Dərs vəSAİTİ Azərbaycan Respublikası Təhsil Nazirinin


II. Sülh, Təhlükəsizlik və Tərksilah



Yüklə 2,55 Mb.
Pdf görüntüsü
səhifə269/284
tarix02.01.2022
ölçüsü2,55 Mb.
#2728
növüDərs
1   ...   265   266   267   268   269   270   271   272   ...   284
II. Sülh, Təhlükəsizlik və Tərksilah 
 
8.
 
Biz öz xalqlarımızı, son onillik ərzində 5 
milyondan çox insan həyatına son qoyan Dövlətlər daxili və 
ya Dövlətlərarası müharibə  təhlükəsindən azad edəcəyik. 
Biz həmçinin, kütləvi qırğın silahlarının yaratdığı təhlükəni 
də aradan qaldırmağın yollarını axtaracağıq.  
9.
 
Beləliklə biz aşağıdakıları qət edirik: 
Milli işlərdə olduğu kimi beynəlxalq işlərdə  də 
qanunun aliliyinə hörməti gücləndirmək, xüsusilə  də 
Birləşmiş Millətlərin Nizamnaməsinə uyğun olaraq Üzv 
Dövlətlərin tərəflər kimi çıxış etdikləri halda Beynəlxalq 
Ədalət Məhkəməsinin qərarlarına  əməl etmələrinə  təminat 
yaratmaq.  
 
o
 
Birləşmiş Millətlərin sülh və təhlükəsizlik məsələlə-
rini daha səmərəli  şəkildə idarə etməsi üçün onu
münaqişələri sülh yolu ilə  həll etmək, sülhü qoruyub-
saxlamaq, münaqişələrdən sonra sülhü bərqərar etmək və 
yenidənqurma işləri aparmaq üçün lazım olan müvafiq 
alətlərlə  təmin etmək. Bu baxımdan biz Birləşmiş 
Millətlərin Sülh Əməliyyatları Qrupunun hesabatına istinad 
edərək Baş Assambleyadan onun məsləhətlərini təcili olaraq 
müzakirə etməyi xahiş edirik.  
o
 
Nizamnamənin 8-ci Fəsilinə müvafiq olaraq 
Birləşmiş Millətlərin regional təşkilatlarla  əməkdaşlığını 
gücləndirmək.  
o
 
Silahlara nəzarət və tərksilah, beynəlxalq humanitar
hüquq və insan hüquqları kimi sahələrdə  əldə olunmuş 
razılaşmaların Dövlətlər tərəfindən icra olunmasını  təmin 
etmək və bütün Dövlətləri Beynəlxalq Cinayət 
Məhkəməsinin Roma Statutunu imzalamağa və  təsdiq 
etməyə çağırmaq.  


371 
 
o
 
Beynəlxalq terrorizmə qarşı razılaşdırılmış addımlar 
atmaq və bütün müvafiq beynəlxalq konvensiyalara tezliklə 
qoşulmaq  
o
 
Ümumdünya narkomaniya problemini aradan 
qaldırmaq sahəsindəki öhdəliklərin icrası yönümündə 
cəhdlərimizi ikiqat artırmaq.  
o
 
Transmilli cinayətin bütün aspektləri, o cümlədən 
qanunsuz silah satışı, kontrabanda və çirkin pulların 
yuyulması kimi işlərə qarşı mübarizə  cəhdlərini 
intensivləşdirmək.  
o
 
Birləşmiş Millətlərin iqtisadi sanksiyalarının günah-
sız insanlara mənfi təsirini azaltmaq, bu sanksiyalar 
recimini adi baxışlara tətbiq etmək və sanksiyaların üçüncü 
tərəflərə mənfi təsirini aradan qaldırmaq.  
o
 
Kütləvi qırğın silahlarının, xüsusilə  də nüvə 
silahlarının ləğv olunmasına çalışmaq və bu məqsədə nail 
olmaq üçün bütün variantlardan, o cümlədən nüvə 
təhlükəsinin aradan qaldırılması yollarını müəyyən etmək 
üçün beynəlxalq konfrans çağırılmasının mümkünlüyündən 
istifadə etmək.  
o
 
Kiçik və yüngül silahların qanunsuz satışına son 
qoymaq məqsədilə  təcili addımlar atmaq, xüsusilə  də silah 
ötürülməsi prosesini daha şəffaf  şəkildə  həyata keçirməklə 
və regional tərksilah işlərini dəstəkləməklə, Kiçik və 
Yüngül Silahların Qanunsuz Satışı üzrə Birləşmiş 
Millətlərin qarşıdan gələn Konfransının bütün tövsiyyələrini 
nəzərə almaqla bu məqsədə nail olmaq.  
o
 
Bütün Dövlətləri Yerüstü Minaların İstifadəsi, Təda-
rükü və Ötürülməsinin Qadağan Edilməsi və Onların 
Zərərsizləşdirilməsi Konvensiyasına, həmçinin, şərti silahlar 
üzrə Konvensiyaya əlavə edilmiş minalar üzrə protokola 
qoşulmağa çağırmaq.  
 
10.
 
Biz Üzv Dövlətləri, fərdi və kollektiv şəkildə, 
həm indi, həm də  gələcəkdə Olimpik Barışıqlığa riayət 
372 
 
etməyə  və Beynəlxalq Olimpiya Komitəsinin idman və 
Olimpiada oyunları vasitəsilə sülh və insan anlaşmasını 
gücləndirmək üçün göstərdiyi cəhdləri dəstəkləməyə 
səsləyirik.  
 

Yüklə 2,55 Mb.

Dostları ilə paylaş:
1   ...   265   266   267   268   269   270   271   272   ...   284




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin