41
– əsassız varlanma;
– fiziki və hüquqi şəxslərin digər hərəkətləri;
– qanunvericiliyin mülki hüquq nəticələrinin baş verməsi ilə bağladığı hadisə (MM, maddə 14).
Mülki qanunvericiliyin əsas prinsiplərindən biri kimi mülki hüquqların maneəsiz həyata keçirilməsinə
şərait yarıdılmalıdır. Bu baxımdan öz torpaq sahəsindən çıxışı olmayan mülkiyyətçiyə həmin sahədən səmərəli
istifadə etmək üçün şərait yaradılmalıdır. Mülkiyyətçinin öz torpaq sahəsindən ictimai yola, qaz, elektrik və su
təchizatı xətlərinə keçidi yoxdursa, bu keçidin hansı qonşunun sahəsindən verilməsinin xüsusi qaydaları
əsasında ona keçid verilməlidir. Bu zaman tərəflərin mənafeyi nəzərə alınmalı, sahəsindən zəruri yol və
birləşdirici xətlər keçəcək qonşuya müvafiq kompensasiya ödənilməlidir. Onun miqdarı və ödənilməsi
qaydalarını tərəflər özləri razılaşmalıdırlar.
Azərbaycan Respublikasının Mülki Məcəlləsinə görə daşınmaz əmlak kimi torpaq mülkiyyət hüququnun
obyekti olub, onun ərazi sərhədləri daşınmaz əmlakın dövlət reyestrinin ixtiyarlı şəxsinin mülkiyyətçiyə verdiyi
sənədlər əsasında təyin edilir. Bu zaman torpaq sahəsinə mülkiyyət hüququ, qanunla ayrı qayda
müəyyənləşdirilməyibsə, həmin sahənin sərhədləri daxilində yerləşən torpaq qatına və qapalı sututarlara,
meşələrə və bitkilərə də şamil edilir (maddə 238).
Mülki qanunvericiliyə görə, torpaq sahəsinin mülkiyyətçisi, əgər qanunla ayrı qayda nəzərdə tutulmayıbsa
və digər şəxslərin hüquqlarını pozmursa, həmin sahənin üstündə və altında olan hər şeydən istifadə edə bilər.
Lakin, yadda saxlamaq lazımdır ki, yerin təki və faydalı qazıntılar Azərbaycan Rsepublikasının mülkiyyətidir.
Odur ki, qanunverici yerin altından istifadə dedikdə, torpağın səthindən 5 metrə qədər dərinlikdə və ümumi
istifadədə olan faydalı qazıntıları (qum, çınqıl və s.) nəzərdə tutur.
Qanunvericiliiyə görə,
sərəncam hüququ – əmlakın (əşyanın) hüquqi müqəddəratını təyin etməyin
Dostları ilə paylaş: