Biz, təbii fəlakətlərdən, soyqırımlardan, silahlı
münaqişələrdən və başqa insani əməllərdən əzab çəkən
uşaqlara və sivil vətəndaşlara yardım etmək və onları
müdafiə etmək üçün bütün cəhdlərimizi sərf edəcəyik ki,
həmin insanlar mümkün qədər tez bir müddət ərzində
normal həyat şəraiti əldə etmiş olsunlar.
Bu məqsədlə də biz aşağıdakıları qət edirik:
o
Beynəlxalq humanitar qanunlara müvafiq olaraq
mürəkkəb fövqəladə
vəziyyətlərdə
vətəndaşların
müdafiəsini gücləndirmək.
o
Qaçqınları özündə məskunlaşdıran ölkələrdə prob-
lemlərin bölüşdürülməsi və bu ölkələrin aldığı yardımın
əlaqlələndirilməsi sahəsində beynəlxalq əməkdaşlığı
gücləndirmək, bütün qaçqın və didərginlərin sağ-salamat və
könüllü olaraq öz yurd-yuvalarına qayıtmalarına və öz
378
cəmiyyətlərində rahat şəkildə məskunlaşmalarına yardım
etmək.
o
Uşaq Hüquqları üzrə Konvensiyanın və onun,
uşaqların silahlı münaqişələrə cəlb edilməsi, uşaqların
satılması, uşaq pozğunluğu və uşaq pornoqrafiyası kimi
məsələlərə aid şərti protokolunun təsdiqinə və icrasına təkan
vermək.