Dərs vəSAİTİ Azərbaycan Respublikası Təhsil Nazirliyi Elm və


Məcəlləsi,  Meşə  Məcəlləsi



Yüklə 1,18 Mb.
Pdf görüntüsü
səhifə27/205
tarix02.01.2022
ölçüsü1,18 Mb.
#42082
növüDərs
1   ...   23   24   25   26   27   28   29   30   ...   205
torpaq hüququ

Məcəlləsi,  Meşə  Məcəlləsi  və  «Yerin təki haqqında» Qanun kimi normativ-hüquqi sənədləri olan müstəqil 
hüquq sahələridir. Bu müstəqillik müvafiq hüquqi normalarda təsbit olunmuşdur. Bununla yanaşı Su Məcəlləsi 
su fondu torpaqları, Meşə  Məcəlləsi meşə fondu torpaqları, «Yerin təki haqqında» Qanun isə yerin təkindən 
istifadə zamanı torpaqların istifadəsi və mühafizəsi ilə bağlı  məsələləri torpaq qanunvericiliyi ilə birlikdə 
tənzimləyirlər. 
Beləliklə, torpaq münasibətlərinin digər təbii ehtiyatlar haqqında qanunlarla tənzimlənməsi bu təbii 
ehtiyatların bir-biri ilə nə dərəcədə  sıx qarşılıqlı təsirdə olmasından və onlardan birinin istifadəsinin digərinin 
vəziyyətinə və mühafizəsinə nə qədər təsir etməsindən asılıdır. 
Müasir torpaq islahatlarının hüquqi bazasının təkmilləşdirilməsi müasir torpaq hüququnun prinsiplərinin 
aşkara çıxarılmasına yeni yanaşmanı şərtləndirir. Bu prinsiplərin təyin olunması zamanı torpaqların istifadəsi və 
mühafizəsi ilə  əlaqədar olan fərdlərin, sosial qrupların və eyni zamanda dövlətin müdaxiləsinin optimal 
parametrlərinin axtarışı göstərilən subyektlərin davranışında azad hərəkətin optimal ölçülərinin axtarılmasını 
şərtləndirən sosial kompromisə nail olunması vasitəsi kimi sosial ədalət hüququ anlayışından çıxış etmək 
lazımdır. 
Keçmiş SSRİ-də torpaq-hüquq ədəbiyyatında torpaq hüququnun prinsipləri olaraq müəyyən 
dəyişikliklərlə bunlar tanınırdı: 
 1) torpağın sosialist milliləşdirilməsi;  
2) torpağa müstəsna dövlət mülkiyyəti hüququ;  
3) torpaqdan istifadə hüququ;  
4) pulsuz istifadə;  
5) torpaqdan planlı, məqsədyönlü və səmərəli istifadə;  
6) torpaqdan istifadənin dayanıqlılığı;  
7) kənd təsərrüfatında torpaqdan istifadə hüququnun üstünlüyü;  
8) torpaqdan istifadə hüququ və torpağa dövlət mülkiyyəti hüququnun mühafizəsi. 
Bu prinsiplər cəmlənmiş formada ölkəmizdə həmin dövrün nəinki hüquqi ideologiyasını, həm də sosial-
iqtisadi və qismən də siyasi quruluşunu əks etdirirdi. 


23 
 
Göründüyü kimi bu prinsiplərdən bəziləri bu gün müstəqil ölkəmizin hüquqi ideologiyasına, onun iqtisadi 
və siyasi quruluşunun  əsaslarına uyğun gəlmir, digərləri isə torpaq münasibətlərinin müasir hüquqi 
tənzimlənməsində çox mühüm rol oynamaqda davam edir. 

Yüklə 1,18 Mb.

Dostları ilə paylaş:
1   ...   23   24   25   26   27   28   29   30   ...   205




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin