Kursun predmeti, vəzifələri və terminoloji aparatı
Ötən əsrin sonlarında beynəlxalq münasibətlərdə,
insanlarla cəmiyyət, cəmiyyətlə təbiət arasındakı münasibət-
lərdə yaranmış ziddiyyətlər, intersosial və geosiyasi prob-
lemlər, cəmiyyətin müxtəlif təbəqələrinin yoxsulluğu və
zənginliyi arasındakı kəskin təzadlar, planetar iqtisadi inteq-
rasiyaya olan ehtiyac, ekoloji fəlakətlər, qlobal ərzaq, de-
moqrafiya, narkomaniya, miqrasiya, beynəlxalq terrorizm
problemləri, nüvə qırğını xofu və s. kimi digər qlobal prob-
lemlər bəşəriyyəti daha çox nara hat etməyə başlamışdır.
Müasir dövrün qlobal problemləri əvvəllər lokal xarakter
daşısalar da, elm və texnikanın inkişafı, sənayeləşmə şə-
raitində insanların razılaşdırılmamış fəaliyyətləri nəticəsin-
də getdikcə ümumbəşəri xarakter almışdır və bütövlükdə
bəşəriyyətin marağını ifadə edirlər. Planetimizin gələcəyi
qlobal problemlərin həllindən olduqca asılı bir vəziyyətə və
təhlükəli həddə gəlib çatmışdır.
Qlobal problemləri araşdırma mərkəzləri, aparıcı mü-
təxəssislər, o cümlədən jurnalistika nəzəriyyəçiləri vəziy-
yətin ciddiliyini və təxirəsalınmaz tədbirlərin həyata ke-
çirilməsinin vacibliyini dərk edərək, qlobal dünya konsep- siyasını işləyib hazırlamışlar.
Bəşəriyyətin inkişaf yolunda böhran proses və təza-
hürlərinin güclənməsi, eyni zamanda, müstəqilliyini yeni-
dən bərpa etmiş respublikamızın həyatında regionda gedən
geosiyasi, iqtisadi, sosial və mədəniyyət sahələrində baş ve-
rən transformasiyalarla əlaqədar olaraq yaranan kəskin də-
yişikliklər Azərbaycan ictimaiyyətinin və jurnalistikasının
qarşısında da bir sıra prinsipal vəzifələr qoymuşdur və bu
vəzifələri şübhəsiz ki, gənc nəsil jurnalistlər həyata keçir-
məlidirlər.
6
Məhz bunları nəzərə alaraq, “Jurnalistika və müasir