Dağ kultu - Dağ Türk xalq ədəbiyyatının bütün nümunələrində, dastanlar vaxtından başlayaraq ən çox istifadə olunan motivlərdən biri olmuşdur. Dağlar ilahi varlıqların məkanı hesab olunmuşdur. Yunanlarda olimpus, əski türklərdə Ötükən, İslam ölkələri mifologiyasında Kafdağı.
Atalar kultu
Ölən dədə-babalara inanma. Ölən dədə-babaların ruhlarının yaşayanlara hər hansı bir şəkildə yaxşılığı, ya da pisliyi dəyə bilər. Atalar kultuna görə müəyyən şəxslər sadəcə qurban və duaya hüquq qazana bilər. Bu şəxs qəbilə atası, məşhur sərkərdə, din xadimi və s. olmalıdır.
Ataların könüllərini ovundurmaq, onlara olan hörməti nümayiş etdirmək məqsədilə bu şəxslərin şəninə bayramlar, təntənəli təşkil edilir, onların maska və fiqurları hazırlanırdı.
Əski türklərdə bu kult olduqca yayılmışdı. Evliyalar hətta islamdan sonra da xalqın ümid, pənah üçün yollandığı, allahın sevgili qullarıdır.
Anadoluda yaşayan türklər, indi də evliyaların dəfn olunduğu pirlərə gedir, onlardan kömək istəyirlər. Zamanımızda hələ də Anadoluda mövcud olan evliya, dədə, baba inanışlarının kökünün Atalar kultuna gedib çıxdığını deyə bilərik.
Dostları ilə paylaş: |