Dərs vəSAİTİ Azərbaycan Respublikası Təhsil Nazirinin


Azərbaycan Respublikasının milli təhlükəsizliyinə təhdidlər



Yüklə 2,55 Mb.
Pdf görüntüsü
səhifə281/284
tarix02.01.2022
ölçüsü2,55 Mb.
#2728
növüDərs
1   ...   276   277   278   279   280   281   282   283   284
3. Azərbaycan Respublikasının milli təhlükəsizliyinə təhdidlər 
Azərbaycan Respublikasının milli təhlükəsizliyinin təmin edilməsində 
əsas vəzifələrdən biri onun milli təhlükəsizliyinə  təhdidlərin aradan 
qaldırılması və ya nəzarətdə saxlanılmasıdır. 
 
Azərbaycan Respublikasının milli təhlükəsizliyinə 
təhdidlər 
aşağıdakılardır: 
3.1. Azərbaycan Respublikasının müstəqilliyi, suverenliyi, ərazi 
bütövlüyü və konstitusiya quruluşu əleyhinə qəsdlər 
 
Beynəlxalq hüquqa uyğun olaraq hər bir dövlətin onun müstəqilliyi, 
suverenliyi, ərazi bütövlüyü və konstitusiya quruluşu əleyhinə yönəlmiş 
açıq və gizli fəaliyyətdən özünü qorumaq hüququ vardır. Azərbaycan 
Respublikasının suverenliyi və  ərazi bütövlüyünə qarşı Ermənistanın 
təcavüzkar siyasəti bu cür fəaliyyətin bariz nümunəsidir. 
 
Ölkənin sürətlə inkişaf edən iqtisadiyyatında aparılan islahatlara və 
əldə edilən mühüm nailiyyətlərə baxmayaraq, Ermənistanın Azərbaycan 
Respublikasına qarşı təcavüzü ciddi siyasi və sosial çətinliklər yaradır. 
Bu problem Azərbaycan Respublikasının milli maraqlarına qarşı  ən 
ciddi təhdiddir və regiondan kənara da öz təsirini göstərməkdədir. 
 
Münaqişənin tənzimlənməsinin nəticələrindən asılı olmayaraq, 
monoetnik dövlətçilik, etnik təmizləmə  və  ərazi ekspansionizminin 
Ermənistanın dövlət siyasətinin tərkib hissəsi kimi qalmasının iki ölkə 
arasında münasibətlərə  gələcəkdə  də  mənfi təsir göstərəcəyi 
qaçılmazdır.Bundan  əlavə, bir sıra ekstremist ünsürlərin Azərbaycan 


391 
 
Respublikasında etnik və dini zəmində  əlavə  çətinliklər yaratmaq 
cəhdləri də diqqət yetirilməli amillərdəndir. 
 
3.2. Qanunun aliliyinə nail olunması, ictimai asayişin qorunması  və 
insan hüquq və  əsas azadlıqlarının müdafiəsi sahəsində dövlət 
funksiyalarını yerinə yetirməyə qarşı fəaliyyət 
 
1990-cı illərin əvvəllərində bu problemin bir sıra aspektləri ilə üzləşmiş 
Azərbaycan Respublikasının demokratik dövlət quruluşu  əleyhinə 
çalışan müəyyən daxili və xarici qüvvələrin dövlət funksiyalarının 
yerinə yetirilməsinə qarşı  cəhdləri milli təhlükəsizliyə  təhdid törədən 
mümkün fəaliyyətlər sırasındadır. 
3.3. Separatçılıq, etnik, siyasi və dini ekstremizm Separatçılıq, etnik, 
siyasi və dini ekstremizm özünün istənilən formasında dövlətin və 
cəmiyyətin fundamental əsaslarını sarsıtmaqla, ölkənin milli 
təhlükəsizliyinə ciddi təhlükə mənbəyi ola bilər. 
3.4. Terrorçuluq və kütləvi qırğın silahlarının yayılması 
Əsas terrorçu qrupların yerləşdiyi və kütləvi qırğın silahlarının 
yayılması problemlərinin olduğu bölgələrə yaxınlıq ölkə üçün potensial 
təhdid yaradır. Kütləvi qırğın silahları  və ya onların istehsalat 
texnologiyalarının terrorçuluq məqsədi ilə  əldə olunması ehtimalı bu 
təhdidləri daha da kəskinləşdirə bilər. 
3.5. Regional münaqişələr və transmilli mütəşəkkil cinayətkarlıq  
Azərbaycan Respublikası ərazisinn bir hissəsinin Ermənistan tərəfindən 
işğalının davam etməsi və qonşu dövlətlərdə  həll edilməmiş 
münaqişələr nəticəsində  əmələ  gəlmiş "nəzarətsiz"  ərazilərin 
mövcudluğu transmilli mütəşəkkil cinayətkarlığı  və digər qeyri-qanuni 
fəaliyyətləri ölkənin və bütövlükdə regionun təhlükəsizliyinə  əsas 
təhdidlərdən birinə çevirmişdir.Region ölkələrində münaqişələrin 
alovlanması Azərbaycan Respublikasının milli təhlükəsizliyi üçün 
təhdid yaradır. Regiondakı münaqişələr Azərbaycan Respublikasının 
xarici iqtisadi münasibətlərinə ciddi ziyan vura, ölkəyə kütləvi qaçqın 
axını ilə  nəticələnə  və qeyri-qanuni silah alveri, insan alveri, narkotik 
vasitələrin qanunsuz dövriyyəsi və digər qeyri-qanuni fəaliyyətlər daxil 
olmaqla, transmilli cinayətkarlığı artıra bilər. 
3.6. Azərbaycan Respublikasının enerji infrastrukturuna qarşı fəaliyyət 
Enerji ehtiyatlarının işlənməsindən və tranzitindən əldə olunmuş gəlirlər 
Azərbaycan Respublikası iqtisadiyyatının  əsasını  təşkil edir. Bunu 
nəzərə alaraq, siyasi vasitələrə və ya infrastruktura fiziki zərər vurmaq 
392 
 
yolu ilə sənayenin bu sahəsinin sıradan çıxarılmasına cəhdlər mümkün 
təhdidlər sırasındadır. 
3.7. Xarici siyasi, hərbi və ya iqtisadi asılılıq 
Azərbaycan Respublikası beynəlxalq aləmdə gedən inteqrasiya və 
əməkdaşlıq prosesləri çərçivəsində digər dövlətlərlə qarşılıqlı faydalı 
münasibətlərin qurulmasında maraqlıdır. Bununla belə, Azərbaycan 
Respublikasının beynəlxalq münasibətlərdə xarici siyasi, hərbi və ya 
iqtisadi asılılığa düşməsi onun milli maraqlarının təmin olunmasına 
təhdid yarada bilən amillərdəndir. 
3.8. İqtisadi qeyri-sabitlik 
Müstəqilliyin ilk illərində  hərbi təcavüzə  məruz qalma, bazar 
iqtisadiyyatına keçid və beynəlxalq iqtisadi sistemə inteqrasiya ilə bağlı 
çətinliklər nəticəsində Azərbaycan Respublikası ötən  əsrin 90-cı 
illərinin birinci yarısında ciddi iqtisadi böhran keçirmişdir. Buna 
baxmayaraq, Azərbaycan Respublikası bazar iqtisadiyyatına keçməkdə 
israrlı olmuş, qapılarını xarici sərmayələrə açmış və xüsusilə energetika 
sektorunda böyük uğurlar əldə etmişdir. Bununla belə, sürətlə artan neft 
və qaz gəlirlərindən həddən artıq asılılıq makroiqtisadi tarazlığı poza və 
beləliklə, ölkəni potensial qlobal və regional iqtisadi böhranların təsirinə 
qarşı müdafiəsiz vəziyyətə sala bilər. 
3.9. Peşəkar insan ehtiyatlarının çatışmazlığı 
Təhsil sahəsi müstəqilliyin ilk illərindəki mürəkkəb sosial-iqtisadi 
vəziyyətlə bağlı - maliyyə çatışmazlığı  və struktur problemləri daxil 
olmaqla - mənfi nəticələri bu gün də hiss edilən ciddi çətinliklərlə 
üzləşmişdir. Peşəkar milli işçi qüvvəsinin və idarəetmə sektorunun 
inkişafı üçün zəruri olan bütün səviyyələrdə  təlim və  tədrisin təmin 
edilməsinə qadir olan mütərəqqi təhsil sisteminin inkişafındakı və idarə 
edilməsindəki uğursuzluq Azərbaycan Respublikasının inkişafına uzaq 
perspektivdə mənfi təsir göstərə bilər. 
3.10. Regional hərbiləşdirmə 
Regionda silahların və silah sistemlərinin həddən artıq cəmləşməsi 
regional sabitliyə  xələl gətirir. Bu, region ölkələri arasında hərbi 
tarazlığı poza bilər. Rasional milli təhlükəsizlik maraqlarından artıq 
hərbiləşmə, o cümlədən qeyri-effektiv nəzarət edilən xarici hərbi 
bazalar səhv qiymətləndirməyə  və regional silahlanma yarışına səbəb 
ola bilər. Belə artan hərbiləşmənin digər aspekti ondan ibarətdir ki, bu, 
məhdud iqtisadi resursların sosial-iqtisadi inkişafdan yayınmasına və 
qarşılıqlı inamın pozulmasına gətirib çıxara bilər. 


393 
 
3.11. Ekoloji problemlər Azərbaycan Respublikasındakı ekoloji 
problemlər Sovet İttifaqının enerji ehtiyatına olan tələbatının ödənilməsi 
məqsədi ilə əsasən Abşeron yarımadasında və Xəzər dənizində ekoloji 
nəticələr nəzərə alınmadan qeyri-təkmil üsullarla onilliklər  ərzində 
aparılmış neft hasilatı ilə bağlıdır. Bundan əlavə, Azərbaycan 
Respublikasının Ermənistan tərəfindən işğal olunmuş ərazilərində flora 
və faunanın kütləvi  şəkildə  məhv edilməsi, o cümlədən bu ərazilərdə 
genişmiqyaslı yanğınlar ölkə üçün ən böyük ekoloji problemlərdən 
birinə çevrilmişdir. 
Azərbaycan Respublikasının  şirin su ehtiyatlarının böyük həcminin 
qonşu ölkələrdə formalaşması  və bu ölkələrin  ərazilərində kimyəvi, 
radioaktiv və digər zərərli maddələrlə intensiv çirklənməyə  məruz 
qalması  əhalinin içməli su ilə  təmin olunmasında problemlər yaradır. 
Bundan  əlavə, Ermənistan  ərazisində seysmik zonada yerləşən və 
texnoloji baxımdan köhnəlmiş Metsamor Atom Elektrik Stansiyası 
bütövlükdə region üçün təhlükə mənbəyidir. 
Ətraf mühitin çirklənməsi, münbit torpaqların deqradasiyası, təbii 
resurslardan qeyri-rasional istifadə, sənaye və məişət tullantılarının tələb 
olunan səviyyədə emal olunmaması ciddi problem mənbəyidir. Ekoloji 
problemlər iqtisadi və sosial həyata mənfi təsir göstərir, ictimai 
sağlamlığa, cəmiyyətin maddi sərvətinə  və dövlətin müvafiq 
qurumlarının fəaliyyətinə ciddi maneələr yaradır. 
 

Yüklə 2,55 Mb.

Dostları ilə paylaş:
1   ...   276   277   278   279   280   281   282   283   284




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin