Qədim türklərdə İslamdan öncəki inanclar. Totemizm
Totemizm insanla heyvan və ya bitkilər arasında olan qohumluq əlaqəsi, hər hansı bir sirli bağın olmasına inanmaqdır. Bu inanış mifologiya ilə dəstəklənərək nəsildən-nəslə keçməkdə idi. Totemizm Orta Asiya türklərində də mövcuddur. Bir cəmiyyətdə totem 3 ünsürə görə vacib sayılırdı:
Nəslin gəldiyi, törədiyi qəbul edilən müqəddəs varlıqdır. O, nəslin atası hesab edilir.
Nəslin adını təşkil edir.
Totem nəslin simvoludur.
Əslində kənardan totem kimi hesab olunan istənilən varlıq, bitki və s. heç də hər zaman totem deyil. Çünki totemlərə inanmayan cəmiyyətdə də heyvanlarla bağlı əfsanələr mövcuddur. Totemçilikdə heyvanlara inanış yoxdur.
Totemlərə ilah, tanrı deyildir. Onlara qohum bağı olan varlıq kimi hörmətlə yanaşılır. Totemlə insan arasındakı qohumluq əlaqəsinin mövcud olub-olmaması haqda müxtəlif fikirlər mövcud olsa da, ortaq fikir budur ki, totemlə insan arasında yaxın əlaqə mövcud idi. Belə cəmiyyətdə insanın əsas qadağası totem olan heyvanı öldürməmək və onun ətini yeməməkdi.
Z.Freyd bunu totemçiliyin əsası hesab edir. Totem inanışında insan bədəninin bəzi hissələri müqəddəs hesab edilirdi. Məs: saç və qan. Totemə aid olan insanlar qan qardaşı hesab olunurdu. Qan davası totemizmdən gəlir.
Animizm- Bu inanışa görə ruhlar diridir və bədəndən ayrı olduqda belə bədənə təsirini itirmir. Ruh bədəni birdəfəlik tərk edərsə, sadəcə o zaman bədən də ölə bilər.
Ölən şəxs həyatda qalanları qısqanır, ruhu ilə onlardan qisas ala bilər. Bunun qarşısını almaq üçün dünyadan köçənlərin cəsədinə hörmətlə yanaşmaq lazımdır.
Anemizmə görə ölənlərin məzarlarına onların sevdiyi yeməkləri, yaşadıqları zamanda bəyəndikləri əşyaları, istifadə etdiyi müxtəlif vasitələri qoyurlar.
Məs: Anadoluda yaşayan Ələvi Toxtacı türkmənlərdə geyim əşyalarıyla bir yerdə dəfnetmə mərasimi hələ də mövcuddur.
Qədim türklər əsasən insan ruhlarını quş kimi təsəvvür edirdilər. İnsanlara can vermədən öncə bu ruhlar göydə quş olaraq yaşayır, insanlar öləndə də göyə uçurlar.
Dədə Qorqudda Dəli Domrul qara qılıncını sıyırıb hücum edəndə Əzrail göyərçin olub pəncərədən uçub gedir. Animizmdə ruhlar insanlara ya bəxt gətirir, pis halda isə müxtəlif problemlərə düçar edə bilir. Ölü ruhları sakitləşdirmək üçün onların ruhuna qurbanlar kəsilir, məzarlara gedərək onlara qarşı olan hörmətləri bəyan olunur. Animizmə görə insanın kölgəsi, əksi onun ruhunun bir parçasını daşıyır.
Təsvirlə gerçək animizmdə eynidir. İnsanın istifadə etdiyi əşyalar da insanla sıx bir əlaqə təşkil edir. Buna görə öldükdən sonra ölünün əşyaları yandırılır, ya da kasıblara paylanılırdı.
Animizmə görə ölü müqəddəsdir. Buna görə də ölünün şərəfinə hər bir fəaliyyət, iş dayandırılır. Anadoluda da bu ənənə qalmaqdadır. Cənazə xəbəri olunan kimi yas tutulur, işlər dayandırılır.
Şamanizm- Trans halına girərək təbiət üstü varlıqlarla əlaqə qurulması və o qüvvətlərdən istifadə edilməsi. Ayin və mərasimlər təşkil edən, xeyir və şər qüvvələrlə əlaqə yaradan, xəstələri mülaicə edən, fala baxıb gələcəkdən xəbər verən insanlara şaman deyilir. Şamanizm bütün dinlərə və xalqlara təsir etmişdir. Sir inanclardan hesab olunan şamanizmin əsasında təbiət və onu əhatə edən sehrli qüvvələr dayanır. Şamanizm dindən çox, dini fikir sistemi hesab edilir. Dəqiq olaraq harda yarandığı bilinməyən şamanizm Orta Asiya, Cənubi Sibir, Şimali, Cənubi və Şərqi Asiya, Şimali, Orta və Cənubi Amerikaya qədər yayılmışdı.
Dostları ilə paylaş: |