Dərs vəSAİTİ Azərbaycan Respublikası Təhsil Nazirinin



Yüklə 2,55 Mb.
Pdf görüntüsü
səhifə278/284
tarix02.01.2022
ölçüsü2,55 Mb.
#2728
növüDərs
1   ...   274   275   276   277   278   279   280   281   ...   284
 
386 
 
XI ƏLAVƏ 
Azərbaycan Respublikasının Milli Təhlükəsizlik 
Konsepsiyası 
 
(Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 23 may 
tarixli sərəncamı ilə təsdiq edilmişdir) 
 
Mündəricat 
 
Giriş 
1. Təhlükəsizlik mühiti 
2. Azərbaycan Respublikasının milli maraqları 
3. Azərbaycan Respublikasının milli təhlükəsizliyinə təhdidlər 
3.1. Azərbaycan Respublikasının müstəqilliyi, suverenliyi, ərazi 
bütövlüyü və konstitusiya quruluşu əleyhinə qəsdlər 
3.2. Qanunun aliliyinə nail olunması, ictimai asayişin qorunması  və 
insan hüquq və  əsas azadlıqlarının müdafiəsi sahəsində dövlət 
funksiyalarını yerinə yetirməyə qarşı fəaliyyət 
3.3. Separatçılıq, etnik, siyasi və dini ekstremizm 
3.4. Terrorçuluq və kütləvi qırğın silahlarının yayılması 
3.5. Regional münaqişələr və transmilli mütəşəkkil cinayətkarlıq 
3.6. Azərbaycan Respublikasının enerji infrastrukturuna qarşı fəaliyyət 
3.7. Xarici siyasi, hərbi və ya iqtisadi asılılıq 
3.8. İqtisadi qeyri-sabitlik 
3.9. Peşəkar insan ehtiyatlarının çatışmazlığı 
3.10. Regional hərbiləşdirmə 
3.11. Ekoloji problemlər 
4. Azərbaycan Respublikasının milli təhlükəsizlik siyasətinin  əsas 
istiqamətləri 
4.1.Təhlükəsizliyin xarici siyasət vasitələri ilə təmin edilməsi 
4.1.1. Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpa olunması 
4.1.2. Avropa və Avratlantik strukturlara inteqrasiya 
4.1.3. Beynəlxalq təhlükəsizliyə töhfə 
4.1.4. Beynəlxalq təşkilatlarla əməkdaşlıq 
4.1.5. Regional əməkdaşlıq və ikitərəfli münasibətlər 
4.1.5.1. Region ölkələri ilə əməkdaşlıq 
4.1.5.2. Qeyri-region ölkələri ilə əməkdaşlıq 
4.2. Müdafiə qabiliyyətinin möhkəmləndirilməsi 
4.3. Təhlükəsizliyin daxili siyasət vasitələri ilə təmin edilməsi 


387 
 
4.3.1. Demokratiyanın möhkəmləndirilməsi 
4.3.2. Milli və dini tolerantlıq mühitinin qorunması 
4.3.3. Elm, təhsil, mədəniyyət və mənəviyyatın qorunması 
4.3.4. İqtisadi və sosial inkişaf 
4.3.5. Daxili təhlükəsizliyin möhkəmləndirilməsi 
4.3.6. Sərhəd təhlükəsizliyinin möhkəmləndirilməsi 
4.3.7. Miqrasiya siyasəti 
4.3.8. Enerji təhlükəsizliyi siyasəti 
4.3.9. Nəqliyyat təhlükəsizliyi siyasəti 
4.3.10. Fövqəladə idarəetmə,  ətraf mühitin və  əhalinin sağlamlığının 
mühafizəsi 
4.3.11. İnformasiya təhlükəsizliyi siyasəti 
Yekun müddəalar 
 
Giriş 
Çoxəsrlik dövlətçilik tarixi keçmiş, 1918-ci ildə Şərqdə ilk demokratik 
respublika qurmuş  və 1920-ci ildə müstəqilliyini itirmiş Azərbaycan 
Sovet İttifaqının süqutundan sonra, 1991-ci ildə öz dövlət müstəqilliyini 
bərpa etmişdir. Azərbaycan xalqı daha geniş demokratik dəyərlərə 
qovuşmaq imkanından istifadə edərək, özünün milli dövlətçilik 
ənənələrinə, tarixi və mədəni irsinə söykənən müasir demokratik hüquqi 
dövlət quruculuğu yolunu seçmişdir. 
Müstəqilliyin ilk dövründə gənc respublika Ermənistan tərəfindən hərbi 
təcavüzə  məruz qalmış, daxili qeyri-sabitlik, iqtisadi böhran, keçid 
dövrünün çətinlikləri və digər ciddi problemlərlə üzləşmişdir. Buna 
baxmayaraq, Azərbaycan xalqının ümummilli lideri Heydər  Əliyevin 
rəhbərliyi ilə Azərbaycan Respublikası bütün çətinlikləri dəf edərək
düzgün strateji inkişaf yolunu müəyyən edərək, hazırda uğurla 
irəliləyən, regionda və dünyada öz mövqelərini möhkəmləndirən 
iqtisadi, siyasi və digər baxımlardan dinamik inkişaf edən müasir ölkəyə 
çevrilməkdədir. Belə ki, Azərbaycan Xəzər-Qafqaz məkanında regional 
əməkdaşlıq üçün olduqca mühüm, bir çox hallarda isə həlledici dövlət 
olub, xüsusən enerji və  nəqliyyat layihələrinin həyata keçirilməsində 
əvəzsiz rol oynamaqdadır. Bu ümumi strategiyanın başlıca məqsədi 
Azərbaycan Respublikasının çiçəklənməsi, davamlı inkişafı və əhalinin 
rifahının təmin edilməsi, eləcə  də bütün regionda təhlükəsizlik və 
sabitliyin təmin olunmasına töhfə verməkdən ibarətdir.  
Azərbaycan Respublikasının milli təhlükəsizlik konsepsiyası (bundan 
sonra Konsepsiya) dövlətin müstəqilliyini,  ərazi bütövlüyünü və 
388 
 
demokratik inkişaf yolunu, strateji seçimi kimi Avratlantik məkana 
inteqrasiyasını, bununla yanaşı, tarazlaşdırılmış xarici siyasətinin 
çoxşaxəliliyini vurğulayan, Azərbaycan Respublikasında  şəxsiyyət, 
cəmiyyət və dövləti xarici və daxili təhdidlərdən qorumağa yönəlmiş 
siyasət və tədbirlərin məqsəd, prinsip və yanaşmalarının məcmusudur. 
 

Yüklə 2,55 Mb.

Dostları ilə paylaş:
1   ...   274   275   276   277   278   279   280   281   ...   284




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin