Mühazirə 1
I. Geotektonikanın fənni, tədqiqat obyekti və
üsulları, inkişafının əsas mərhələləri
1.1. Geotektonikanın tədqiqat obyekti və üsulları
Geotektonika Yunan sözü olub, geo- yer və tektonikos- quruluş sözlərindən təşkil olunaraq, Yerin quruluşu və inkişafı haqqında elmdir. Ümumiyyətlə, geotektonika elmi Yer qabığında baş verən tektonik hərəkətləri və onların təsiri nəticəsində əmələ gələn müxtəlif struktur formaları (qitələr, okeanlar və onları təşkil edən platformalar, geosinklinallar, orogenlər və s.) öyrənir.
Struktur dedikdə süxurların paylanmasındakı və yatımlarındakı müxtəliflik nəzərdə tutulur. Bu müxtəlifliyin səbəbi isə Yer qabığında və daha dərin qatlarda baş verən tektonik hərəkətlərdir.
Qeyd etmək lazımdır ki, tektonik hərəkətlər təkçə Yerin dərinliklərində baş verən fiziki-kimyəvi proseslərin deyil, həmçinin Yer səthində baş verən hadisələrin də məhsuludur. Geotektonikanın tədqiqat obyekti yalnıis endogen (daxili) proseslərdir. Ekzogen (xarici) proseslər nətiçəsində dəyişikliklər Yer qabığının ançaq səth hissəsində baş verir və geotektonikanın tədqiqat obyektinə daxil olmur. Bu kursu öyrənən zaman Yer qabığının hərəkəti, deformasiyası anlayışlarının tam aydılaşdırılması lazımdır.
Dostları ilə paylaş: |