Dərs vəSAİTİ Azərbaycan Respublikası Təhsil Nazirinin



Yüklə 2,55 Mb.
Pdf görüntüsü
səhifə153/284
tarix02.01.2022
ölçüsü2,55 Mb.
#2728
növüDərs
1   ...   149   150   151   152   153   154   155   156   ...   284
газета» və «Спасение» adlı ekoloji qəzetlər çap olunmağa 
başlamışdır. Sonuncu bütün MDB dövlətlərində yayılır. 
Bu səpkidən «Свет» («Природа и человек» jurnalı 
hazırda belə adlanır),  «  Зеленый  крест», «Экос-ин-
форм», «Евразия-Мониторинг»,  «Фонарик» ekoloji 
uşaq jurnalını və başqa jurnalları da göstərmək olar.  
Keçmiş sovet respublikaları da bu prosesdən kənarda 
qalmamışdır: həmin dövrdə «Avena-tura» (Kişinyov), 
«Nabat» (Minsk), «Ekokuryer» (Almatı) qəzet və jurnalları 
çap olunur. Azərbaycanda ilkin dövrlərdə «Fəryad» qəzeti 
nəşrə başlamış, lakin sonra nəşrini dayandırmışdır. «Ekoloji 
xəbərçi», «Azərbaycan ekologiyası», «Ekologiya 
xəbərləri», «Ekologiya» (Gəncə) və s. qəzetlər çap olunur. 
Hazırda Dövlət Ekologiya və  Təbii Sərvətlər Nazirliyi 
«Eko-info», yaxud da «Eko-fakt» adlı  qəzet buraxmağı 
planlaşdırır.  
Bu sahədə  televiziya jurnalistikası xüsusi rola 
malikdir. Televiziya jurnalı vahid ssenari planı ilə birləşmiş, 
eyni auditoriyaya ünvanlanmış və aparıcının orijinal şərhləri 
ilə fərqlənən iki və ya daha çox tematik cəhətdən müstəqil 
müxtəlifjanrlı süjetlərin videoyazısıdır. Bu proqramların 
əsas əlamətləri aşağıdakılardır:  
-
 
ünvan yönümlülüyü, müəyyən auditoriyaya 
istiqamətlənmə; 


221 
 
-
 
efirdə daimi yerə malik olması və nümayiş etdirilmə 
vaxtı; 
-
 
daimi həcm və efir dövriliyi; 
-
 
rubrikaların mövcudluğu; 
-
 
dinamiklik; 
-
 
fərdi tərtibat; 
-
 
aparıcının olması. 
Postsovet məkanının televiziya tamaşaçılarıına 
«Heyvanlar aləmində», «Kino səyahətşiləri klubu», «Həqi-
qətlər və müəmmalar», «Kusto komandasının sualtı odisse-
yi», «Vəhşi təbiət dünyasında» və s. televiziya jurnalları 
yaxşı məlumdur. Bu proqramların aparıcıları Vasili Peskov, 
Yuri Sinkeviç, Sergey Kapitsa, Nikolay Drozdov və 
başqaları o dövrdəki mədəniyyət və incəsənət 
ulduzlarıandan az məşhur deyildilər. AzTV-də Qara 
Mustafayevin apardığı «Təbiəti sevənlər» verilişi də bu 
səpkidəndir. 
Adlarını  çəkdiyimiz bu televiziya jurnallarını 
həqiqətən də publisistikanın gözəl nümunələri adlandırmaq 
olar. Çünki, həmin verilişlərdə «janrın qanunları»na tam 
riayət olunur və onlar «Вокруг  света», «Гэо» və s. 
jurnallarda təbiət haqqında çap olunan məqalələrlə identlik 
təşkil edir. Bu verilişlər geniş publisistik ekoloji-təhsil 
xarakterli tekst materialı ilə yanaşı, xeyli rəngli 
fotoqrafyiaları da özündə  əks etdirir. Televiziyada isə 
fotoqrafiyalar daha çox mənzərə görüntüləri ilə əvəz olunur 
ki, bu da maarifləndirmə funksiyası baxımından (bədiilik, 
əyanilik) böyük əhəmiyyət kəsb edir.  
Təhlillər göstərir ki, adətən  ekoloji publikasiyaların 

Yüklə 2,55 Mb.

Dostları ilə paylaş:
1   ...   149   150   151   152   153   154   155   156   ...   284




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin