİV-in real praktikası; 
 
ictimai inkişaf sahəsində mövcud olan qlobal 
problemlərin (geosiyasi, etnik və dini konfliktlər, iqtisadi 
kataklizmlər, ekoloji fəlakətlər və s.) aradan qaldırlmasında 
KİV-in pozitiv iştirakı təcrübəsi; 


 
 
KİV-in fəaliyyətində  cəmiyyətdə qeyri-sabitlik 
yaradan proseslərin dərinləşməsinə  və  mənəvi dəyərlərin 
parçalanmasına  şərait yaradan neqativ ənənələr (müəyyən 
sosial qüvvələrin mənafeyi naminə real hadisələrin qeyri-
obyektiv işıqlandırılması, cəmiyyət üçün həyati əhəmiyyətli 
informasiyaların gizlədilməsi, qəsdən dezinformasiya və s.) 
və onların aradan qaldırılması; 
 
KİV-də müasir dövrün qlobal problemlərinin 
adekvat işıqlandırılmasına və onların həllində KİV-in əməli 
iştirakına imkan yaradan amillər – jurnalist məsuliyyəti və 
kompetentliyi; 
 
qlobal problemlərin həllində  KİV-in iştirakının 
səmərəliliyini təmin edən yaradıcılıq amilləri –  jurnalist 
sənətkarlığı. 
 
Jurnalistlərin peşə hazırlığı sistemində 
kursun yeri 
 
Dünya jurnalistika məktəblərində qlobal problemlərin 
işıqlandırılması üzrə peşəkar məzunların hazırlanması sis-
temində “Jurnalistika və müasir dövrün qlobal problemləri” 
kursunun tədrisinə xüsusi əhəmiyyət verilir. Hətta bəzi 
təhsil müəssələrində qlobal problemlərin ayrı-ayrı 
istiqamətləri üzrə xüsusi dərs vəsaitləri hazırlanaraq, ixtisas 
kursları kimi tədris olunur. Məsələn, ABŞ-ın Pensilvaniya 
ştatındakı Vifleemdə Lixay Universiteti jurnalistika fakül-
təsinin dekanı, ekoloji və elmi jurnalistika sahəsində dünya 
səviyyəsində tanınmış professor Şaron Fridmanın həmin 
fakültənin adyunkt-professoru, əri Kennet Fridmanla birlik-
də hazırladıqları “Reporting on Environment: Handbook for 
Journalists”
1
 vəsaitini buna nümunə göstərmək olar. Vəsait 
                     
1
 Sharon M.Fridman, Sharon A.Fridman. Reporting on 
Environment: Handbook for Journalists. Ogilvy PR worldwide – HUKS 
consortium. Tacis, 1998. pg. 140. 
10 
 
ilk dəfə 1988-ci ildə, 1996-cı ildə isə düzəlişlər və əlavələrlə 
təkrar çap olunmuş, dünyanın bir çox dillərinə  tərcümə 
edilmişdir.  
“Jurnalistika və müasir dövrün qlobal problemləri” 
kursu Bakı Dövlət Universitetinin jurnalistika fakültəsində 
2003-cü ildən tədris olunur. Kursun proqramı Azərbaycan 
Respublikası  Təhsil Nazirinin 21 fevral 2008-ci il tarixli 
235 saylı  əmri ilə, kurs  üzrə  tədris-metodik vəsait isə  
Azərbaycan Respublikası  Təhsil Nazirinin 10 may 2012-ci 
il tarixli 799 saylı  əmri ilə  təsdiq edilmiş  və  hər iki sənəd  
(bu kitabın müəllifi tərəfindən hazırlanmışdır) “Bakı 
Universiteti” nəşriyyatında çap olunmuşdur. 
“Jurnalistika və müasir dövrün qlobal problemləri” 
kursu bakalavr pilləsinin  əyani  şöbəsində  təhsil alan tələ-
bələrə 7-ci semestrdə (IV kurs) tədris olunur. Bu vaxt onlar 
artıq əsas ixtisas fənnlərini mənimsəmiş və praktik jurnalist 
işinin müəyyən təcrübəsinə yiyələnmiş olurlar. Təqdim olu-
nan kurs çərçivəsində  tələbələr öz təsəvvürlərini yeni elmi 
məlumatlarla, yeni yanaşma metodları ilə zənginləşdirmək, 
gələcək fəaliyyətlərində  işıqlandıracaqları qlobal problem 
və prosesləri daha dərindən dərk etmək imkanları  əldə 
edəcəklər.  
 
 
Kursun məzmununun mənimsənilmə 
səviyyəsinə olan tələblər 
 
Tələbələr : 
   
 
 
müasir dövrdə qlobal böhran situasiyalarının 
özünü büruzə verdikləri müxtəlif sosial-təbii proseslər 
barədə biliklərini; 
 
qlobal problemlərin həlli məqsədi ilə hansı  təd-
birlərin həyata keçirildiyi və  bəşəriyyətin qarşısında hansı 
vəzifələrin durduğu barədə məlumatlı olmalarını; 

11 
 
 
qlobal problemlərin ümumbəşəri xarakter 
daşıması, onların bütövlükdə bəşəriyyətin, ayrı-ayrılıqda isə 
dünyanın harasında yaşamasından asılı olmayaraq hər bir 
insanın, xalqların və ölkələrin maraqlarını  əhatə etməsini 
dərindən anladıqlaraını; 
 
Azərbaycan reallıqlarının Yer kürəsində mövcud 
olan qlobal problemlərlə bağlılığını dərk etdiklərini; 
 
müasir dövrün çağırışlarına bəşəriyyətin adekvat 
cavab verməsində kütləvi informasiya vasitələrinin rolunu 
və yerini başa düşdüklərini;  
 
bəşəriyyətin qabaqcıl mütəfəkkirləri tərəfindən 
təxirəsalınmaz vəzifələr kimi irəli sürülən konkret-tarixi 
vəzifənin yerinə yetirilməsi sahəsində Azərbaycan KİV-inin 
iştirak təcrübəsi ilə tanış olduqlarını; 
 
müasir dövrün qlobal problemlərinin işıq-
landırılması sahəsində kütləvi informasiya vasitələrinin 
fəaliyyətlərində olan nöqsanları dərk etdiklərini; 
 
aldıqları  nəzəri bilikləri gələcək praktik 
fəaliyyətlərində (KİV-lərin konkret çıxışlarının təhlil 
edilməsi,  əldə olunan nəticələrin praktikada istifadə 
olunması, bu və ya digər kütləvi informasiya vasitəsinin 
tematik planının işlənib hazırlanması, öz materiallarının 
çapa və ya nümayişə hazırlanması  və s.) tətbiq etmək 
bacarıqlarını  
nümayiş etdirməlidirlər. 
 
Kursun məzmunu 
 
Kurs özündə müasir dövrün qlobal problemlərini 
əsasən əhatə edən on iki mövzunu birləşdirir. Bu mövzular 
müasir dövrün qlobal problemlərinin təsnifatına və  səbəb-
nəticə bağlılığına uyğun olaraq, üç şərti bölmədə tələbələrə 
təqdim olunur. Mühazirələr qlobal problemlərin praktik 
məşğələlərdə ətraflı müzakirə olunması üçün beynəlxalq və 
12 
 
milli nəzəri-empirik materiallar daxil edilməklə 
hazırlanmışdır.  
Birinci bölmə -“Siyasi və iqtisadi sahədə dövlətlərin 
qarşılıqlı fəaliyyət problemləri” – “Kütləvi informasiya va-
sitələri və müasir dövrün qlobal problemləri: ümumi nəzər” 
mövzusu da daxil olmaqla, qlobal problemlərin yaranması 
və güclənməsi prosesinin, geosiyasi problemlərin, dünya 
nüvə müharibəsi təhlükəsinin qarşısının alınması, bütün 
ölkələrin və xalqların sosial tərəqqisi üçün münbit şəraitin 
yaradılması, inkişaf etməkdə olan ölkələrin texnoloji və 
iqtisadi geriliyinin aradan qaldırılması  və yeni beynəlxalq 
dünya nizamının yaradılması  məsələlərinin təhlilinə  həsr 
olunmuşdur. 
İkinci bölmə - “Cəmiyyət və təbiət arasında qarşılıqlı 
fəaliyyət problemləri” - ətraf mühitin ifrat çirklən-
dirilməsinin qarşısının alınması, bəşəriyyətin lazımi təbii 
resurslarla (xammal, enerji, ərzaq) təmin olunması, dünya 
okeanlarından və kosmosdan dinc məqsədlər üçün istifadə 
və s. problemlərin öyrənilməsi və kütləvi informasiya 
vasitələrində işıqlandırılması məsələlərinə yönəldilmişdir.  
Üçüncü bölmə - “İnsanlar və  cəmiyyət arasında 
qarşılıqlı  əlaqə problemləri” - əhali artımı  və miqrasiya 
problemləri, insanların sağlamlığının qorunması  və möh-
kəmləndirilməsi, təhsil və  mədəni inkişaf problemləri, 
beynəlxalq təşkilatların qlobal problemlərin həllində iştirakı 
və bir sıra digər məsələlər araşdırılır.  
Bütün mühazirələrdə  zamanın çağırışına adekvat 
cavabların tapılmasında kütləvi informasiya vasitələri-
nin yeri və rolu  qırmızı  xətt kimi keçir. Mühazirələrdə 
bəşəriyyətin inkişafında böhran təzahürlərinin gücləndiyi və 
Azərbaycan gerçəkliyində geniş  dəyişikliklərin baş verdiyi 
bir şəraitdə jurnalistikanın qarşısında duran əsas vəzifələrin 
müəyyənləşdirilməsinə cəhd göstərilir. Bu vəzifələrin yerinə 
yetirilməsi üçün vacib olan əsas istiqamətlərin səciyyəvi 

13 
 
xüsusiyyətləri verilir. Mühazirələrdə qlobal problemlərin 
həlli sahəsində irəli sürülən nəzəri müddəa və baxışlar KİV-
in iştirakına aid praktik materiallarla əsaslandırılır. Müasir 
dövrün qlobal problemlərinin kütləvi informasiya 
vasitələrində obyektiv işıqlandırılmasına və onların həllində 
KİV-in əməli iştirakına imkan yaradan şərt və amillərin yeni 
mövqedən nəzərdən keçirilməsinə xüsusi diqqət yetirilir. 
Eyni zamanda, qlobal problemlərin həllinin beynəlxalq 
təşkilatların və jurnalistikanın fəaliyyət sferasında prioritet 
bir məsələ olduğu obyektiv və real statistik qaynaqlarla 
əsaslsndırılır.  
Kursun terminoloji aparatı 
 
“Jurnalistika və müasir dövrün qlobal problemləri” 
kursu jurnalistika fakültəsinin tədris planında öz əksini 
tapmış digər ixtisas fənnlərindən müəyyən fərqli cəhətlərə 
malikdir. Bu kurs tələbələrin ötən üç il müddət  ərzində 
seçdikləri ixtisas üzrə digər fənnlərdən aldıqları  nəzəri 
bilikləri bir qədər də  zənginləşdirən və onları  KİV-lərdə 
praktik işə hazırlayan kurslardan biridir. Tələbələrin tədris 
poqramına uyğun olaraq əvvəllər başqa kurslardan 
mənimsədikləri termin və anlayışlar təhsilin yekun 
mərhələsində bir qədər də cilalanır və konkretləşir. Jurnalist 
peşəsinin baza kateqoriyaları (jurnalist, jurnalist yara-
dıcılığı, jurnalist peşəkarlığı, KİV-in rolu və funksiyaları, 
KİV-ın fəaliyyətinin səmərəliliyini və  təsirliliyini təmin 
edən faktorlar, söz və özünüifadə azadlığı, kütləvi 
auditoriya, kütləvi informasiya və s.), KİV-in fəaliyyətinin 
təşkili, hüquqi və etik normaları, jurnalist işinin metodikası, 
jurnalist mədəniyyəti, materialların hazırlanmasına olan 
tələblər və s. ilə artıq tanış olmuş tələbələr bəşəriyyəti ciddi 
narahat edən qlobal problemlərin adekvat işıqlandırılması, 
yaranma səbəblərinin, həlli yollarının müəyyən edilməsi və 
ən əsası isə, ictimai nəzarətin təşkili yolu ilə onların həllinə 
14 
 
nail olmaq vərdişlərinə yiyələnirlər. Yuxarıda sadalanmış və 
s. ixtisas fənnlərin hamısının, o cümlədən, “Jurnalistika və 
müasir dövrün qlobal problemləri” kursunun da əsaslandığı 
və istifadə etdiyi termin və obyektlərdən biri jurnalistikadır. 



  1   2   3   4   5   6   7   8   9   ...   29


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2019
rəhbərliyinə müraciət

    Ana səhifə