53
II MÖVZU
Jurnalistika və müasir dövrün qlobal geosiyasi
problemləri
Müasir dövrün qlobal problemlərindən,
eyni zamanda,
kütləvi informasiya vasitələrinin əsas mövzularından biri
intersosial və yaxud da siyasi problemlərdir. Beynəlxalq
həyat məsələləri,
beynəlxalq problematika, güclü dövlət-
lərin, o cümlədən dünyada gedən
siyasi proseslərin bu və ya
digər şəkildə iştirakçısına çevrilmiş ölkələrin daxili,
xüsusilə də xarici siyasət məsələləri sözün əsl mənasında
qlobal xarakter almış, KİV-in
mərkəzi mövzusu və təhlil
obyekti səviyyəsinə yüksəlmişdir. Bununla əlaqədar olaraq,
həm
cəmiyyətdə, həm də jurnalistikada geniş işlənən
anlayışlardan biri də
geosiyasət terminidir
və bu termin
çoxplanlı şəkildə təfsir edilir. Jurnalistika bu termini
dövlətlərin siyasi mövqelərinin
qiymətləndirilməsi, beynəl-
xalq münasibətlər sistemində onların
yerinin və rolunun
müəyyən olunması, dünya dövlətlərinin daxili və xarici
siyasətlərinin təhlili üçün istifadə edir.
Dostları ilə paylaş: