Dos. Dr. Ilham Mazanlı Bakı Dövlət Universitetinin jurnalistika fakültəsini və Rusiya Prezidenti yanında Dövlət Qulluğu Akademi- yasının kütləvi informasiya vasitələri kafedrası üzrə aspiranturasını bitirmişdir. “Mətbuat millətlərarası münasibətlərin təkmilləşdirilməsi amili kimi” mövzu- sunda namizədlik dissertasiyası müdafiə etmişdir (1991- ci il, Moskva ş.). Tarix elmləri üzrə fəlsəfə doktorudur. Bakı Dövlət Universitetinin jurnalistika fakültəsində “Jurnalistika və müasir dövrün qlobal problemləri“, „Jurnalistika və beynəlxalq humanitar hüquq“, „Xarici ölkələrin müasir KİV sistemləri“, „Beynəlxalq həyat məsələlərinin KİV-də işıqlandırılması“ və s. fənnlərdən mühazirələr oxuyur. Söz azadlığı, informasiya hüququ və informasiya təhlükəsizliyi istiqamətlərində elmi tədqiqatlar aparır. Jurnalistikanın aktual problemləri ilə bağlı 50-dən artıq elmi-nəzəri məqalənin, 2 kitabın müəllifidir.