Biz Afrikada demokratiyanın möhkəmlənməsini
dəstəkləyəcək və uzun müddətli sülh, yoxsulluğun aradan
qaldırılması və davamlı inkişaf uğrunda mübarizədə onlara
yardım edəcək və bununla Afrikanın dünya iqtisadiyyatının
cərəyanına qoşulmasına çalışacağıq.
28.
Beləliklə də biz aşağıdakıları qət edirik:
o
Afrikanın demokratik cəhətdən geridə qalmış bölgə-
lərinin siyasi və institusional strukturlarına tam dəstək
vermək Münaqişələrin aradan qaldırılması və siyasi sabitliyi
gücləndirmək, resursların bu kontinentdə sülhü bərqərar
etmə əməliyyatlarına sərf olunmasına çalışmaq üçün
regional və sub-regional mexanizmlərin yaradılmasına və
saxlanmasına çalışmaq
o
Afrikada yoxsulluğun aradan qaldırılması və da-
vamlı inkişaf sahəsində mövcud problemləri həll etmək
üçün xüsusi tədbirlər görmək, o cümlədən borcları ləğv
etmək, bazarlardan istifadə imkanlarını artırmaq, Rəsmi
İnkişaf üzrə Yardımı gücləndirmək, Birbaşa Xarici
İnvestisiyanı və texnologiya imkanlarını artırmaq.
o
HİV/AIDS epidemiyası və digər yoluxucu xəs-
təliklərin yayılmasının qarşısını almaq üçün özünə potensial
imkanlar yaratmaqda Afrikaya yardım etmək