Dərs vəSAİTİ Azərbaycan Respublikası Təhsil Nazirliyi Elm və


§ 3. Azərbaycan Respublikasının torpaq qanunvericiliyi sistemi



Yüklə 1,18 Mb.
Pdf görüntüsü
səhifə31/205
tarix02.01.2022
ölçüsü1,18 Mb.
#42082
növüDərs
1   ...   27   28   29   30   31   32   33   34   ...   205
torpaq hüququ

§ 3. Azərbaycan Respublikasının torpaq qanunvericiliyi sistemi 
 
Biz yuxarıda, məzmunlu və maraqlı meyarlarına görə ayrılıb fərqləndirilən, yəni bu və ya digər ictimai 
münasibətlər növünü tənzimləyən torpaq qanunvericiliyi sistemini araşdırdıq. Lakin, qanunvericilik sistemi ilə 
əlaqədar olan məsələlərin tədqiqi zamanı müxtəlif səviyyəli qanunların nisbəti problemindən yan keçmək qeyri-
mümkündür. Ədəbiyyatda qeyd olunduğu kimi bu daha çox nəzəri deyil, siyasi və praktiki problemdir. Nəzəri 
nöqteyi-nəzərdən onun həlli sadədir: müqavilə  əsasında mərkəzi və yerli hakimiyyət orqanlarının 
səlahiyyətlərinin həddini ayırmaq, hər kəsə bunu bildirmək lazımdır. Bu zaman cəmiyyət də qanunların 
müharibəsindən canını qurtarmış olardı. Lakin son 70 illik sovet imperiyası dövründə praktiki olaraq bu 
problem həll olunmadı. Torpaq qanunvericiliyi də bu baxımdan istisna deyildi. 
Öz müstəqilliyini yenidən bərpa etdikdən sonra 12 noyabr 1995-ci ildə ümumxalq səsverməsi yolu ilə 
qəbul edilmiş Azərbaycan Respublikasının Konstitusiyası dövlətimiz, cəmiyyətimiz üçün əsas qanun olaraq 
ölkəmizin qanunvericilik-hüquq məkanının zirvəsində durur və eyni zamanda dövlət hakimiyyəti, 
qanunvericilik sisteminin vətəndaşların hüquq və vəzifələrinin, bütövlükdə ictimai həyatın bütün sahələri üçün 
hüquqi əsasdır. 
Hazırda ölkəmizdə hüquqi dövlətin qurulmasına, formalaşmasına və inkişafına yönəlmiş bu hüquqi sənəd 
ən yüksək hüquqi qüvvəyə malik olub, Azərbaycan Respublikasının qanunvericilik sisteminin əsasıdır. 
Respublikamızın Konstitusiya ilə nəzərdə tutulmuş qanunvericilik sistemi normativ-hüquqi aktlardan ibarətdir 
və bu aktların hüquqi qüvvəsi baxımından qanunların iyerarxiyası – yuxarıdan aşağıya doğru ardıcıllığı belədir 
(Sxem 1): 
  
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
                 Sxem 1.   
    
Azərbaycan Respublikasının 
Konstitusiyası
Referendum (ümumxalq 
səsverməsilə)
Qanunlar 
Fərmanlar 
Nazirlər Kabinetinin Qərarları 
Yerli icra hakimiyyəti 
orqanlarının normativ актлары
Mərkəzi icra hakimiyyəti 
orqanlarının normativ актлары
Bələdiyyə aktları 


26 
 
Eyni zamanda Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələr də ölkəmizin 
qanunvericilik sisteminin ayrılmaz tərkib hissəsidir. 
Beləliklə, artıq qeyd etdiyimiz kimi Konstitusiya qanunevricilik sistemində  ən yüksək hüquqi qüvvəyə 
malik olan aktdır və bu səbəbdən də bütün digər qanunvericilik – normativ aktlar onunla uzlaşmalıdır. Dövlət 
hakimiyyəti orqanları, mərkəzi və yerli icra hakimiyyəti orqanları, bələdiyyələr, təşkilatlar öz səlahiyyətləri 
daxilində məhz Konstitusiyaya, qanunvericilik sisteminə daxil olan aktlara zidd olmayan normativ-hüquqi aktlar 
qəbul edə bilərlər. 
Konstitusiyamızda təsbit olunduğu kimi normativ-hüquqi aktlar hüquqa və ədalətə (bərabər mənafelərə, 
bərabər münasibətə)  əsaslanmalıdır. Qanunvericilik-normativ aktlar yalnız dərc edildikdə qüvvəyə minir və 
onların tətbiqi, icrası hamı üçün məcburidir. 
Konstitusiyamızın mühüm hissəsi vətəndaşların iqtisadi hüquq və azadlıqlarına aiddir. Orada 13, 15-ci 
maddələr üzrə cəmiyyətimizin iqtisadi əsasını dövlət, bələdiyyə və xüsusi mülkiyyət növləri təşkil etdiyi təsbit 
olunmuşdur. 
Azərbaycan dövləti tərəfindən bu mülkiyyət növlərinin bərabərliyi tanınılır və müdafiə olunur. Beləliklə, 
mülkiyyətin həmin formaları üçün eyni hüquqi şərait yaradılır və bütün mülkiyyətçilərin hüquq bərabərliyini, 
eyni qaydada müdafiəsini nəzərdə tutmaqla mülkiyyət növünün azad seçilməsinə, azad sahibkarlıq fəaliyyətinə 
zəmanət verilir. 
Konstitusiyanın 29-cu maddəsində  əsas insan və  vətəndaş hüquqlarının tərkib hissəsi olan – mülkiyyət 
hüququna təminat verilir: mülkiyyətin heç bir növünə  üstünlük verilməməklə mülkiyyət hüququ, o 

Yüklə 1,18 Mb.

Dostları ilə paylaş:
1   ...   27   28   29   30   31   32   33   34   ...   205




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin