Üçünçu mərhələ- klassik mərhələ (XIX əsrin ikinçi yarısı). Geologiyanın keyfiyyətçə yeni forma aldıqı bu mərhələ geotektonikanın inkişafında klassik mərhələ adlanır. XIX əsrin ortalarınadək geotektonikada hakim olan qalxma hipotezi XIX əsrin ortalarından başlayaraq öz yerini dövrünə görə daha mütərəqqi kontraksiya (yəni Yer kürəsinin sıxılması) fərziyyəsinə vermişdir.
Sonralar B.S.Laplas tərəfindən dəyişdirilən və təkmilləşdirilən İ.Kantın kosmoqoniya fərziyyəsi bütün dünyada özünə geniş vüsət tapdı. Həmin fərziyyənin əsasında, onun məntiqi davamı kimi L.Eli de Bomon 1852-çi ildə özünün kontraksiya fərziyyəsini irəli sürdü. Bu fərziyyəyə görə qırışıq və dağəmaləgəlmə prosesləri, Yer qabığının sıxılmasının nəticəsidir. Belə ki, bu sıxılma soyumanın təsiri altında Yerin daxili hissələrinin həçminin kiçilməsi şəraitində baş verir. Kontraksiya fərziyyəsi elmdə son dərəçə səmərəli fərziyyə olmaqla yarım əsrdən artıq bir müddətdə nəinki geotektonikanın, həm də ona yaxın olan geoloji fənlərin inkişafı üçün ən etibarlı nəzəri zəmin yaratmışdır. Məşhur alimlərdən E.Züss və A.Heymin əsərlərində, Alp dağlarında qırışıqlıq strukturlarının mənşəyini aydınlaşdırmaq məsələlərində kontraksiya fərziyyəsi çox baçarıqla tətbiq edilmişdir. Amerika alimi Villisin fikrinçə Appalaç dağlarında muşahidə edilən qırışıqlar yandan sıxılma nəticəsində əmələ gəlmişdir. Rusiyada da kontraksya fərziyyəsinin tərəfdarları olmuşdur. XIX əsrin axırı və XX əsrin əvvəllərində məşhur rus geoloqlarından A.P.Karpinski, F.N.Çernışev, K.İ.Boqdanoviç, İ.V.Muşketov, A.P.Pavlov və b. öz əsərlərində bu fərziyyəni çox məharətlə tətbiq etmişlər.
XIX əsrin ortalarında birinçi olaraq Amerika geoloqu Ç.Xollun diqqətini belə bir fakt jəlb etmişdir ki, qırışıqlıq vilayətlərdəki çöküntülərin qalınlığı düzən sahələrdəki (yəni platformalardakı) çöküntülərin qalınlığına nisbətən xeyli çoxdur. XIX əsrin 70-çi illərində digər amerika geoloqu Ç.Dena geosinklinallar haqqında təlimin qısaça başlanqıç ifadəsini vermiş və geosinklinallara Yer qabığının böyük çökəklikləri kimi baxaraq, onların üfüqi sıxılma qüvvələrinin təsiri nəticəsində yarandığını söyləmişdir. Ç.Dena belə hesab edirdi ki, geosinklinallar həmişə qitələrin kənarları boyunça yaranır; çünki, okeanın dibi, Yerin ümumi sıxılma prosesində enərək qonşu qitələrə təzyiq göstərir. Geosinklinal nəzəriyyəsi sonralar E.Oqun, E.Arqanın və başqalarının əsərlərində daha da inkişaf etdirilmişdir.
O zamanlar Rus geoloqlarının diqqətini qırışıqlıq vilayətlərdən başqa duzən sahələrin- platforma ərazilərinin geoloji quruluşu və inkişafı çəlb edirdi. A.P.Karpinski, N.A.Qolovkinski, A.P.Pavlov göstərmişlər ki, Rus platformasının (Şərqi Avropa) ərazisi də tektonik hərəkətlərə məruz qalır; lakin bu hərəkətlər tədriçi və uzunmuddətlidir. Həmin hərəkətlərə geoloji ədəbiyatda ehtizazi, yaxud dalğavarı-ehtizazi hərəkətlər (A.P.Karpinski) deyilir.
A.P.Karpinski müxtəlif yaşlı çöküntülərin fasiyalarını mükəmməl öyrənərək Şərqi Avropa platforması üçün paleoçoğrafi xəritələr tərtib etmiş və onların təhlili əsasında həmin platformanın geotektonik inkişafını vermiş və ehtizazi hərəkətlərin qanunauyğunluqlarını müəyyənləşdirmişdir. A.P.Karpinskinin bu tədqiqatları, demək olar ki, dunya miqyasında platformalar haqqında təlimin məhək daşı hesab olunur.
Geotektonikanın inkişafının üçüncü mərhələsi təbii olaraq məşhur avstriya geoloqu E.Züssün «Yerin siması» (1885-1909) adlı monumetal əsəri ilə tamamlanır. E.Züss bu əsərdə o vaxta qədər qitələrin geoloji quruluşuna dair toplapmış bütün materialı kontraksiya fərziyyəsi əsasında təhlil edərək ümumiləşdirmişdir.
Geotektonikanın inkişafının üçünçu mərhələsi cənaye kapitalizminin sürətli inkişafı ilə bir vaxta düşür. Sənayenin durmadan yüksəlişi geoloqlar qarşısında müxtəlif və böyük xammal mənbələri aşkara çıxarılması kimi çətin məsələ qoyurdu.
Dostları ilə paylaş: |