17
Lakin, daşınmaz əmlak olmaqla yanaşı torpaq digər daşınmaz əmlaklardan prinsipial olaraq fərqlənir. Bu
fərqin mahiyyəti öz əksini torpaq qanunvericiliyində tapmışdır. Qanunvericiliyə görə torpaq
mülkiyyətçilərinin
hüquqları (Torpaq
Məcəlləsi, maddə 80)
olduğu kimi, onların vəzifələri (Torpaq Məcəlləsi, maddə 82) də vardır
ki, bu vəzifələri yerinə yetirmədikdə həmin mülkiyyətçilərin hüquqlarına məhkəmə qaydasında
qanunvericiliyə
uyğun olaraq xitam verilə bilər. Halbuki, digər daşınmaz əmlak mülkiyyətçiləri qanunvericiliyə görə heç bir
öhdəlik daşıyıcısı deyildir. Eyni zamanda torpaq başqa təbii ehtiyatlar kimi həmin ərazidə yaşayan xalqların
həyat və fəaliyyətinin əsası kimi qəbul olunur.
Uyğun olaraq, torpaq təbii ehtiyat
kimi insan cəmiyyətinin
fəaliyyətinin ayrılmaz şərti olaraq eyni zamanda çox mühüm sosial-iqtisadi funksiyanı da yerinə yetirir.
Dostları ilə paylaş: