MƏQALƏNİN HAZIRLANMA QAYDALARI
Təqdim edilən məqalə başqa jurnalda çap olunmamalı
və ya digər jurnallara
çap üçün göndərilməməlidir. Əsas tələb onun yüksək elmi meyarlara (aktuallıq,
elmi yenilik və s.) uyğunluğudur. Müəllif son 10 ilin nəşrlərinə istinadlara
üstünlük verməlidir.
Məqalənin
həcmi xülasə, açar sözlər,
cədvəllər, şəkillər və ədəbiyyat siyahı
daxil olmaqla 5-6 səhifə aralığında olmalıdır.
Məqalələr azərbaycan, türk, ingilis və rus dillərində qəbul edilir və məqalə
qəbulu 05 oktyabr 2021-ci il tarixinə qədər uzadılır.
Məqalənin mətni A4 formatında, Microsoft Word redaktorunda tərtib
olunmalıdır.
Səhifə parametrləri: soldan - 2.5 sm, sağdan – 2.5 sm, aşağıdan – 2 sm,
yuxarıdan – 2 sm.
Şrift: Times New Roman,
Ölçü: 12,
Sətir aralığı: 1.3,
Abzas: 1.25.
Məqalənin başlığı:
Məqalənin başlığı qısa və informativ olmalıdır.
Xülasə və açar sözlər:
Xülasədə baxılan məsələ, istifadə edilən metodlar
və ən mühüm nəticələr
verilməlidir. Məqalənin xülasəsinə görə oxucu tədqiqatın mahiyyətini
anlamalıdır. Xülasənin həcmi məqalənin növündən asılı olaraq 100-250 söz
aralığında olmalıdır.
Müəlliflər ən azı 5- 6 açar söz təqdim etməlidirlər.
Məqalənin başlığı, müəllifin adı, atasının adı, soyadı, xülasə və açar sözlər
məqalənin yazıldığı dildən asılı
olaraq azərbaycan, türk, rus və ingilis
dillərindən birində olmalıdır.
Şəkillər və cədvəllər:
Şəkillər ardıcıl olaraq nömrələnməlidir. Şəkilaltı yazıda 15-dən artıq söz
olmamalıdır. Şəkillər üçün PNG və JPEG formatları uyğun hesab edilir. Bütün
şəkillər
mətnin sonunda deyil, onun müvafiq yerlərində yerləşdirilməlidir.
Cədvəllər ardıcıl olaraq nömrələnməlidir. Cədvəlin adında və orada verilən
abriviaturaların izahında 15-dən artıq söz olmamalıdır. Bütün cədvəllər mətnin
sonunda deyil, onun müvafiq yerlərində yerləşdirilməlidir.
Bütün cədvəllərə
məqalənin mətnində müraciətlər olmalıdır.
Ədəbiyyat siyahısı:
Ədəbiyyat siyahısı əlifba sırası ilə olmalıdır və yalnız mətndə istinad olunan və
artıq çap olunmuş əsərləri əhatə etməlidir. Ədəbiyyat siyahısı üçün
APA
(Essentials APA Style)
sistemindən istifadə edilməlidir. Siyahıya
məqalənin mövzusuna aid ən yeni istinadlar daxil edilməlidir.
Mətndə istinadların verilməsi: İstinadlar mətndə kvadrat mötərizədən,
məsələn,
[1, səh. 25-35]
istifadə etməklə verilir. Ədəbiyyat siyahısındakı bütün
mənbələrə mətndə istinad edilməlidir.
Məqalələr
mikailbyst@mail.ru, conference@lsu.edu.az, int-rel@lsu.edu.az
elektron ünvanlarından birinə göndərilməlidir.