20
Torpağın təbii ehtiyatların növmüxtəlifliyinə mənsub olan spesifik resurs kimi təyin olunmasını və
daşınmaz əmlak kimi, lakin əmlakın xüsusi forması kimi qəbul olunmasını nəzərə alaraq biz, torpaq
münasibətləri dedikdə obyekti torpaq olan və torpaq münasibətlərinin hüquqi tənzimlənməsinə aid olan bütün
münasibətlərin məcmusunu başa düşürük. Başqa sözlə biz, hüquqi tənzimləmənin predmeti kimi torpaq
münasibətlərinin vahidliyini əsas götürürük.
Lakin ədəbiyyatda torpaq münasibətləri anlayışına digər yanaşma da mövcuddur. Belə ki, bəzi müəlliflərə
görə torpaqların istifadəsi və mühafizəsi sahəsində yaranan münasibətləri torpaq münasibətləri hesab etmək
lazımdır. Torpaq sahəsi ilə bağlı olan və daşınmaz əmlak kimi qəbul olunan münasibətlərə gəldikdə isə onlar
əmlak münasibətləridir.
Məsələnin bu cür qoyuluşu ilə razılaşmaq çətin ki, mümkün olsun. Torpaqların real istifadəsi və
mühafizəsi, daşınmaz əmlak olan konkret torpaq sahəsinin səmərəli istifadəsi və mühafizəsi olmadan qeyri-
mümkündür. Odur ki, torpaqların istifadəsi və mühafizəsi ilə əlaqədar olan münasibətlərin tənzimlənməsi
müvafiq daşınmaz əmlakın istifadəsi üzrə qaydaların müəyyən olunmasından başqa bir şey deyildir. Göstərilən
münasibətlərin tənzimlənməsi isə ictimai mənafeləri əks etdirən ictimai-hüquqi normalarla həyata keçirilir. Bu
zaman qeyd etmək lazımdır ki, belə normalar nəinki ancaq torpaq, həm də mülki qanunvericilik sənədlərində də
mövcuddur.
Torpaq və mülki qanunvericiliyin nisbətini analiz edən zaman torpaq münasibətlərinin tənzimlənməsində
bu və ya digər qanunvericilikdən hansının daha üstün olması haqqında məsələ tez-tez ortaya çıxır. Belə ki, bəzi
müəlliflərin fikrinə görə, (H.A.Hacıyev) Mülki Məcəllədə nəzərdə tutulan mülki hüquq normalarının digər
hüquqi sənədlərdə olan normalara uyğunluğu zamanı bu, hüquqi tənzimləmədə Mülki Məcəllənin müəyyən
üstünlüyünü təmin edir.
Digər müəlliflərin (Jarikov Y.Q.) fikrinə görə isə vəziyyət tamamilə əksinədir: söhbət torpaq
münasibətlərinin tənzimlənməsindən getdiyi zaman torpaq hüququnun prinsiplərinin üstünlüyünə riayət etmək
lazımdır.
Başqa qrup müəlliflər isə mülki qanunvericiliyin torpaq qanunvericiliyi üzərində üstünlüyü haqqında
məsələni birbaşa qoymayaraq, əslində birincilərin fikirlərini davam etdirərək mülki qanunvericilik normalarının
torpaq qanunvericiliyində təkrar oluna bilməsi, Torpaq Məcəlləsinin normaları ilə zidiyyətə girmədən, torpaq
münasibətlərinin xüsusiyyətlərini nəzərə alaraq konkretləşməli və inkişaf etdirilməli olduğu ideyasını irəli
sürürlər.
Hazırda qüvvədə olan Torpaq Məcəlləsinə əsaslanaraq mülki qanunvericiliyin normaları mülki
dövriyyədən çıxarılmış və ya dövriyyəsi məhdudlaşdırılmış torpaqlar hissəsində, torpaq qanunvericiliyində
müəyyən olunmuş qaydalar nəzərə alınmaqla torpaq münasibətlərinə tətbiq olunur.
Bu gün torpaq münasibətlərinin həm torpaq, həm də mülki hüquqla tənzimləndiyi faktını etiraf edərək,
elmi və praktiki planda ölkəmizdə torpaq münasibətlərinin tənzimlənməsinin bütöv sistemində bu və ya digər
qanunvericilik üçün tətbiq olunma yerini tapmaq lazımdır.
Beləliklə,
göstərilən torpaq münasibətlərinin tənzimlənməsinə tətbiq olunan mülki hüquqi
Dostları ilə paylaş: