Biz bütün bəşəriyyəti, hər şeydən əvvəl isə, uşaq-
larımızı və nəvələrimizi, insan əməlləri ilə hədsiz şəkildə
korlanmış planetdə yaşamaq təhlükəsindən azad etmək və
vəsaitləri ehtiyaclarını ödəməyən insanlara yardım etmək
üçün əlimizdən gələni etməliyik.
22.
Biz davamlı inkişaf prinsiplərini, o cümlədən
Birləşmiş Millətlərin Ekologiya və İnkişaf üzrə
Konfransında razılaşdırılmış 21-ci Gündəlikdə irəli sürülən
prinsipləri dəstəklədiyimizi bir daha təsdiq edirik.
23.
Buna görə də biz bütün ekoloci fəaliyyətimiz
daxilində yeni etik müdafiə və nəzarət variantı qəbul edir və
ilkin addım kimi aşağıdakıları qət edirik:
o
Kioto Protokolunun Birləşmiş Millətlərin Ekologiya
və İnkişaf üzrə 2002-ci ildə keçiriləcək Konfransının
onuncu ildönümünə qədər qüvvəyə minməsini təmin etmək
376
və istixana qazlarının tələb edilən səviyyədə azaldılmasına
başlamaq yönümündə bütün cəhdləri səfərbər etmək.
o
Bütün növ meşələrin idarə olunması, nəzarəti və
inkişafı üçün bütün cəhdlərimizi intensivləşdirmək
o
Bioloci Müxtəliflik Konvensiyasının və Ciddi Qu-
raqlığa və ya Səhralaşmaya düçar olmuş Ölkələrdə, xüsusilə
də Afrikada Səhralaşmaya Qarşı Mübarizə Konvensiyasının
icra olunması üçün müvafiq təzyiq göstərmək.
o
İnsanlara həm sulardan, həm də müvafiq ləvazimat-
lardan lazımi qədər istifadə imkanı verən, suların regional,
milli və yerli səviyyələrdə idarə olunması strategiyaları
vasitəsilə sulardan qeyri-davamlı istifadəni dayandırmaq.
o
Təbii və insanların törətdiyi fəlakətlərin sayının və
tə-sirinin azaldılması üçün əməkdaşlığı gücləndirmək.
o