19
Müasir torpaq hüququnda dispozitiv və imperativ tənzimləmə metodları çox
mürəkkəb şəkildə bir-birinə
keçir. Bu və ya digər metodun üstün olmasını təyin etmək çox çətindir və ona heç lüzum da yoxdur, əks
təqdirdə
onların nisbəti sosial praktikanın təsiri altında dəyişə bilər. Belə ki, əgər bu gün biz vətəndaşların mülkiyyətində
olan torpaq sahələrinin həmin torpağa mülkiyyət
münasibətlərinin xüsusən də, mümkün olan ölçülərinin
qanunla müəyyən olunmasının tənzimlənməsində müəyyən imperativə maliksə, o
zaman bu metodun gələcəkdə
dispozitivə keçməsi və ağırlıq mərkəzinin hüquqi yox, iqtisadi tənzimləyicilərin
üzərinə düşməsi mümkünlüyü
istisna deyildir. Odur ki, yalnız torpaq hüququna məxsus olan xüsusi hüquqi tənzimləmə metodu ola bilməz. Bu
mənada görkəmli rus alimi B.V.Yerofeevlə razılaşmaq lazımdır ki, torpaq hüququnun tənzimləmə metodu
birincisi, torpaq münasibətləri subyektlərinə onların maraqlarının qeyri-şərtsiz harmonikləşdirilməsi
ilə hüquqi
təsirin bütün spektrini özündə birləşdirir;
ikincisi, hüquqi tənzimləmənin predmeti və müasir mərhələdə dövlətin
və cəmiyyətin qarşısında duran vəzifələr ilə şərtlənmişdir.
Dostları ilə paylaş: