Torpaq münasibətlərinin obyekti kimi torpaq sahəsi – dövlət qeydiyyatı sənədlərində sərhədləri, ölçüləri, coğrafi mövqeyi, hüquqi statusu, rejimi, təyinatı və digər göstəriciləri əks etdirilmiş yer səthinin bir hissəsi olub onun sərhədləri topoqrafik planlarda əks etdirilir və yerə (naturaya) keçirilir. Yalnız bundan
sonra torpaq sahəsinin ölçüsü müəyyən edilir.
Qanunvericilikdə başqa hallar nəzərdə tutulmamışdırsa, torpaq sahələri və onların üzərində hüquqlar,
habelə torpaq sahəsi ilə bağlı daşınmaz əmlak (torpaq qatı, sututarlar, meşələr, çoxillik əkmələr, tikililər,
qurğular və bu kimi digər obyektlər) dövriyyədə ayrılmaz şəkildə iştirak edirlər (TM, maddə 4).
Torpaq qanunvericiliyi həmçinin torpaq sahəsini bölünən və bölünməz olmaqla xarakterizə edir. Belə ki,
bölünən o torpaq sahələri hesab edilir ki, öz məqsədli və təsərrüfat təyinatına görə ayrı-ayrı hissələrə bölünə
bilər və bölgüdən sonra bu hissələrin hər biri müstəqil torpaq sahələrinə çevrilməklə dövlət qeydiyyatından
keçirilə bilər. Bölünməz o torpaq sahələri hesab edilir ki, onlar öz məqsədli və təsərrüfat təyinatına görə ayrı-
ayrı müstəqil torpaq sahələrinə bölünə bilməzlər.
Qanunvericiliyə görə torpaqların həddindən artıq bölünməsinin qarşısını almaq məqsədilə dövlət
qeydiyyatına alına bilən torpaq sahəsinin minimum həddinin müəyyən edilməsi qaydaları müvafiq icra
hakimiyyəti orqanı tərəfindən müəyyən edilir (TM, maddə 4).
İkinci: hüquqi tənzimləmə metodu hüquq sahəsinin ayrılması zamanı diqqəti cəlb edən yalnız əlavə