Jurnalistlərin peşə hazırlığı sistemində kursun yeri
Dünya jurnalistika məktəblərində qlobal problemlərin
işıqlandırılması üzrə peşəkar məzunların hazırlanması sis-
temində “Jurnalistika və müasir dövrün qlobal problemləri”
kursunun tədrisinə xüsusi əhəmiyyət verilir. Hətta bəzi
təhsil müəssələrində qlobal problemlərin ayrı-ayrı
istiqamətləri üzrə xüsusi dərs vəsaitləri hazırlanaraq, ixtisas
kursları kimi tədris olunur. Məsələn, ABŞ-ın Pensilvaniya
ştatındakı Vifleemdə Lixay Universiteti jurnalistika fakül-
təsinin dekanı, ekoloji və elmi jurnalistika sahəsində dünya
səviyyəsində tanınmış professor Şaron Fridmanın həmin
fakültənin adyunkt-professoru, əri Kennet Fridmanla birlik-
də hazırladıqları “Reporting on Environment: Handbook for
Journalists”
1
vəsaitini buna nümunə göstərmək olar. Vəsait
ilk dəfə 1988-ci ildə, 1996-cı ildə isə düzəlişlər və əlavələrlə
təkrar çap olunmuş, dünyanın bir çox dillərinə tərcümə
edilmişdir.
“Jurnalistika və müasir dövrün qlobal problemləri”
kursu Bakı Dövlət Universitetinin jurnalistika fakültəsində
2003-cü ildən tədris olunur. Kursun proqramı Azərbaycan
Respublikası Təhsil Nazirinin 21 fevral 2008-ci il tarixli
235 saylı əmri ilə, kurs üzrə tədris-metodik vəsait isə
Azərbaycan Respublikası Təhsil Nazirinin 10 may 2012-ci
il tarixli 799 saylı əmri ilə təsdiq edilmiş və hər iki sənəd
(bu kitabın müəllifi tərəfindən hazırlanmışdır) “Bakı
Universiteti” nəşriyyatında çap olunmuşdur.
“Jurnalistika və müasir dövrün qlobal problemləri”
kursu bakalavr pilləsinin əyani şöbəsində təhsil alan tələ-
bələrə 7-ci semestrdə (IV kurs) tədris olunur. Bu vaxt onlar
artıq əsas ixtisas fənnlərini mənimsəmiş və praktik jurnalist
işinin müəyyən təcrübəsinə yiyələnmiş olurlar. Təqdim olu-
nan kurs çərçivəsində tələbələr öz təsəvvürlərini yeni elmi
məlumatlarla, yeni yanaşma metodları ilə zənginləşdirmək,
gələcək fəaliyyətlərində işıqlandıracaqları qlobal problem
və prosesləri daha dərindən dərk etmək imkanları əldə
edəcəklər.