6
kənd təsərrüfatı) təyinatlı torpaq kateqoriyasında isə – kənd təsərrüfatı (əkin, otlaq, örüş və s.) yerlərinin olması
mümkündür.
Torpaq münasibətlərini hüquqi tənzimləmənin xüsusiyyətləri və buna görə də azərbaycan hüquq
sisteminin xüsusi sahəsi kimi torpaq hüququnun ayrılması, torpağın digər xassələri ilə də şərtlənmişdir.
Torpaq, artıq göstərildiyi kimi, insan cəmiyyəti üçün hər şeydən əvvəl
bütün insan nəslinin yeganə
məskunlaşma ərazisi olduğundan əvəzedilməzdir. Hər bir insan dünyasını dəyişən zaman sonrakı nəsillərə öz
həyat fəaliyyətinin nəticələrini miras qoyub gedir. Bu nəticələr tədricən toplanır və ağır yük kimi gələcək
nəsillərin üzərinə qoyulur. Odur ki, torpaq ölkəmizdə burda yaşayan insanların həyat və fəaliyyətinin əsası kimi
istifadə olunur və qorunur ki, bu da torpaq qanunvericiliyində təsbit olunmuşdur. Əgər
torpağa və onu əhatə
edən mühitə qarşı təhlükə yaranarsa, onun istifadə azadlığına məhdudiyyət qoyulur. Ona görə də torpaq
qanunvericiliyində pozulmuş torpaq hüquqlarının müdafiəsi üçün müddət, dünyanın bir
çox ölkələrində,
pozulmuş hüquqların müdafiəsi zamanı olduğu kimi heç vaxt nəzərdə tutulmamışdır və tutulmur.
Dostları ilə paylaş: