Kamlıq – Şamanlıq
Tədqiqatçılar kamlıq və ya şamanlığı iki dövrə ayrırırlar. Birinci dövr insanlığın ibtidai dövrü ilə əlaqədardır. Şamanist inancların əsasları bu dövrdə qoyulub.
Kamlıq və şamanlığın ikinci dövrü tarixi dövrlərlə başlayır. Bu dövrdə şamanlıq bir sıra xalqlarının inancında iki şaman obrazı vardı : ağ və qara kamlar. Ağ kamlar xeyir , qara kamlar isə şər qüvvələri təmsil edir.
Amma türk və monqol xalqlarının ibtidai inancının şamanizm olduğu məsələsi mübahisəlidir. Doğrudur , türk-monqol xalqlarının inancında şamanizm ünsürləri həddindən çox olsa da, bunları ümumilikdə şamanizm adlandırmaq şübhə yaradır. İlk şamanların qadın olduğu qeyd edilir. Şaman olmaq insanın psixologiyasında yaranan bəzi dəyişikliklərlə əlaqədardır. Azərbaycanda belə adamlara "vergili adamlar” deyirlər. Şamanlıq irsən keçmir, amma özü və oğlu şaman olan kamlar da var. Güclü şamanlara " böyük kam”, cazibəsi zəif adamlara "kiçik kam” adı verilir.
Şamanın dəfni digər dəfnlərdən fərqlənir. Ölən şaman basdırılmır. Bir tabuta yerləşdirilib dörd sütun üstündə yerləşdirilir. Şamanın təbili və çomağı sındırılır.
Dostları ilə paylaş: |