415
qoyur və bu kontekstdə onların laqələndirilmiş fəaliyyətini zəruri edir.
Konsepsiya ölkənin daim dəyişən təhlükəsizlik mühitini, Azərbaycan
Respublikasının milli maraqlarını və təhlükəsizlik siyasətinin əsas
istiqamətlərini müəyyən edir.
Azərbaycan Respublikasının hökuməti bu
Konsepsiyadan irəli gələn
vəzifələri həyata keçirmək üçün müvafiq tədbirlər görəcəkdir. Dövlətin
daxili və xarici siyasətinə uyğun olaraq ölkənin təhlükəsizliyinin daha
etibarlı təmin edilməsinə şərait yaradılması məqsədi ilə Konsepsiya
müntəzəm qaydada yeniləşdirilə bilər. Konsepsiya,
həmçinin hərbi
doktrina, xarici siyasət strategiyası, müdafiə icmalı, iqtisadi konsepsiya,
mədəniyyət, elm, təhsil, səhiyyə və nəqliyyat strategiyaları da daxil
olmaqla, dövlət fəaliyyətinin müxtəlif sahələri ilə bağlı daha müfəssəl
sənədlərin hazırlanması üçün əsasdır.
Təhlükəsizlik sahəsində hazırlanacaq digər konseptual sənədlər
ümumi
ictimai konsensusu əks etdirməli, real olmalı və bu Konsepsiya ilə
birlikdə,
ölkədə demokratik, hüquqi dövlət, vətəndaş cəmiyyəti,
demokratik nəzarət altında olan güclü və effektiv
təhlükəsizlik sektoru
quruculuğuna, davamlı iqtisadi və sosial tərəqqiyə kömək etməlidir.
Dostları ilə paylaş: