389
vətəndaşlarına qarşı soyqırımı və terror aktları daxil olmaqla, sülhə və
insanlığa qarşı ən vacib cinayətlər törədilmişdir və zəbt olunmuş
ərazilərdə transsərhəd
mütəşəkkil cinayətkar, o cümlədən beynəlxalq
terrorçu qruplar tərəfindən qeyri-qanuni fəaliyyət həyata
keçirilməkdədir. İndiki Ermənistan və işğal olunmuş Azərbaycan
Respublikasının ərazilərində azərbayanlılara məxsus tarixi,
mədəni və
arxeoloji abidələr kütləvi surətdə dağıdılmış, təbii sərvətlər talan
edilmiş, ətraf mühitə ciddi ziyan vurulmuşdur. Azərbaycan
Respublikasının məruz qaldığı bu təcavüz onun hazırkı
təhlükəsizlik
mühitində və milli təhlükəsizlik siyasətinin müəyyən edilməsində əsas
amildir. Eyni zamanda, Azərbaycan Respublikasının təhlükəsizlik
mühiti üçün beynəlxalq terrorçuluq, qeyri-qanuni miqrasiya, transmilli
mütəşəkkil cinayətkarlıq, insan alveri, narkotik vasitələrin
qaçaqmalçılığı və kütləvi qırğın silahlarının yayılması kimi təhdidlərin
mövcudluğu dövlət qarşısında müəyyən vəzifələr qoyur.
Dostları ilə paylaş: