379
VIII. Birləşmiş Millətlərin Gücləndirilməsi
29.
Biz Birləşmiş Millətləri, öz qarşısında duran
bütün prio-ritetləri yerinə yetirmək üçün daha səmərəli bir
alətə çevirmək yolunda əlimizdən gələni əsirgəməyəcəyik;
həmin prioritetlər aşağıdakılardan ibarətdir: dünyanın bütün
insanelarının inkişafı və yoxsulluğun aradan qaldırılması
uğrunda
mübarizə; cahillik və xəstəliklərə, ədalətsizliyə,
zorakılığa, terror və cinayətlərə və bizim ümumi evimizin
korlanması və dağıdılmasına qarşı mübarizə.
30.
Beləliklə də biz aşağıdakıları qət edirik:
o
Baş Assambleyanın BMT-nin baş məsləhətçi,
qanunverici və təmsilçi orqanı kimi mərkəzi rolunu bir daha
təsdiq etmək və onun öz rolunu səmərəli şəkildə həyata
keçirməsi üçün lazımi şəraiti
yaratmaq
o
Təhlükəsizlik Şurasının bütün aspektlərində ətraflı
islahatlar aparılmasına nail olmaq üçün cəhdlərimizi
intensiveləşdirmək
o
Mövcud nailiyyətlərinə əsaslanaraq İqtisadi və
Sosial Şuranı daha da gücləndirmək və Nizamnamədə onun
üçün təyin olunmuş rolu icra etməsinə yardım etmək
o
Beynəlxalq məsələlərdə ədaləti və qanunun aliliyini
təmin etmək məqsədilə Beynəlxalq Ədalət Məhkəməsini
gücləndirmək
o
Birləşmiş Millətlərin əsas orqanlarının
öz funk-
siyalarını yerinə yetirmələrinə təkan vermək məqsədilə
onlar arasında əlaqələndirməni və mütəmadi məşvərəti
möhkəmləndirmək
o
Təşkilatın, öz qarşısında duran vəzifələri yerinə
yetirməsi üçün ona lazım olan resurslarla vaxtı-vaxtında və
əvvəlcədən təchiz olunmasını təmin etmək
o
Ən yaxşı idarəetmə təcrübəsi və mümkün texnolo-
giyanı tətbiq etmək
və Üzv Dövlətlər tərəfindən
razılaşdırılmış prioritetləri əks etdirən tapşırıqlara xüsusi
380
diqqət yetirməklə, Üzv Dövlətlərin maraqları daxilində, Baş
Assambleya tərəfindən razılaşdırılmış prosedurlara və
qaydalara müvafiq olaraq Katibliyi həmin resurslardan ən
mükəmməl şəkildə istifadə etməyə sövq etmək.
o
Birləşmiş Millətlər Təşkilatı Heyətinin
Təhlükəsizliyi üzrə Konvensiyaya ciddi əməl olunmasına
nəzarət etmək
o
Sülh və inkişaf məslələrinə tam əlaqələndirilmiş
yanaşma metodunu əldə etmək baxımından Birləşmiş
Millətlər,
onun agentlikləri, Bretton-Vudz təşkilatları və
Ümumdünya Ticarət Təşkilatı, həmçinin, digər çoxtərəfli
orqanlar arasında daha geniş siyasi əlaqə və daha
mükəmməl əməkdaşlıq yaratmaq
o
Müxtəlif sahələrdə,
o cümlədən sülh və
təhlükəsizlik, iqtisadi və sosial inkişaf, beynəlxalq qanun və
insan hüquqları, demokratiya və gender məsələləri
sahəsində Birləşmiş Millətlər və milli parlamentlər arasında
onların ümumdünya təşkilatları, Parlamentlərarası İttifaqı
vasitəsilə əməkdaşlığı gücləndirmək.
o
Təşkilatın məqsəd və vəzifələrinin həyata keçirilmə-
sinə yardım etmək üçün fərdi sektora,
qeyri-hökumət təşki-
latlarına və vətəndaş cəmiyyətinə daha böyük imkanlar
yaratmaq.
31.
Biz Baş Assambleyadan tələb edirik ki, bu
Bəyannamənin şərtlərinin icrası üzrə əldə olunan
nailiyyətləri mütəmadi olaraq nəzərdən keçirsin və Baş
Katibdən xahiş edirik ki, Baş Assambleya tərəfindən
nəzərdə tutulan və gələcək fəaliyyətin əsası hesab
oluna
bilən vaxtaşırı hesabatlar hazırlasın.
32.
Biz bu tarixi hadisə ilə əlaqədar hamılıqla təsdiq
edirik ki, Birləşmiş Millətlər bütün bəşər ailəsinin ümumi
bölünməz evidir ki, onun vasitəsilə biz sülh, əməkdaşlıq və
inkişaf sahəsində ümumi məqsədlərimizə nail olmağın
yollarını axtaracağıq. Buna görə də biz bu ümumi