dövlət belə ən böyük məmləkət qədər güclü olar. Azərbaycan Xalqının Ümummilli Lideri HEYDƏR ƏLİYEV
Ön söz
Hər bir xalqın tarixinin ən mühüm hadisə və proseslərində, onların dövlətlərinin yaranma və
dağılmasında, hətta bir ictimai formasiyadan digərinə keçid zamanında torpağa münasibət amili həmişə həlledici
rol oynamışdır. Belə ki, torpaq və onunla bağlı münasibətlər istənilən cəmiyyətdə əsas, müəyyənedici
amillərdən biri olub və bu funksiyanı nəinki sosial-iqtisadi, həm də sosial-siyasi və beynəlxalq münasibətlərdə
qoruyub saxlayır. Tarixin bütün mərhələlərində torpaq insanların istehlak etdiyi maddi nemətlərin mənbəyi
olduğundan siyasi rejimlərdə baş verən dəyişikliklərdən asılı olmayaraq torpağa münasibət bütövlükdə
dəyişməmişdir. Bu səbəbdən də öz gələcəyinə az-çox ciddi yanaşan hər hansı siyasi rejim torpağa və onunla
bağlı münasibətlərə böyük önəm vermiş, xüsusi diqqət ayırmış və torpaqla bağlı xüsusi siyasət həyata
keçirmişdir. Keçmişə nəzər saldıqda asanlıqla görmək olur ki, torpağa və onunla bağlı münasibətlərə bütün
səviyyələrdə və istiqamətlərdə düzgün yanaşmağı bacaran dövlətlər və siyasi rejimlər daha uzunömürlü olmuş,
bu işin öhdəsindən gələ bilməyənlər isə tarix səhnəsindən tezliklə uzaqlaşdırılmışlar.
Təsadüfi deyildir ki, ötən əsrin 90-cı illərində respublikamız öz müstəqilliyini yenidən bərpa etdikdən
sonra dövlətimizin qarşısında duran ən mühüm problemlər sırasında torpaq siyasətinin həyata keçirilməsi –
torpaq islahatlarının aparılması gündəlikdə duran ən təxirəsalınmaz məsələlərdən idi.
Hal-hazırda ölkəmizdə torpaq – hüquq münasibətlərinin, torpaq islahatının hüquqi təminatı ilə