Dərs vəSAİTİ Azərbaycan Respublikası Təhsil Nazirinin


III. İnkişaf və Yoxsulluğun Aradan Qaldırılması



Yüklə 2,55 Mb.
Pdf görüntüsü
səhifə270/284
tarix02.01.2022
ölçüsü2,55 Mb.
#2728
növüDərs
1   ...   266   267   268   269   270   271   272   273   ...   284
III. İnkişaf və Yoxsulluğun Aradan Qaldırılması 
 
11.
 
Biz kişiləri, qadınları və uşaqları misgin və qeyri-
insani yaşayış  şəraitindən və milyonlarla insanın düçar 
olduğu hədsiz kasıblıqdan azad etmək üçün əlimizdən 
gələni əsirgəməyəcəyik. Biz inkişaf hüququnun hər bir kəs 
üçün həqiqətə çevrilməsi və bütün bəşəriyyətin kasıblıqdan 
yaxa qurtarmasına çalışacağıq.  
12.
 
Buna görə  də biz həm qlobal, həm də milli 
səviyyələrdə elə bir mühit yaratmağa qərar vermişik ki, bu 
mühit inkişaf və yoxsulluğun aradan qaldırılması 
məqsədləri üçün əlverişli olsun.  
13.
 
Yeri gəlmişkən, bu öhdəliklərin uğurla yerinə 
yetirilməsi hər bir ölkə daxilində mövcud olan yaxşı idarə-
etmədən asılıdır. O həmçinin, beynəlxalq səviyyədə yaxşı 
idarəetmədən və maliyyə, pul və ticarət sistemlərindəki 
şəffaflıqdan asılıdır. Biz açıq, obyektiv, qaydalara 
əsaslanan, aşkar və ayrıseçkilik salmayan çoxşaxəli ticarət 
və maliyyə sistemlərinə əsaslanırıq.  
14.
 
Davamlı inkişaf sahəsində gördükləri işləri 
maliyyələşdirmək üçün lazım olan resursları  səfərbər 
etməkdə inkişaf etməkdə olan ölkələrin qarşılaşdıqları 
problemlər bizi narahat edir. Buna görə  də biz İnkişafın 
Maliyyələşdirilməsi üzrə Yüksəksəviyyəli Beynəlxalq və 
Dövlətlər-arası  tədbirin 2001-ci ildə keçirilməsi üçün 
əlimizdən gələni edəcəyik.  
15.
 
Biz eyni zamanda, ən zəif inkişaf etmiş ölkələrin 
xüsusi ehtiyaclarını ödəmək sahəsində də öhdəliklər götür-
müşük. Bu baxımdan biz 2001-ci ilin may ayında 
keçirilməli olan Birləşmiş Millətlərin Ən Zəif İnkişaf Etmiş 


373 
 
Ölkələr üçün Konfransını alqışlayırıq və onun uğurla həyata 
keçməsi üçün qüvvələrimizi mümkün qədər səfərbər 
edəcəyik. Biz sənaye ölkələrini aşağıda göstərilənləri həyata 
keçirməyə çağırırıq:  
 
o
 
Əsasən həmin Konfransın keçirildiyi müddət 
ərzində  ən zəif inkişaf etmiş ölkələrdən edilən bütün əsas 
ixracın qeyri-məhdud səviyyədə  və rüsum-xərcləri 
alınmadan əldə olunması üzrə müvafiq qayda qəbul etmək;  
o
 
Məsələni ləngitmədən həddən artıq borc altında 
olan ölkələri borclardan azad etmək üzrə müvafiq 
proqramları icra etmək və  həmin ölkələrin yoxsulluğu 
aradan qaldırma üzrə göstərdikləri cəhdlərin əvəzinə onların 
bütün rəsmi ikitərəfli borclarını ləğv etmək; və  
o
 
Xüsusilə öz resurslarını həqiqətən yoxsulluğun ara-
dan qaldırılması  işinə  sərf etməyə çalışan ölkələrə daha 
geniş inkişaf yönümlü yardım göstərmək.  
 
16.
 
Eyni zamanda biz, az və ya orta gəlirlə inkişaf 
etməkdə olan ölkələrin borclarını uzun müddət ərzində idarə 
edə bilmələri üçün tərtib olunmuş müxtəlif milli və 
beynəlxalq tədbirlər vasitəsilə borc problemləri ilə daha 
ətraflı və səmərəli şəkildə məşğul olmağı qərarlaşdırırıq.  
17.
 
Biz həmçinin, Barbados İcra Proqramını  və Baş 
assambleyanın 22-ci xüsusi sessiyasının nəticələrini təcili və 
tam surətdə  həyata keçirməklə inkişaf etməkdə olan kiçik 
ada Dövlətlərinin xüsusi ehtiyaclarını ödəməyi qət edirik. 
Biz beynəlxalq ictimaiyyəti təhrik edirik ki, aztəminatlı 
təbəqələrin inkişafında inkişaf etməkdə olan kiçik ada 
Dövlətlərinin ehtiyaclarını  nəzərə almağa təminat 
yaratsınlar.  
18.
 
Biz dənizə  çıxışı olmayan inkişaf etməkdə olan 
ölkələrin xüsusi ehtiyaclarını və problemlərini başa düşür və 
həm ikitərəfli, həm də çoxtərəfli donorları  həmin ölkələrin 
xüsusi inkişaf ehtiyaclarını ödəmək və onların tranzit 
374 
 
nəqliyyat sistemlərini təkmilləşdirməklə çoğrafi çətinlikləri 
aradan qaldırmalarına kömək etmək məqsədilə bu qrup 
ölkələrə göstərilən maliyyə  və texniki yardımı artırmağa 
çağırırıq.  
19.
 
Bundan əlavə biz aşağıdakıları qət edirik:  
 
o
 
2015-ci ilədək gündəlik gəliri bir dollardan aşağı 
olan və aclıqdan  əzab çəkən insan təbəqələrinin sayını 
yarıyadək azaltmaq, və  həmin vaxta qədər təmiz içməli su 
əldə edə bilməyən və ya onun üçün pul ödəmək imkanı 
olmayan insan təbəqələrinin sayını yarıbayarı azaltmaq.  
o
 
Həmin vaxta qədər dünyanın hər bir yerində yaşayan 
uşaqların, oğlan və  qızların ibtidai təhsili bitirmələrinə  və 
onların sonradan bütün növ təhsil imkanlarından istifadə 
etmələrinə təminat yaratmaq.  
o
 
Həmin vaxta qədər (3 rüb ərzində) ana ölümü 
hallarının sayını və beş yaşınadək uşaqların ölüm hallarının 
mövcud dərəcəsini 2/3 dəfə azaltmaq.  
o
 
Həmin vaxta qədər bəşəriyyətə  ağır zərbə vuran 
HİV/AIDS-in, malyariyanın və digər irimiqyaslı 
xəstəliklərin yayılmasını dayandırmaq və müalicəsinə 
çalışmaq.  
o
 
HİV/AIDS-lə yoluxmuş  uşaqlara xüsusi yardım 
göstərmək  
o
 
2020-ci ilədək xarabalıqlarda yaşayan  ən azı 100 
milyon  əhalinin həyat  şəraitinin yaxşılaşdırılması üçün 
"Xarabalıqlarsız  Şəhərlər" adlı  təşəbbüsdə  təklif olunmuş 
vacib nailiyyətləri əldə etmək.  
 
20.
 
Biz həmçinin aşağıdakıları qərarlaşdırırıq:  
 
o
 
Yoxsulluğa, aclığa və  xəstəliklərə qarşı mübarizə 
aparmanın və  həqiqətən davamlı olan inkişafa təkan 
vermənin səmərəli yolları kimi gender bərabərliyi və 
qadınlara səlahiyyət verilməsini təkmilləşdirmək.  


375 
 
o
 
Dünyanın hər bir yerində yaşayan gənclərin layiqli 
və  məhsuldar iş tapmalarına imkan yarada bilən 
strategiyaları tərtib və icra etmək.  
o
 
İnkişaf etməkdə olan ölkələrdə  əsas dərman prepa-
ratlarına ehtiyacı olan insanların onları asanlıqla əldə etmə-
lərinə imkan yaratmaq məqsədilə farmaseptik sənayeni güc-
ləndirmək.  
o
 
İnkişaf və yoxsulluğun aradan qaldırılması 
sahələrində özəl sektor və vətəndaş cəmiyyəti təşkilatları ilə 
güclü müttəfiqlik yaratmaq.  
o
 
ECOSOC-un 2000-ci ildə nazirlər səviyyəsində ke-
çirilmiş sessiyasında qəbul olunmuş  Bəyannamədə 
göstərilən məsləhətlərə müvafiq olaraq hər bir kəsin yeni 
texnologiyaların, o cümlədən informasiya və rabitə texnolo-
giyalarının mənfəətindən bəhrələn-mələrinə 
təminat 
yaratmaq.  

Yüklə 2,55 Mb.

Dostları ilə paylaş:
1   ...   266   267   268   269   270   271   272   273   ...   284




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin