MühazirƏ Prof. Həsənov A.İ. Ə.Əliyev ad. Adhti Pediatriya kafedrası



Yüklə 1,41 Mb.
tarix31.01.2017
ölçüsü1,41 Mb.
#6738


Bronxial astmanın müalicəsi mühazirƏ

  • Prof. Həsənov A.İ.

  • Ə.Əliyev ad. ADHTİ Pediatriya kafedrası


Bronxial astmanın müalicəsinin əsas prinsipləri:

  • Səbəbkar allergenin eliminasiyası və ya onunla kontaktı kəsməli, ya da azaltmalı

  • Farmakoterapiya:bronxların selikli qişasında iltihabi dəyişikliklərin aradan götürülməsinə və tutmanın müalicəsinə yönəldilmiş bazis müalicə

  • Spesifik immunoterapiya



Allergiya ilə yaşamagı öyrənin!



Hipoallergen pəhriz nədir?



Daha güclü allergen məhsulları yadda saxlamalı !

  • Konservləşmiş ərzaqlar (duza qoyulmuş və marinadlar) təzə dərilmiş məhsullara,

  • qızardılmış isə bişmiş yəni qaynadılmış qidaya nisbətən daha allergendirlər .

  • Eyni zamanda göstərilən məhsulların birgə qəbulu daha güclü təsirə malik olub allergiya ilə nəticələnə bilər.



Məişət allergenləri ilə təmasda olmamaq üçün (ev və kitabxana tozu,ev tozunun mikroskopik gənələri, kif göbələkləri) məqsədəuygundur: (1)

  • Aşagıda göstərilən tozyığan əşyaları kənarlaşdırmaq:

    • Xalça-palaz
    • Yumşaq mebel (hamar və yuyula bilən səthi olan mebellərə üstünlük vermək lazımdır)
    • Agır pərdələr
    • Ev gülləri
    • Yumşaq oyuncaqlar(xüsusilə də evdə allergiya ilə uşaq varsa)
  • Əşyaları çarpayı altında saxlamamalı (bütün sahələrin tozdan təmizləməsi asan olmalıdır)

  • Kitab rəfləri şüşə ilə örtülü olmalıdır

  • Əşyaları hara gəldi atmamalı, səliqə ilə qapalı vəziyyətdə saxlamalı

  • Hər gün otaqları yaş əski ilə silməli və tez-tez havasını dəyişməlı:

    • Otağı təmizləyərkən isladılmış tənzif maska və ya məişət respiratorundan istifadə etməli
    • Tozsorandan istifadə zamanı əlavə mühafizə filtri taxmalı
    • Təmizlədikdən sonra dərhal otaqdan çıxmalı
    • Ümumiyyətlə, otağı başqalarının təmizləməyi daha məsləhətdir


Məişət allergenləri ilə təmasda olmamaq üçün (ev və kitabxana tozu,ev tozunun mikroskopik gənələri, kif göbələkləri) məqsədəuygundur: (2)

  • Yataq əşyalarına xüsusi fikir verməli:

    • quş tükündən olan balıncı, ədyalı və döşəyi sintepon və ya pambıqla əvəz etməli
    • yataq əşyalarını tez-tez dəyişməli(döşəkağı, balınc üzü)
    • yataq əşyalarını mütamadi qurutmalı(yayda-günəşlə, qışda – şaxtada)
    • yadda saxlamaq lazımdır ki, yataq əşyalarını çırpdıqda havada tozun konsentrasıyasının artması liə əlaqədar nəmlənmiş maska taxmalı
    • allergensiz xüsusi yataq əşyalarından istifadə etməli
  • Vanna otağını quru saxlamalı, tez-tez havasını dəyişməli

  • Mənzıldə elektrik havatəmizləyicisindən istifadə etməli

  • ( yataq otağından başqa)

  • 9. Yadda saxlamaq lazımdır ki, nəinki ev heyvanları özləri allergiyanın bilavasitə səbəbkarları ola bilər, hətta onların yunu və tükü çoxlu miqdarda toz yığa bilər



Epidermal allergenlərlə ( heyvan yunu, tükü və tüpürçəyi) təmasdan yayınmaq heç də çətin deyil !

  • Ən başlıcası – evdə heç bir heyvan saxlamamalı

  • Qonaq gedəcəyiniz evdə heyvanların olması haqda maraqlanmalı.

  • Bəlkə, qonaqları öz evinizə dəvət edəsiniz.

  • 3. Heyvanı mütamadi çimizdirməklə ondan təhlükəni azaltmaq illyuziyası Sizi arxayıhlaşdırmamalıdır

  • 4. Evə gətirəcəyiniz heyvana qarşı yüksək həssaslığın olmaması Sizi çaşdırmasın

  • Allergensiz heyvan ümumiyyətlə yoxdur!

  • məsələn – pişiyə qarşı həssaslıq yüksəkdirsə, onda gec-tez itə qarşı da allergiya əmələ gələcək.

  • 5. Hətta akvarium balıqları belə təhlükəli ola bilər ( daha doğrusu

  • balıqlar üçün yem- dafniya və s.)

  • 6. Əlbəttə dostdan ayrılmaq çox çətindir. Fəqət, evdə hər –hansı

  • heyvan varsa, bu zaman məsələnin yeganə düzgün həlli onu

  • etibarlı adama verməklə kənarlaşdırmaq



Tozcuq allergenlərlə (bitkilərin tozcuqları:ağac, kol, ot) kontaktdan necə yayınmağı bilmək lazımdır !

  • Yadda saxlamaq lazımdır ki, hər hansı bitki ancaq çiçəklənmə, daha doğrusu tozlanma dövründə təhlükəli olur. Ona görə də ayrı-ayrı bitkilərin çiçəklənmə vaxtını və yerini bilməklə təhlükəli bitkilərin tozçuqları ilə kontaktdan yayınmaq mümkündür.

  • “ Təhlükəli bitkilərin” çiçəklənmə - tozlanma dövründə:

  • Mümkün qədər şəhərdən kənara çıxmalı

  • Imkan daxilində səhər saatlarında (11-ə qədər) küçəyə çıxmamalı

  • Şəhərkənarı və meşəpark ərazilərinə gəzintiyə getməmək

  • Pəncərələri germetik bağlamaq və ehtiyac olarsa tənzif çəkməli

  • Küçəyə çıxarkən günəş eynəyindən istifadə etməli, geri qayıtdıqdan sonra burunun və gözün selikli qişalarını yumalı, duş qəbul etməli

  • təhlükəli bitki”olmayan və ya çiçəklənməyən dövrdə başqa iqlimi olan əraziyə məzuniyyətə getməli.

  • Unutmamalı ki, nəinki havada olan tozcuqlar, hətta bəzi dərman preparatları və kosmetik vasitələr ( çarpaz allergiya) təhlükəlidir.



Aspirinə və ona qohum preparatlara qarşı dözümsüzlük zamanı nə etməli ?



Bronxial astma tutmalarının müalicəsi



Β2 – qısamüddətli təsirə malik adrenomimetiklər

  • Salbutamolla inhalyasiya

  • 100-200 mkq (1-2 doza) sutkada 3-4 dəfədən çox olmayaraq kliniki effekt alınana qədər.

  • Fenoterolla inhalyasiya 100 mkq (1 doza) sutkada 3-4 dəfədən çox olmayaraq kliniki effekt alınana qədər.



Qısamüddətli təsirə malik metilksantinlər

  • Aminofillin 2,4%-li məhlulu sutkada 5-10 ml vena daxilinə və ya daxilə

  • 5- 6 mq/kq/sut. 1-3 qəbula kliniki effekt alınana qədər.



Sistem qlyukokortikoidləri

  • Deksametazon - əzələ və ya vena daxilinə 4-8 mq

  • Prednizalon - əzələ və ya vena daxilinə 30 - 60 mq



Aşağıdakı qrup preparatlar tutmaların müalicəsi üçün məsləhət görülmür:

  • Sedativ preparatlar (1-ci nəsildən olan antihistaminlər)

  • Mukolitiklər (öskürəyi gücləndirə bilər)

  • Maqnezium sulfat (effektliliyi sübut olunmamışdır)

  • Döş qəfəsinin fiziki üsulla müalicəsi (xəstənin diskamfortunu gücləndirə bilər)

  • Böyüklər və böyük yaşlı uşaqlara hidratasion terapiya məqsədilə çoxlu miqdarda mayenin köçürülməsi (kiçik yaşlı və südəmər uşaqlar istisna olmaqla)

  • Antibiotiklər (yanaşı olaraq pnevmoniya və sinusit varsa göstərişdir, lakin tutmanın müalicəsinə kömək etmir)



Bronxial astmanın bazis müalicəsi





Antihistamin preparatlar



Allergen – spesifik immunoterapiya (ASİT) metodları

  • klassik parenteral metod (sxem üzrə artan dozalarda antigenin dəri altına yeridilməsi)

  • Peroral (damcı, kapsul, həb)

  • Sublinqval

  • Intranazal

  • Endobronxıal

  • Sublinqval (ASİT) metodu xəstə üçün ən təhlükəsiz, effektiv və rahat hesab edilir.



Həyat tərzinin normallaşdırılması

  • Düzgün gündəlik rejim - təmiz havada mütləq gəzinti, adekvat qidalanma, kifayət qədər yuxu mühüm əhəmiyyət kəsb edir.

  • Bədəni möhkəmləndirici proseduralar, səhər gimnastikası məsləhət görülür.

  • Idmanın üzgüçülük, konki, velosiped kimi növlərinə üstünlük vermək lazımdır, tullanma hərəkətləri ilə olan idman növlərindən (güləş, gimnastika hündürlükdən tullanma) imtina etmək lazımdır.



İqlim terapiyası (sanator – kurort müalicəsi)

  • Bronxial astmalı xəstələr üçün dəniz səviyyəsindən 900-1000 m yüksəklikdə kəskin hava dəyişkənliyi olmayan mülayim iqlim şəraiti daha əlverişlıdir.

  • Həmçinin, zəif rütubətli dənizrənarı kurortlar məsləhət görülür.



Yüklə 1,41 Mb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin