Maddə 29 – Əvvəlki cinayət əməlləri
Hər bir Tərəf cəzanı müəyyən edən zaman digər Tərəfin hazırkı Konvensiyaya uyğun
olaraq müəyyən edilmiş cinayət əməlləri ilə bağlı verdiyi son hökmləri nəzərə almaq
imkanını təmin edən lazımi qanunvericilik və digər tədbirləri görür.
Fəsil VII – İstintaq, məhkəmə təqibi və prosesual hüquq
Maddə 30 – Prinsiplər
1
Hər bir tərəf istintaq və cinayət araşdırmalarının uşağın maraqlarının nəzərə alınması və
onun hüquqlarının qorunması baxımından aparılmasını təmin etmək məqsədilə lazımi
qanunvericilik və ya digər tədbirləri görür.
2
Hər bir Tərəf istintaq və cinayət araşdırmalarının uşağın üzləşdiyi sarsıntını dərinləşməsinə
yol verməmısi yərək və lazım gəldikdə yardım göstərilməklə cinayət prosesinin
ədalətlinəticələnməsini təmin etməklə qurbanları müdafiə edir.
3
Hər bir Tərəf istintaq və cinayət araşdırmalarının prioritet məsələ hesab edilməsini və heç
bir əsassız ləngimə olmadan aparılmasını təmin edir. Hər bir Tərəf hazırkı fəsil üzrə tətbiq
edilən tədbirlərin İnsan Hüquqları və Fundamental Azadlıqlar haqqında Konvensiyanın 6-cı
maddəsinə uyğun olaraq müdafiə hüquqlarına və ədalətli və qərəzsiz məhkəmə tələblərinə
xələl gətirməməklərini təmin edir.
15
CETS 201 – Uşaqların Cinsi İstismar və Cinsi Zorakılıqdan Müdafiəsi, 25.X.2007
_________________________________________________________________________________________
5
Hər bir Tərəf öz daxili qanununun fundamental prinsiplərinə uyğun olaraq lazımi
qanunvericilik və ya digər tədbirləri görür:
–
hazırkı Konvensiyaya uyğun olaraq müəyyən edilmiş cinayətlərin səmərəli istintaqının
və cinayət araşdırmasının təmin edilməsi, müvafiq olduğu yerdə, gizli əməliyyat-
istintaq üsullarından istifadə edilməsinə icazə verilməsi;
-
xüsusilə də, informasiya və kommunikasiya texnologiyaları vasitəsilə ötürülən, yaxud
təqdim edilən fotolar və ya audiovizual çəkilişlər kimi uşaq pornoqrafiyası materialını
təhlil etməklə 20-ci maddəyə uyğun olaraq müəyyən edilmiş cinayət qurbanlarının
şəxsiyyətini müəyyən etmək məqsədilə bölmələrə və istintaq xidmətlərinə imkan
yaratmaq.
Maddə 31 – Ümumi müdafiə tədbirləri
1
Hər bir Tərəf xüsusilə də aşağıdakılar vasitəsilə istintaq və cinayət araşdırmalarının bütün
mərhələlərində qurbanların şahid kimi xüsusi ehtiyacları daxil olmaqla onların hüquq və
maraqlarının müdafiəsi üçün lazımi qanunvericilik və ya digər tədbirləri görür:
a
onların sərəncamında olan hüquq və xidmətlər barədə onlara məlumat verilməsi, və
əgər onlar bu cür məlumat almaqdan imtina etmirlərsə, etdikləri şikayət müqabilində
görülən tədbirlər, ittihamlar, istintaq və araşdırmaların gedişatı və onların bu
məsələdə rolu, eləcə də onların işləri üzrə gəlinən nəticə haqda məlumat vermək;
b
ən azı qurbanların və onların ailələrinin təhlükəyə məruz qala biləcəkləri hallarda
onlara, lazım gəldikdə, cinayət məsuliyyətinə cəlb edilmiş şəxsin və ya məhkumun
müvəqqəti və ya həmişəlik azadlığa buraxılması haqda məlumat verilməsi;
c
onların daxili qanunun prosesual normalarına uyğun qaydada birbaşa və ya
vasitəçinin köməkliyi ilə ifadə vermək, sübutları təqdim etmək və öz fikirlərini,
ehtiyaclarını və narahatlıqlarını bildirmək vasitələri ilə təmin edilməsi;
d
onların hüquq və maraqlarının lazımi qaydada təqdim edilməsi və nəzərə alınması
üçün onlara müvafiq yardım xidmətlərinin göstərilməsi;
e
onların şəxsi həyatlarının qorunması, adlarının və xarici görünüşlərinin məxfi
saxlanması, və daxili qanuna uyğun olaraq tədbirlər görməklə onların şəxsiyyətinin
müəyyən edilməsinə yönələn istənilən informasiyanın açıqlanmasının qarşısının
alınması;
f
onların, eləcə də ailələrinin və onların tərəfindən çıxış edən şahidlərin hədələmə, qisas
alma və təkrarən qurbana çevrilmə kimi təhlükələrdən qorunması;
16
CETS 201 – Uşaqların Cinsi İstismar və Cinsi Zorakılıqdan Müdafiəsi, 25.X.2007
_________________________________________________________________________________________
g
səlahiyyətli orqanların uşağın marağı baxımından başqa hal cür müəyyən etdiyi hallar
, yaxud da istintaq və ya məhkəmə araşdırması bu cür təması tələb etdiyi hallar istisna
olmaqla, məhkəmədə və hüquq-mühafizə orqanlarında qurbanlar və cinayətkar
arasında təmasın qarşısının alınması, .
2
Hər bir Tərəf, qurbanlaırn səlahiyyətli orqanlarla ilk görüşündən sonra onların müvafiq
məhkəmə və inzibati araşdırmalar haqda məlumatlı olmasını təmin edir.
3
Hər bir Tərəf qurbanların icazə verilən zaman pulsuz hüquqi yardımdan istifadə etmələrini
və mümkün olduqda isə cinayət prosesinin tərəfi statusuna malik olmalarını təmin edir.
4
Hər bir Tərəf məhkəmə orqanlarına, daxili qanun üzrə, qurban cinayət prosesinin tərəfi
statusuna malik olduqda, və valideyn məsuliyyəti daşıyan şəxslər, onlar və qurban
arasında mövcud olan münaqişə səbəbindən uşağı bu cür məhkəmə araşdırmasına təqdim
edə bilmədikdə, qurban üçün xüsusi nümayəndə təyin etmək imkanı yaradır.
5
Hər bir Tərəf qanunvericilik və ya digər tədbirlər vasitəsilə ilə, daxili qanunun müəyyən
etdiyi şərtlərə uyğun olaraq qruplara, fondlara, cəmiyyətlərə və ya hökumət və qeyri-
hökumət təşkilatlarına hazırkı Konvensiyaya uyğun olaraq müəyyən edilən cinayət əməlləri
ilə bağlı cinayət araşdırması zamanı qurbanlara onların icazəsi ilə yardım və / və ya
köməklik etmək imkanı ilə təmin edir.
6
Hər bir Tərəf hazırkı maddənin müddəalarına uyğun olaraq qurbanlara verilən
məlumatların onların yaşına və kamillik dövrünə uyğun qaydada və onların başa
düşdükləri dildə verilməsini təmin edir.
Maddə 32 – Məhkəmə prosesinin başlanması
Hər bir Tərəf hazırkı Konvensiyaya uyğun olaraq müəyyən edilən cinayət əməllərinin
araşdırılması və istintaqının qurban tərəfindən irəli sürülən ittiham və ya şikayətdən asılı
olmamasını və məhkəmə araşdırmasının qurban hətta öz ərizəsini geri götürmüş olsa belə
davam etdirilməsini təmin etmək üçün lazımi qanunvericilik və ya digər tədbirlər görür.
Maddə 33 – İddia müddətinin keçməsi
Hər bir Tərəf 18, 19-cu mədədlərin 1.a və b. bəndlərinə, və 21-ci maddənin 1.a bəndinə
uyğun olaraq müəyyən edilmiş cinayət əməlləri ilə bağlı məhkəmə prosesinə başlamaq
üçün müddətin qurban həddi-buluğa çatanadək davam etməsini və onun törədilmiş cinayət
əməlinin ağırlığına uyğun gəlməsini təmin etmək üçün lazımi qanunvericilik və ya digər
tədbirlər görür.
Maddə 34 – İstintaq araşdırmaları
1
Hər bir Tərəf instintaq ilə məşğul olan şəxslərin, qurumların və ya xidmətlərin uşaqların
cinsi istismarı və ya onlara qarşı seksual xarakterli hərəkətlərlə ı mübarizə sahəsində
çalışmalarını və ya həmin şəxslərin müvafiq peşə hazırlığı keçmələrini təmin etmək üçün
lazımi tədbirləri görür. Bu cür qurumlar və ya xidmətlər kifayət qədər maliyyə resursları
ilə təmin edilirlər.
2
Hər bir Tərəf qurbanın yaşı ilə bağlı qeyri-müəyyənliyin istintaq araşdırmasına başlamağa
mane olmaması üçün lazımi qanunvericilik və ya digər tədbirlər görür.
17
CETS 201 – Uşaqların Cinsi İstismar və Cinsi Zorakılıqdan Müdafiəsi, 25.X.2007
_________________________________________________________________________________________
Maddə 35 – Uşağın dindirilməsi
1
Hər bir Tərəf aşağıdakıların təmin edilməsi üçün lazımi qanunvericilik və ya digər tədbirlər
görür:
a
uşağın dindirilməsi heç bir üzrlü ləngimə olmadan səlahiyyətli orqanlar tərəfindən baş
verən hadisə barədə məlumat alındıqdan sonra başlayır.
b
uşağın dindirilməsi, lazım gəldikdə bu məqsədlə layihələşdirilmiş və ya nəzərdə
tutulmuş sahədə aparılır;
c
uşağın dindirilməsi bu məqsəd üçün hazırlıq keçmiş peşəkarlar tərəfindən aparılır;
d
mümkün olduqda və vəziyyətdən asılı olaraq uşağın bütün dindirilmələri eyni şəxs
tərəfindən aparılır;
e
dindirilmələrin sayı mümkün olduğu qədər az olmalı və yalnız istintaq araşdırması
məqsədilə aparılmalıdır;
f
uşağı qanuni nümayəndəsi və ya lazım gəldikdə, onun seçimi ilə yetkinlik yaşına
çatmış şəxs müşayiət edə bilər, o vaxtadək ki, məhkəmə bu cür şəxs barəsində
əsaslandırılmış qərar çıxarmamış olsun.
2
Hər bir Tərəf qurbanla aparılan bütün dindirmələrin və ya vəziyyətdən asılı olaraq uşaq –
şahidlə aparılan bütün dindirmələrin videolentə yazılmasını və bu videolentə yazılmış
dindirilmələrin daxili qanunun müəyyən etdiyi qaydalara uyğun olaraq məhkəmə
araşdırması zamanı sübut kimi qəbul edilməsini təmin etmək üçün lazımi qanunvericilik və
ya digər tədbirləri görür.
3
Qurbanın yaşı qeyri-müəyyən olarsa və qurbanın uşaq olduğuna inanmaq səbəbi mövcud
olarsa, 1 və 2-ci bəndlərdə göstərilən tədbirlər onun yaşının təsdiq edilməsi ilə bağlı tətbiq
edilir.
Maddə 36 – Məhkəmə prosesi
1
Hər bir Tərəf hüquq sahəsində çalışan insanların müstəqilliyini tənzimləyən normalara
lazımi qaydada əməl etməklə, məhkəmə prosesinə cəlb edilən bütün şəxslərin, xüsusilə də
hakimlərin, dövlət ittihamçılarının və vəkillərin uşaqların hüquqları və uşaqların cinsi
istismarı və onlara qarşı seksual hərəkətlərlə əlaqədar təlimlər keçilməsinin təmin edilməsi
üçün lazımi qanunvericilik və ya digər tədbirləri görür.
2
Hər bir Tərəf öz daxili qanunu ilə müəyyən edilən qaydalara uyğun olaraq lazımi
qanunvericilik və ya digər tədbirləri görür ki:
a
hakim məhkəmə dinləməsinin qapalı iclasda keçirilməsi üçün sərəncam verə bilsin;
b
qurban məhkəmədə iştirak etmədən, müvafiq rabitə texnologiyalarından istifadə
etməklə məhkəmə zalında çıxış edə bilsin.
18
CETS 201 – Uşaqların Cinsi İstismar və Cinsi Zorakılıqdan Müdafiəsi, 25.X.2007
_________________________________________________________________________________________
Fəsil VIII – Məlumatların qeydə alınması və saxlanması
Maddə 37 – Seksual xarakterli cinayət əməlləri üzrə məlumatların qeydə alınması və
saxlanması
1
Hazırkı Konvensiyaya uyğun olaraq müəyyən edilmiş cinayət əməllərinin qarşısının
alınması və cinayət təqibi üçün hər bir Tərəf şəxsi məlumatların qorunmasına dair müvafiq
müddəalara və yerli qanunun müəyyən etdiyi digər müvafiq qayda və zəmanətlərə uyğun
olaraq, hazırkı Konvensiyaya əsasən müəyyən edilmiş cinayət əməli törətmiş şəxsin
şəxsiyyətinə və genetik profilinə () aid məlumatları toplamaq və saxlamaq üçün lazımi
qanunvericilik və digər tədbirləri görür.
2
Hər bir Tərəf imzalama və ya ratifikasiya, qəbuletmə, təsdiq və ya daxilolma sənədini təhvil
verən zaman Avropa Şurasının Baş Katibinə 1-ci bəndin məqsədlərilə məsuliyyət daşıyan
vahid milli orqanın adını və ünvanını təqdim edir.
3
Hər bir Tərəf 1-ci bənddə göstərilən məlumatın daxili qanunda və müvafiq beynəlxalq
sənədlərdə müəyyən edilən şərtlərə uyğun olaraq digər Tərəfin səlahiyyətli orqanına
ötürülə bilməsi üçün lazımi qanunvericilik və digər tədbirləri görür.
Fəsil IX – Beynəlxalq əməkdaşlıq
Maddə 38 – Beynəlxalq əməkdaşlıq üzrə ümumi prinsiplər və tədbirlər
1
Tərəflər aşağıdakı məqsədlər üzrə hazırkı Konvensiyanın müddəalarına uyğun olaraq və
vahid və ya ikitərəfli qaydada qanunvericilik və daxili qanunlar əsasında razılaşdırılmış
müvafiq beynəlxalq və regional sənədlər və razılaşmalar vasitəsilə bir-birləri ilə əməkdaşlıq
edirlər:
a
uşaqların cinsi istismarının və seksual xarakterli hərəkətlərin qarşısının alınması və bu
cür hallara qarşı mübarizə aparılması;
b
qurbanların qorunması və onlara köməklik göstərilməsi;
c
hazırkı Konvensiyaya uyğun olaraq müəyyən edilmiş cinayət əməlləri ilə bağlı
istintaq və ya məhkəmə araşdırmaları.
2
Hər bir Tərəf hazırkı Konvensiyaya uyğun olaraq müəyyən edilmiş və qurbanların yaşadığı
ərazidə deyil, digər Tərəfin ərazisində törədilmiş cinayət əməlinin qurbanlarının yaşadıqları
Dövlətin səlahiyyətli orqanlarına şikayət edə bilmələri üçün lazımi qanunvericilik və digər
tədbirləri görür.
3
Cinayət işləri və ya razılaşma mövcud olduğu zaman ekstradisiya ilə bağlı qarşılıqlı hüquqi
yardım göstərən Tərəf bu cür razılaşmanın olmadığı Tərəfdən hüquqi yardım və ya
ekstradisiya ilə bağlı sorğu alarsa, o hazırkı Konvensiyanı cinayət işləri, və ya hazırkı
Konvensiyaya uyğun olaraq müəyyən edilmiş cinayət əməllərinə görə ekstradisiya ilə bağlı
qarşılıqlı hüquqi yardım üçün hüquqi əsas hesab edə bilər. Hər bir Tərəf məqsədəuyğun
olduğu zaman uzaqların cinsi istismarı və
seksual xarakterli hərəkətlərin qarşısının
alınması və ona qarşı mübarizənin üçüncü dövlətlərin maraqları naminə həyata keçirilən
yardım proqramlarına daxil edilməsinə səy göstərir.
19
CETS 201 – Uşaqların Cinsi İstismar və Cinsi Zorakılıqdan Müdafiəsi, 25.X.2007
_________________________________________________________________________________________
Fəsil X – Monitorinq mexanizmi
Maddə 39 – Tərəflərin Komitəsi
1
Tərəflərin Komitəsi Konvensiya Tərəflərinin nümayəndələrindən ibarətdir.
2
Tərəflərin Komitəsi Avropa Şurasının Baş Katibi tərəfindən çağırılır. Onun birinci yığıncağı
on imzalayan tərəfin ratifikasiya etdiyi hazırkı Konvensiya qüvvəyə mindiyi tarixdən bir il
ərzində keçirilir. Sonrakı yığıncaqlar Tərəflərin ən azı üçdə biri və ya Baş Katib bunu tələb
etdiyi zaman keçirilir.
3
Tərəflərin Komitəsi öz prosedur qaydalarını qəbul edir.
Maddə 40 – Digər nümayəndələr
1
Avropa Şurası Parlament Assambleyası, İnsan Hüquqları üzrə Komissar, Cinayət
Problemləri üzrə Avropa Komitəsi (CDPC), eləcə də Avropa Şurasının digər müvafiq
hökumətlərarası komitələrinin hər biri Tərəflərin Komitəsinə nümayəndə təyin edirlər.
2
Nazirlər Komitəsi Avropa Şurasının digər orqanlarını sonuncu ilə məsləhətləşmə
apardıqdan sonra Tərəflərin Komitəsinə nümayəndə təyin etməyə dəvət edə bilər.
3
Vətəndaş cəmiyyəti nümayəndələri, xüsusilə də qeyri-hökumət təşkilatları Avropa
Şurasının müvafiq qaydaları ilə müəyyən edilmiş prosedura əməl etməklə Tərəflərin
Komitəsinə müşahidəçilər qismində qəbul edilə bilərlər.
4
Yuxarıda göstərilən 1-ci – 3-cü bəndlərə uyğun olaraq təyin edilmiş nümayəndələr
səsvermə hüququ olmadan Tərəflərin Komitəsinin yığıncaqlarında iştirak edirlər.
Maddə 41 –Tərəflərin Komitəsinin funksiyaları
1
Tərəflərin Komitəsi hazırkı Konvensiyanın yerinə yetirilməsinə nəzarət edir. Tərəflərin
Komitəsinin
prosedur
qaydaları
hazırkı
Konvensiyanın
yerinə
yetirilməsinin
qiymətləndirilməsi üçün proseduru müəyyən edir.
2
Tərəflərin Komitəsi Dövlətlər arasında onların uşaqların cinsi istismara və
seksual
xarakterli hərəkətlərə məruz qalmalarının qarşısını almaq potensialını gücləndirmək üçün
məlumatların və yaxşı təcrübələrin toplanmasına, təhlilinə və mübadilə edilməsinə yardım
göstərir.
3
Tərəflərin Komitəsi həmçinin məqsədəuyğun olduqda, aşağıdakıları həyata keçirir:
a
istənilən problemin və hazırkı Konvensiya üzrə edilən istənilən bəyannamə və ya
şərtləndirmənin təsirinin müəyyən edilməsi daxil olmaqla, hazırkı Konvensiyanın
səmərəli şəkildə istifadəsinə və həyata keçirilməsinə yardım edilməsi;
b
hazırkı Konvensiyanın tətbiqi ilə bağlı hər hansı məsələ ilə bağlı rəyin bildirilməsi və
hüquq, siyasət və ya texnoloji təkmilləşdirmələr sahəsində əhəmiyyətli dəyişikliklərə
dair məlumat mübadiləsinin aparılmasına yardım göstərilməsi;
20
CETS 201 – Uşaqların Cinsi İstismar və Cinsi Zorakılıqdan Müdafiəsi, 25.X.2007
_________________________________________________________________________________________
4
Hazırkı maddəyə uyğun olaraq öz funksiyalarının yerinə yetirilməsində Tərəflərin
Komitəsinə Avropa Şurasının Katibliyi yardım göstərir.
5
Cinayət Problemləri üzrə Avropa Komitəsi (CDPC) dövrü şəkildə hazırkı maddənin 1, 2 və
3-cü bəndində göstərilən fəaliyyətlərlə bağlı məlumatlandırılır.
Fəsil XI – Digər beynəlxalq sənədlərlə əlaqə
Maddə 42 –
Birləşmiş Millətlər Təşkilatının Uşaq Hüquqları Bəyannaməsi və onun
uşaqalveri, uşaq fahişəliyi ə və uşaq pornoqrafiyasına dair Fakültativ
Protokolu ilə əlaqə
Hazırkı Konvensiya Birləşmiş Millətlər Təşkilatının Uşaq Hüquqları Bəyannaməsinin və
onun uşaq alveri , uşaq fahişəliyi və uşaq pornoqrafiyasına dair Fakültativ Protokolunun
müddəalarından irəli gələn hüquq və öhdəliklərə təsir göstərmir və onların tətbiq etdikləri
müdafiənin səmərəliliyini artırmaq və orada göstərilən standartları inkişaf etdirmək və
təkmilləşdirmək məqsədi güdür.
Maddə 43 –Digər beynəlxalq sənədlərlə əlaqə
1
Hazırkı Konvensiya, Tərəflərin tərəfdaşlıq etdikləri və ya Tərəfdaşları olacaqları və hazırkı
Konvensiyanın idarə etdiyi məsələlər üzrə müddəalardan ibarət olan və cinsi istismar və ya
seksual xarakterli hərəkətlərin qurbanları olan uşaqlara daha yüksək səviyyədə müdafiə və
yardımı təmin edən digər beynəlxalq sənədlərin müddəalarından irəli gələn hüquq və
öhdəliklərə təsir etmir.
2
Hazırkı Konvensiyanın Tərəfləri bir-birləri ilə hazırkı Konvensiyanın əhatə etdiyi məsələlər
üzrə onun müddəalarına əlavə etmək və ya gücləndirmək məqsədilə, yaxud onda müəyyən
edilən prinsiplərin tətbiqinə yardım etmək məqsədilə ikitərəfli və ya çoxtərəfli razılaşmalar
bağlaya bilərlər.
3
Avropa İttifaqının üzvləri olan Tərəflər öz qarşılıqlı münasibətlərində hazırkı
Konvensiyanın məqsəd və məramına xələl gətirmədən və onun digər Tərəflər arasında tam
tətbiqinə xələl gətirmədən konkret məsələni idarə edən Cəmiyyətin və ya Avropa İttifaqı
normalarının mövcud olduğu və konkret məsələyə tətbiq edildiyi qədər Cəmiyyətin və
Avropa İttifaqının qaydalarını tətbiq edir.
21
CETS 201 – Uşaqların Cinsi İstismar və Cinsi Zorakılıqdan Müdafiəsi, 25.X.2007
_________________________________________________________________________________________
Dostları ilə paylaş: |