35
hüquqi rejimi iqtisadi və sosial tələblərə uyğun gəlməlidir; bu onu göstərir ki, fərdiyyətçilik bütün cəmiyyətin
marağı naminə həmin hüquqların həyata keçirilməsində məhdudlaşdırılmalıdır.
Almaniyalı sahibkar Frits Anders “Torpaq və bazar təsərrüfatı” məqaləsində yazır: “Əsas məsələ bazar
iqtisadiyyatına keçid zamanı azadlıq və sosial ədalət kimi hər iki məqsədin birləşdirilməsindən ibarətdir. Əgər
Rusiya öz şansından istifadə edə bilsə, o zaman özündə sənaye cəhətdən inkişaf etmiş Qərb ölkələrindən daha
çox bazar iqtisadiyyatına uyğun gələn torpaqdan istifadə sistemini yarada bilər”. Daha sonra:
“Bərabərhüquqluluq – torpaq məsələsinin sosial tərəfidir”.
Xarici ölkələrdə torpağa mülkiyyət münasibətlərinin müasir dövlət tənzimlənməsi uzun bir inkişaf yolu
keçmişdir. Azərbaycan dövləti müasir dövrdə bütövlükdə cəmiyyətin və xüsusi mülkiyyətçilərin mənafelərinin
optimal balansının tapılmasına digər MDB respublikaları kimi müəyyən tarixi üstünlüyə malikdir. Belə ki,
torpağa xüsusi mülkiyyət hüququ müasir Azərbaycanda nisbətən yaxın vaxtlarda formalaşmağa başladı və sovet
imperiyası illərində artıq formalaşmış olan mülkiyyət ənənələrini dərhal ləğv etməyə ehtiyac yox idi.
Dostları ilə paylaş: