hüquqların müdafiəsi. İstifadə qaydalarına gəldikdə isə bu, qanunda torpaq hüququ subyektlərinin torpaq sahəsinin səmərəli
istifadəsi və mühafizəsinin təmin olunması üzrə öhdəliklərin müəyyən olunması, həmçinin bu və ya digər
kateqoriyadan olan torpaqların istifadə xüsusiyyətinin onun tərkib hissələrindən biri olduğu ayrı-ayrı torpaq
kateqoriyalarının hüquqi rejiminin xüsusiyyətlərinin təyin olunmasından başqa bir şey deyildir.
Bundan başqa hazırda torpaq qanunevriciliyi istifadənin «şərti» və «qaydası» anlayışına uyğun gəlməyən
torpaq münasibətlərinin çox mürəkkəb sahəsini tənzimləyir. Lakin bu münasibətlər torpaqların istifadəsi üzrə
münasibətlərlə çox sıxı bağlıdır. Belə ki, onlar digər subyekt tərkibi vasitəsi ilə lazım olan torpaqdan istifadə
qaydasını təmin edir. Bu münasibətlər torpaqların istifadəsi və mühafizəsinin dövlət idarəedilməsi sahəsindədir.
Bu idarəetmənin əsas funksiyaları həm qüvvədə olan qanunvericilikdə, həm də həmin funksiyanın sonrakı
tənzimlənməsinin yerinə yetirilməsini nəzərdə tutan Azərbaycan Respublikasının Torpaq Məcəlləsində təyin
edilmişdir.
Məcəllədə Azərbaycan dövlətinin səlahiyyətlərinə aşağıdakılar aid edilmişdir:
1) dövlət torpaq kadastrının, torpaqların monitorinqinin və yerquruluşunun aparılması qaydalarının
müəyyən edilməsi;
2) dövlət mülkiyyətində olan torpaq sahələrinin istifadəyə və icarəyə verilməsi, onların dövlət və ictimai
ehtiyacların təmin edilməsi məqsədilə geri alınması;
3) xüsusi mülkiyyətdə olan torpaq sahələrinin qanunvericilik aktlarında müəyyən edilmiş qaydada satın
və ya məcburi satın alınması;
4) torpaqların kateqoriyalara aid edilməsi və onların bir kateqoriyadan digərinə keçirilməsi;
5) yay və qış otlaq sahələrinin inzibati-ərazi vahidlərinə istifadəyə verilməsi;
6) torpaqlardan səmərəli istifadəyə, torpaqların münbitliyinin artırılmasına, torpaq ehtiyatlarının
qorunmasına dair və digər təbiəti mühafizə tədbirlərinin dövlət proqramlarının hazırlanması və yerinə
yetirilməsi və s.
Bundan başqa Məcəllədə torpaqların hüquqi rejimindən savayı, torpağa hüququ olan subyektlərin
kimliyindən asılı olmayaraq torpağı olan xüsusi mülkiyyətçilərin həmin torpaqların məqsədli təyinatına əməl
etməli olmalarının zəruriliyi öz əksini tapmışdır.
Milli Məclis tərəfindən qəbul olunmuş qanunvericiliyin mahiyyətinin təyinatından əlavə Torpaq
Məcəlləsi qanun yaradıcılığı çərçivəsindən kənara çıxan Azərbaycan Respublikasının digər səlahiyyətlərini də
müəyyən edir. Onlara, xüsusən, aşağıdakılar aiddir: