Avropa Şurası Sazişinin seriya nömrəsi: 201
Uşaqların
Cinsi İstismar və Seksual Xarakterli
Hərəkətlərdən
Müdafiəsinə dair
Avropa Şurası Konvensiyası
Lanzarote, 25.X.2007
2
CETS 201 – Uşaqların Cinsi İstismar və Cinsi Zorakılıqdan Müdafiəsi, 25.X.2007
_________________________________________________________________________________________
Preambula
Avropa Şurasının üzv Dövlətləri və hazırkı Konvensiyanı imzalayandigər tərəflər;
Avropa Şurasının məqsədinin üzvləri arasında daha böyük birliyə nail olmaq olduğunu
nəzərə alaraq;
Hər bir uşağın yetkinlik yaşına çatmaması baxımından statusunun tələb etdiyi kimi ailəsi,
cəmiyyət və Dövlət tərəfindən bu cür müdafiə tədbirlərindən yararlanmaq hüququna malik
olduğunu nəzərə alaraq
uşaqların cinsi istismarının, xüsusilə də uşaq fahişəliyinin və seksual xarakterli hərəkətlərin
bütün formalarının, habelə xaricdə törədilən hərəkətlərin uşaqların sağlamlığına və psixi-
sosial inkişafına məhvedici təsir göstərdiyini müşahidə edərək;
uşaqlara qarşı cinsi istismarın və seksual xarakterli hərəkətlərin həm milli, həm də
beynəlxalq səviyyədə narahatlıq yaradan miqyasa çatdığını və, xüsusilə də həm uşaqların,
həm də qanun pozucularının məlumat və kommunikasiya texnologiyalarından (İKT-lər)
istifadə imkanlarının genişlənməsi və uşaqların cinsi istismarı və seksual xarakterli
hərəkətlərin qarşısının alınması və onlarla mübarizənin beynəlxalq əməkdaşlıq tələb
etdiyini qeyd edərək;
uşaqların rifahının və maraqlarının bütün üzv Dövlətlərin qəbul etdikləri fundamental
dəyərlər olduğunu və bu dəyərlərin heç bir ayrı-seçkiliyə yol vermədən qorunmalı olmasını
nəzərə alaraq;
Avropa Şurasının Dövlət və Hökumət Rəhbərlərinin 3-cü Sammitində (Varşava, 16-17 may
2005-ci il) qəbul eidlmiş və uşaqların cinsi istismarının qarşısının alınmasına çağıran
Fəaliyyət Planına istinad edərək;
Xüsusilə də, uşaqların və gənclərin cinsi istismarına, onların iştirakı ilə pornoqrafiyaya,
onların fahişəliyə cəlb edilməsinə və alverinə dair Nazirlər Komitəsinin R (91) 11 saylı
Tövsiyəsinə, uşaqların cinsi istismardan müdafiəsinə dair Rec (2001) 16 saylı Tövsiyəyə, və
Kibernetik cinayətə dair Konvensiyaya (ETS # 185), xüsusilə də onun 9-cu maddəsinə, eləcə
də Avropa Şurasının İnsan Alverinə qarşı Mübarizəyə dair Konvensiyaya (CETS # 197)
istinad edərək;
İnsan Hüquqları və Fundamental Azadlıqların Müdafiəsinə dair Konvensiyanı (1950, ETS
#5), yenidən nəzərdən keçirilmiş Avropanın Sosial Xartiyasını (1996, ETS # 163) və
Avropanın Uşaqların Hüquqlarının Yerinə yetirilməsinə dair Konvensiyasını (1996, ETS #
160) nəzərə alaraq;
Eləcə də, Birləşmiş Millətlər Təşkilatının Uşaa Hüquqları haqqında Konvensiyasını, xüsusilə
də onun 34-cü maddəsini, uşaq alverinə, uşaq fahişəliyinə və uşaq pornoqrafiyasına dair
Fakültativ Protokolu, Birləşmiş Millətlər Təşkilatı Konvensiyasına əlavə olaraq İnsan,
xüsusilə də Qadın və Uşaq Alverinin Qarşısının alınması ilə bağlı millətlərarası mütəşəkkil
cinayətlərin qarşısının alınmasına dair Protokolu, eləcə də Uşaq Əməyinin Ən Pis
Formalarının Qadağan edilməsi və Onların Aradan qaldırılması ilə bağlı Beynəlxalq Əmək
Təşkilatı Konvensiyasını nəzərə alaraq;
3
CETS 201 – Uşaqların Cinsi İstismar və Cinsi Zorakılıqdan Müdafiəsi, 25.X.2007
_________________________________________________________________________________________
Avropa Birliyi Şurasının uşaqların cinsi istismarına və uzaq pornoqrafiyasına qarşı Mübarizəyə dair
Çərçivə Qərarını (2004/68/JHA), Avropa Birliyi Şurasının cinayət prosesində qurbanların
statusuna dair Çərçivə Qərarını (2001/220/JHA) və Avropa Birliyi Şurasının insan alverinə
qarşı mübarizəyə dair Çərçivə Qərarını (2002/629/JHA) nəzərə alaraq;
Bu sahə üzrə digər müvafiq beynəlxalq sənəd və proqramları, xüsusilə də Uşaqların
Kommersiya məqsədilə Cinsi İstismarına qarşı 1-ci Ümumdünya Konqresində (27-31 avqust
1996-cı il) qəbul edilmiş Stokholm bəyannaməsini və Fəaliyyət Planını, Uşaqların
Kommersiya məqsədilə Cinsi İstismarına qarşı 2-ci Ümumdünya Konqresində (17-20 dekabr
2001-ci il) qəbul edilmiş Yokohama Qlobal Öhdəliyini, Uşaqların Kommersiya məqsədilə
Cinsi İstismarına qarşı 2-ci Ümumdünya Konqresinə hazırlıq Konfransında (20-21 noyabr
2011-ci il) qəbul edilmiş Budapeşt Öhdəliyi və Fəaliyyət Planını, Birləşmiş Millətlər
Təşkilatının Baş Assambleyasının “Uşaqlar üçün yararlı dünya” adlı S-27/2 saylı qərarını və
3-cü Sammitdən sonra qəbul edilmiş və Mərakeş Konfransında (4-5 aprel 2006-cı il) işə
başlamış “Avropanı uşaqlar üçün və uşaqlarla qurmaq” adlı üç-illik proqramını lazımi
qaydada nəzərə alaraq;
Cinayətkarların kimliyindən asılı olmayaraq uşaqları cinsi istismardan və seksual xarakterli
hərəkətlərdən müdafiəsi və qurbanlara yardım etmək kimi ümumi məqsədə səmərəli
şəkildə töhfə verilməsinə qərarlı olaraq;
uşaqların cinsi istismarı və onlara qarşı seksual xarakterli hərəkətlərin bütün formalarına
qarşı mübarizənin qabaqlayıcı, müdafiəedici və cinayət-hüquqi aspektlərinə yönələn
hərtərəfli beynəlxalq sənədin hazırlanmasına və xüsusi monitorinq mexanizmlərinin
yaradılmasına olan ehtiyacı nəzərə alaraq
Aşağıdakılar üzrə razılığa gəlmişlər:
Fəsil I – Məqsədlər, ayrı-seçkiliyə yol verməmək prinsipi və təriflər
Maddə 1 – Məqsədlər
1
Hazırkı Konvensiyanın məqsədi bunlardır:
a
uşaqların cinsi istismarının və onlara qarşı seksual xarakterli hərəkətlərin qarşısının
alınması və buna qarşı mübarizə aparılması;
b
cinsi istismarın və seksual xarakterli hərəkətlərin qurbanı olan uşağın hüquqlarının
müdafiə edilməsi;
c
uşaqların cinsi istismar və seksual xarakterli hərəkətlərə qarşı milli və beynəlxalq
əməkdaşlığın dəstəklənməsi;
2
Tərəflərin Konvensiyanın müddəalarını səmərəli surətdə həyata keçirmələri məqsədilə,
hazırkı Konvensiya xüsusi monitorinq mexanizmi yaradır.
4
CETS 201 – Uşaqların Cinsi İstismar və Cinsi Zorakılıqdan Müdafiəsi, 25.X.2007
_________________________________________________________________________________________
Maddə 2 – Ayrı-seçkiliyə yol verilməməsi prinsipi
Tərəflərin hazırkı Konvensiyanın müddəalarını yerinə yetirmələri, xüsusilə də qurbanların
hüquqlarının müdafiə edilməsi üzrə tədbirlərin qəbul edilməsi, cins, irq, rəng, dil, din,
siyasi və ya digər baxışlar, milli və sosial mənsubiyyət, hər hansı milli azlıqlara aidolma,
əmlak, doğum, seksual oriyentasiya, sağlamlıq durumu, əlillik və ya digər vəziyyətlər kimi
əlamətlərə görə ayrı-seçkilik olmadan təmin edilir.
Maddə 3 – Anlayışlar
Hazırkı Konvensiyanın məqsədləri üçün:
a
“uşaq” 18 yaşından aşağı istənilən şəxsi bildirir;
b
“uşaqların cinsi istismarı və seksual xarakterli hərəkətlər” hazırkı Konvensiyanın 18 –
23-cü maddələrində izah edilən davranışı bildirir;
c
“qurban” cinsi istismar və seksual xarakterli hərəkətlərə məruz qalmış uşağı bildirir.
Fəsil II – Qabaqlayıcı tədbirlər
Maddə 4 – Prinsiplər
Uşaqların cinsi istismarı və onlara qarşı seksual xarakterli hərəkətlərin bütün formalarının
qarşısını almaq və uşaqları qorumaq üçün hər bir Tərəf lazımi qanunvericilik və ya digər
tədbirləri görür.
Maddə 5 –
Uşaqlarla çalışan şəxslərin işə götürülməsi, təlimi və məlumatlılıq
səviyyəsinin artırılması
1
Hər bir Tərəf təhsil, səhiyyə, sosial müdafiə, məhkəmə və hüquq-mühafizə sektorlarında və
idman, mədəniyyət və istirahət fəaliyyətləri sahələrində uşaqlarla müntəzəm təmasda olan
şəxslər arasında uşaqların müdafiəsi və onların hüquqları haqda məlumatlılığın artırılması
üçün lazımi qanunvericilik və ya digər tədbirləri görür.
2
Hər bir Tərəf 1-ci bənddə istinad edilən şəxslərin uşaqların cinsi istismarı və seksual
xarakterli hərəkətlərə məruz qalması, və 12-ci maddənin 1-ci bəndində göstərilən bu cür
qanun pozuntularının aşkar edilməsi vasitələri haqda adekvat biliyə malik olmalarını təmin
etmək üçün lazımi qanunvericilik və ya digər tədbirləri görür.
3
Hər bir Tərəf öz daxili hüququna uyğun olaraq, uşaqlarla müntəzəm təmasda olmağı
nəzərdə tutan peşələr üçün nəzərdə tutulan şərtlərin bu peşə sahiblərinin uşaqların cinsi
istismarı və ya seksual xarakterli hərəkətlərə görə mühakimə edilməyən şəxslər olmasını
təmin etmələri üçün bütün lazımi qanunvericilik və ya digər tədbirləri görür.
5
CETS 201 – Uşaqların Cinsi İstismar və Cinsi Zorakılıqdan Müdafiəsi, 25.X.2007
_________________________________________________________________________________________
Maddə 6 – Uşaqların təhsili
Hər bir Tərəf uşaqların ibtidai və orta təhsil aldıqları dövrdə cinsi istismar və seksual
xarakterli hərəkətlər, eləcə də onların yaşına uyğun özlərini müdafiə etmək vasitələri barədə
məlumat almalarını təmin etmək üçün bütün lazımi qanunvericilik və ya digər tədbirləri
görür. Valideynləri ilə birgə təqdim edilən bu məlumat vəziyyətdən asılı olaraq, cinsi
tərbiyə haqda informasiyanın daha ümumi konteksti daxilində verilir və riskli vəziyyətlərə,
xüsusilə də yeni informasiya və kommunikasiya texnologiyalarından istifadəni əhatə edən
vəziyyətlərə xüsusi diqqət yetirilir.
Maddə 7 - Qabaqlayıcı müdaxilə proqramları və ya tədbirləri
Hər bir Tərəf hazırkı Konvensiyaya uyğun olaraq müəyyən edilmiş hər hansı əməli törədə
biləcəklərindən ehtiyatlanan şəxslərin, vəziyyətdən asılı olaraq, əməlin törədilmə riskinin
qiymətləndirilməsi və ya qarşısının alınması üçün nəzərdə tutulmuş səmərəli müdaxilə
proqramları və ya tədbirlərindən istifadə edə bilmələrini təmin edir.
Maddə 8 – Geniş ictimaiyyət üçün nəzərdə tutulmuş tədbirlər
1
Hər bir Tərəf geniş ictimaiyyətə ünvanlanan və uşaqların cinsi istismarı və seksual
xarakterli hərəkətlər ı halları ilə və ya görülə biləcək qabaqlayıcı tədbirlərlə bağlı
məlumatları təqdim edən məlumatlılığın artırılması kampaniyalarına dəstək olur və ya
keçirir.
2
Hər bir Tərəf hazırkı Konvensiyaya uyğun müəyyən edilmiş cinayət əməllərini təbliğ edən
materialların yayılmasının qarşısını almaq və ya qadağan etmək üçün bütün lazımi
qanunvericilik və ya digər tədbirləri görür.
Maddə 9 – Uşaqların, özəl sektorun, media və vətəndaş cəmiyyətinin iştirakı
1
Hər bir Tərəf uşaqların cinsi istismarı və seksual xarakterli hərəkətlərə qarşı mübarizə ilə
bağlı dövlət siyasətləri, proqramları və ya digər təşəbbüslərin işlənib hazırlanması və həyata
keçirilməsində inkişaf səviyyələrinə uyğun olaraq uşaqların iştirakını dəstəkləyir.
2
Hər bir Tərəf özəl sektoru, xüsusilə də informasiya və kommunikasiya texnologiyası
sektorunu, turizm və səyahət sənayesini və bank və maliyyə sektorlarını , eləcə də vətəndaş
cəmiyyətini uşaqların cinsi istismarı və seksual xarakterli hərəkətlərin qarşısının alınması
və özünütənzimləmə və ya birgə tənzimləmə əsasında daxili normaların həyata keçirilməsi
məqsədilə siyasətlərin qiymətləndirilməsi və həyata keçirilməsi prosesində iştirak etməyə
sövqləndirir.
3
Hər bir Tərəf kütləvi informasiya vasitələrini KİV müstəqilliyinə və mətbuat azadlığına
lazımi hörmət etməklə uşaqların cinsi istismarı və seksual xarakterli hərəkətlərin bütün
aspektləri ilə bağlı müvafiq məlumatları yaymağa sövq edir.
4
Hər bir Tərəf uşaqların cinsi istismar və onlara qarşı seksual xarakterli hərəkətlərin
qarşısının alınması və uşaqların müdafiəsi məqsədi güdən vətəndaş cəmiyyəti tərəfindən
həyata keçirilən layihə və proqramları maliyyələşdirməyə, habelə vəziyyətdən asılı olaraq,
fondlar yaratmağa sövq edir.
6
CETS 201 – Uşaqların Cinsi İstismar və Cinsi Zorakılıqdan Müdafiəsi, 25.X.2007
_________________________________________________________________________________________
Fəsil III – İxtisaslaşmış və əlaqələndirici orqanlar
Maddə 10 – Əlaqələndirmə və qarşılıqlı fəaliyyət üzrə milli tədbirlər
1
Hər bir Tərəf uşaqların cinsi istismar və seksual xarakterli hərəkətlərdən dan müdafiəsi, bu
cür halların qarşısının alınması və onlara qarşı mübarizə sahəsində, xüsusilə də təhsil,
səhiyyə, social xidmət, hüquq-mühafizə və məhkəmə orqanlarında çalışan müxtəlif şəxslər
arasında milli və ya yerli səviyyədə əlaqələndirməni təmin etmək üçün lazımi tədbirlər
görür.
2
Hər bir Tərəf aşağıdakıların yaradılması və ya təyin edilməsinə yönəldilən lazımi
qanunvericilik və digər tədbirləri görür:
a
uşağın hüquqlarının dəstəklənməsi və qorunması, ona konkret ehtiyatların ayrılması
və onun üzərinə konkret öhdəliklərin qoyulmasını təmin etmək üçün müstəqil və
nüfuzlu milli və ya yerli təsisatlar;
b
şəxsi məlumatların qorunması tələblərinə lazımi qaydada əməl etməklə, uşaqların
cinsi istismarı və onlara qarşı seksual xarakterli hərəkət hallarının müşahidə edilməsi
və qiymətləndirilməsi məqsədilə milli və ya yerli səviyyələrdə və vətəndaş cəmiyyəti
ilə əməkdaşlıq etməklə məlumatların toplanması mexanizmləri və ya koordinasiya
mərkəzləri.
3
Hər bir Tərəf uşaqların cinsi istismarı və onlara qarşı seksual xarakterli hərəkətlərin
qarşısının daha yaxşı alınması və bu cür hallara qarşı mübarizə aparılması üçün nüfuzlu
dövlət orqanları, vətəndaş cəmiyyəti və özəl sektor arasında əməkdaşlığa dəstək olur.
Fəsil IV –Qabaqlayıcı tədbirlər və qurbanlara yardım
Maddə 11 – Prinsiplər
1
Hər bir Tərəf qurbanlara, onların yaxınlarına və onların qayğısına qalmağa məsuliyyət
daşıyan istənilən şəxsə lazımi yardım göstərilməsi üçün səmərəli sosial proqramlar yaradır
və çoxşaxəli strukturlar qurur.
2
Hər bir Tərəf qurbanın yaşı müəyyən olunmayanda və qurbanın uşaq olduğuna
inanmaqüçün səbəblər mövcud olduqda, uşaqlar üçün müdafiə və yardım tədbirlərinin
onların yaşı müəyyən olunandan əvvəl göstərilməsi üçün lazımi qanunvericilik və ya digər
tədbirləri görür.
Maddə 12 – Cinsi istismar və ya seksual xarakterli hərəkətlərlə bağlı şübhəli hallar haqda
məlumat verilməsi
1
Hər bir Tərəf uşaqlarla təmasda olmaları lazım gələn müəyyən peşəkarlarla bağlı daxili
qanunun tətbiq etdiyi məxfi qaydaların həmin peşəkarlarda uşağın cinsi istismar və ya
seksual xarakterli hərəkətlər qurbanı olması əminliyi yarandığı hallarda uşağın müdafiə
edilməsinə məsul xidmətlərə məlumat vermək imkanlarına maneə yaratmamalarını təmin
etmək üçün lazımi qanunvericilik və ya digər tədbirləri görür.
7
CETS 201 – Uşaqların Cinsi İstismar və Cinsi Zorakılıqdan Müdafiəsi, 25.X.2007
_________________________________________________________________________________________
2
Hər bir Tərəf uşaqların cinsi istismarı və ya seksual xarakterli hərəkətlər halı haqda
məlumatı olan və ya bu barədə xoşməramlı şübhəsi olan istənilən şəxsi bu faktlar barədə
müvafiq xidmətlərə məlumat verməyə həvəsləndirmək üçün lazımi qanunvericilik və ya
digər tədbirləri görür.
Maddə 13 – Yardım almaq üçün məlumat xidməti
Hər bir Tərəf zəng edən şəxslərin məxfiliyini, yaxud anonimliyini tam şəkildə təmin
etməklə telefon, yaxud İnternet xidmətləri kimi məlumat xidmətlərini yaratmaq və onlara
yardım etmək üçün lazımi qanunvericilik və ya digər tədbirləri görür.
Maddə 14 – Qurbanlara yardım
1
Hər bir Tərəf qısa və ya uzun müddətə psixi və psixi-sosial durumlarının bərpası ilə bağlı
qurbanlara yardım etmək üçün lazımi qanunvericilik və ya digər tədbirləri görür. Hazırkı
bəndə uyğun olaraq görülən tədbirlər zamanı uşağın fikri, tələbatı və problemləri nəzərə
alınır.
2
Hər bir Tərəf, daxili qanununun təmin etdiyi şərtlər daxilində qurbanlara yardım sahəsində
çalışan qeyri-hökumət təşkilatları, digər müvafiq təşkilatlar və ya qurumlarla əməkdaşlıq
etmək üçün tədbirlər görür.
3
Valideynlər və ya uşağın qayğısına qalan şəxslər onun cinsi istismarı və ya ona qarşı seksual
xarakterli hərəkətlərdə iştirak edərlərsə, onda 11-ci maddənin 1-ci bəndində göstərilən
müdaxilə tədbirlərinə aşağıdakılar daxil edilir:
–
güman edilən cinayətkarın təcrid edilməsi ehtimalı ;
–
qurbanın ailəsindən təcrid edilməsi ehtimalı . Bu cür təcridedilmənin şərtləri və
müddəti uşağın maraqları nəzərə alınaraq müəyyən edilir.
4
Hər bir Tərəf qurbana yaxın olan şəxslərin lazım gəldikdə terapevtik yardım, xüsusilə də
psixoloji yardım almalarını təmin etmək üçün lazımi qanunvericilik və ya digər tədbirlər
görür.
Fəsil V – Müdaxilə proqramları və ya tədbirləri
Maddə 15 – Ümumi prinsiplər
1
Hər bir Tərəf daxili hüququna uyğun olaraq, uşaqlara qarşı seksual xarakterli təkrar
cinayətlərin baş verməsinin qarşısını almaq və ya azaltmaq məqsədilə 16-cı maddənin 1 və
2-ci bəndlərində istinad edilən şəxslər üçün səmərəli müdaxilə proqramları və ya
tədbirlərini təmin edir və ya dəstəkləyir. Bu cür proqramlar və ya tədbirlərdən istifadə
məhkəmə araşdırılması getdiyi müddət ərzində daxili qanunun müəyyən etdiyi şərtlərə
uyğun olaraq, həbsxanalarda və ya onlardan kənar hər zaman mümkün olmalıdır.
2
Hər bir Tərəf daxili hüququna uyğun olaraq müvafiq orqanlar, xüsusilə də səhiyyə və sosial
xidmət orqanları, eləcə də məhkəmə və 16-cı maddənin 1 və 2-ci bəndlərində istinad edilən
8
CETS 201 – Uşaqların Cinsi İstismar və Cinsi Zorakılıqdan Müdafiəsi, 25.X.2007
_________________________________________________________________________________________
şəxslərlə aparılan işə məsuliyyət daşıyan digər orqanlar arasında tərəfdaşlığın və ya
əməkdaşlığın digər formalarının inkişafını təmin edir və dəstəkləyir.
3
Hər bir Tərəf daxili hüququna uyğun olaraq, hazırkı Konvensiyaya uyğun olaraq müəyyən
edilən cinayət əməllərinin təhlükəliyini və 16-cı maddənin 1 və 2-ci bəndlərində istinad
edilən şəxslər tərəfindən təkrar törədilmə riskinin başvermə mümkünlüyünün müvafiq
proqram və ya tədbirlərin müəyyən edilməsi məqsədilə qiymətləndirilməsini təmin edir.
4
Hər bir Tərəf daxili hüququna uyğun olaraq, həyata keçirilən proqram və tədbirlərin
səmərəliliyinin qiymətləndirilməsini təmin edir.
Dostları ilə paylaş: |