14
qabiliyyətli olsalar da, faktiki olaraq onların çoxunun daimi iş yerləri yox idi, təsadüfi qazanclar âÿ hökumətin
verdiyi müavinətlər hesabına yaşamağa məcbur idilər) âÿ iqtisadi (bu dövrdə keçmiş müttəfiq
respublikalar
arasında onilliklər ərzində formalaşmış qarşılıqlı mübadilə âÿ istehsal-kooperasiya əlaqələrinin birdən-birə
kəskin şəkildə pozulması nəticəsində istehsalın səviyyəsi xeyli aşağı düşdü, müəssisələrin əksəriyyəti öz
fəaliyyətlərini ya məhdudlaşdırmaq, ya da dayandırmaq məcburiyyətində qaldılar, işçilərin kütləvi surətdə işdən
azad edilməsi âÿ əhalinin gəlirlərinin əsas hissəsini təşkil edən əmək haqqının səviyyəsinin real ifadədə aşağı
düşməsi başlandı, inflyasiya prosesi sürətləndi. O dövrdə sosial gərginliyi azaltmaq üçün ölkə iqtisadiyyatının
real imkanları nəzərə alınmadan əmək haqqının âÿ sosial ödənişlərin yüksəldilməsi cəhdləri âÿ çoxsaylı
güzəştlərin tətbiqi isə inflyasiya prosesinin daha da sürətlənməsinə âÿ hiperinflyasiyaya çevrilməsinə səbəb
oldu) problemlər vəziyyəti ağırlaşdırmışdı.
1995-ci il noyabrın 12-də müstəqil Azərbaycan Respublikasının Konstitusiyası qəbul edildi. Bu hadisə
Azərbaycan xalqının tarixində yeni mərhələnin - tərəqqi və demokratiya əsrinin başlanması ilə əlamətdardır.
Müstəqillik yolu bizim üçün hamar olmamışdır. Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü,
erməni
qəsbkarlarının ərazimizin 20 faizini işğal etməsi bir milyondan çox həmvətənlimizi doğma yurd-yuvalarından
didərgin salaraq qaçqın və köçkünə çevirmişdir. Müstəqil dövlətçiliyimizə mane olmağa çalışan daxili və xarici
qüvvələrin təxribatları, keçmiş iqtisadi əlaqələrin pozulması, keçid dövrünün sosial-iqtisadi çətinlikləri və sairə
problemlər də bizim müstəqillik yolumuzu xeyli çətinləşdirmişdir. Lakin bütün bunlar xalqımızın öz müstəqil
dövlətçiliyinə inamını, mübarizə əzmini və qətiyyətini nəinki sarsıtmamış, əksinə daha da möhkəmlətmişdir.
Son illərdə aparılan məqsədyönlü siyasət nəticəsində ölkənin həyatında əldə edilmiş nailiyyətlər göz
qabağındadır. Ermənistanla 1988-ci ildən bəri davam edən müharibə dayandırılmış, atəşkəsə nail olunmuşdur.
Ölkədə siyasi
sabitlik əldə olunmuşdur ki, bu da islahatların həyata keçirilməsinə şərait yaratmışdır.
Azərbaycan Respublikası müstəqil bir ölkə kimi demokratik, hüquqi və dünyəvi dövlət quruculuğu yolu
ilə gedir. Cəmiyyətimiz dünyada sınaqdan çıxmış və xalqımızın milli xüsusiyyətlərinə uyğun gələn demokratik
prinsiplər əsasında formalaşır. Konstitusiya Azərbaycan
dövlətinin müstəqilliyinin, suverenliyinin, ərazi
bütövlüyünün qorunmasını, vətəndaş cəmiyyətinin bərqərar edilməsini əsas qanun şəklində təsbit etdi.
Konstitusiyanın müddəaları əsasında çoxpartiyalı, demokratik seçkilər yolu ilə parlament yaradılmış, siyasi
plüralizmə nail olmaq, cəmiyyətimizdə demokratik prinsipləri inkişaf etdirmək üçün lazımi qanunlar qəbul
edilmişdir.
Ölkədə aparılan islahatlar keyfiyyətcə yeni mərhələyə qədəm qoymuşdur. İqtisadiyyatın
strukturunda
köklü dəyişikliklər baş verir, yeni təsərrüfat sisteminin tələblərinə uyğun təsisatlar və iqtisadi münasibətlər
formalaşır. Kənd təsərrüfatında aparılan radikal islahatlar - ictimai və dövlət mülkiyyətində olan əmlakın
özəlləşdirilməsi, torpaqların xüsusi mülkiyyətə verilməsi, mülkiyyət formalarının
dəyişdirilməsi, kəndlidə
həqiqi sahibkarlıq hisslərinin yaradılması öz müsbət nəticələrini vermiş və Azərbaycanda ərzaq problemi
nisbətən aradan qaldırılmışdır. Ölkə iqtisadiyyatında həyata keçirilən dəyişikliklər və bunun nəticəsində nail
olduğumuz inkişaf dövlətə əhalinin sosial vəziyyətini yaxşılaşdırmaq, elmə,
mədəniyyətə, təhsilə daha çox
vəsait cəlb etmək imkanı yaradır.
Dostları ilə paylaş: