Təd-qat üsulları
|
Xarakteristikası
|
Struktur üsul
|
Çökmə-maqmatik və metamorfik süxurların yatım xüsusiyyətini, struktur elementlərin ayrı-ayrı formalarını (qırışıq, qırılma və s.), onların qarşılıqlı yerləşməsini, istiqamətini və onların əmələ gəlmə ardıcıllığını öyrənir. Struktur analiz müxtəlif miqyaslarda (dəqiq, regional, qlobal) aparılır.
|
Müqayisəli tektonik üsul
|
Eyni tipli strukturların nisbətən oxşar və fərqli xüsusiyyətlərini, eləcədə (geosinklinal → orogen → platforma) inkişaf ardıcıllığllığını (təkamülü) müəyyən etmək məqsədi ilə bir-biri ilə əlaqəli strukturların müqayisəsi aparildıqda tətbiq olunur.
|
Analogiya üsulu
|
Yaxşı öyrənilmiş eyni tipli struktura nəzərən, zəif öyrənilmiş bu və ya digər struktur elementin xüsusiyyətini proqnozlaşdırmaq üçün istifadə olunur.
|
Geodezik üsul
|
Müasir hərəkətləri, deformasiyaları öyrənmək üçün istifadə olunur
|
Geom-loji üsul
|
Müasir hərəkətləri, deformasiyaları və onlar tərəfindən yaradılan strukturların öyrənilməsində istifadə olunur.
|
Qalınlıq və fasiyanın analizi üsulu
|
Paleotektonik analizin mühüm üsullarından biri olub, yuyulma və çöküntülərin toplanma sahələrinin, eləcədə hövzənin dərinliyinin artma istiqamətinin müəyyən olunmasında; qırılmalar boyunca üstəgəlmə və üfüqi yerdəyişmələrin amplitudasının təyinində; tektonik əyilmənin kəmiyyət və keyfiyyət baxımından qiymətləndirilməsində; şaquli tektonil hərəkətlərlə əlaqədar çöküntütoplanma hövzəsinin dərinliyinin dəyişməsinin qiymətləndirilməsində mühüm əhəmiyyət kəsb edir.
|
Fasilə və uyğunsuzluğun analizi üsulu
|
Bir mərhələnin digərinə nisbətən struktur planının dəyişməsinin müəyyən olunmasında; ayrı-ayrı stratiqrafk vahidlərin arasında müxtəlif tip uyğunsuzluğun müəyyən olunmasında və tədqiq olunan ərazinin quruluşunun formalaşma tarixinin dəqiqləşdirilməsində; yeni mərhələdə Yerin inkişaf tarixində baş vermiş əsas deformasiya fazalarının müəyyən olunmasında istifadə olunur.
|
Formasiyaların analizi üsulu
|
Ayrı-ayrı strukturlarin geotektonik inkişaf mərhələlərinin aydınlaşdırılmasında; platforma və mütəhərrik zonaların (geosinklinalların) qədim geoloji dövrlərdəki hüdudlarinin, tektonik rejiminin müəyyən olunmasında mühüm əhəmiyyət kəsb edir.
|
Fiziki və riyazi mod-mə üsulu
|
Tektonik strukturların əmələ gəlmə mexanizminin müəyyən olunmasında istifadə olunur.
|
Palinspastik üsul
|
Paleocoğrafi və paleotektonik üsulların bir növü olub, üfüqi hərəkətlər nəticəsində yerlərini dəyişmiş struktur elementlərin ilkin vəziyyətlərinin təyin edilməsinə əsaslanır, əksərən mütəhərrik zonaların (geosinklinal) və qırışıq-dağlıq vilayətlərinin strukturlarının ilkin vəziyyətinin təyinində geniş istifadə edilir.
|
Paleomaqnit üsulu
|
Yerin keçmiş geoloji dövrlərinin maqnit sahələrinin öyrənilməsinə əsaslanır. Yerin paleomaqnit qütblərinin vəziyyətini təyin etməyə imkan verir və Yerin paleomaqnit qütblərinin zaman etibarı ilə dəyişdiyini göstərir. Bu faktın varlığı isə qitələrin bir-birinə nisbətən yerlərini sübut edir.
|