Son 5 ildə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin apardığı siyasət Azərbaycan
dövlətinin möhkəmləndirilməsinə, iqtisadi gücünün artmasına, davamlı və dayanıqlı inkişafın uzun illər
15
təmin edilməsinə yönəldilmişdir. Bizə yeni uğurlar gətirən bu strateji xətt təkidlə və ardıcıllıqla həyata
keçirilir. Beş il tarix üçün bir andır. Ancaq Azərbaycan dövləti, onun prezidenti İlham Əliyev üçün bu
beş il özünüsübut və özünütəsdiq illəri oldu, qloballaşan dünyada Azərbaycanın inamla inkişaf etdiyi illər
oldu.
Azərbaycan torpaq-hüquq münasibətləri tarixini araşdırarkən xalqımızın dövlətçilik ənənəsi kimi torpaq-
hüquq münasibətləri tarixi də çox zəngin keçmişə malik olduğunun şahidi oluruq. Göründyü kimi bu
münasibətlər ictimai şüurun ayrıca bir istiqaməti olsa da bütün başqa münasibətlər kimi bütövlükdə ictimai
şüurun tərkib hissəsi olaraq onunla birlikdə təkamül etmiş və bu gün də bu proses davam etməkdədir. Keçilən
bu kəşməkəşli tarixi yola diqqətlə nəzər saldıqda iki mühüm cəhəti ayırmaq olar:
1) xalqımızın keçdiyi torpaq-hüquq münasibətləri tarixi bəşəriyyətin keçdiyi analoji yolun bir hissəsi kimi
dünyanın ən qədim xalqlarının keçdiyi oxşar tarixi yol olub, müasir sivilizasiyanın formalaşmasında öz rolunu
oynamışdır;
2) vətənimizin coğrafi mövqeyi, xüsusən də onun şərq və qərb sivilizasiyalarının qovşağında yerləşməsi,
xalqımızın azadlıq sevərlik ruhu və təslimçiliklə barışmaması bəşəriyyətin keçdiyi müxtəlif ictimai-iqtisadi
formasiyalarda başqa sahələrdə olduğu, kimi torpaq-hüquq münasibətləri tarixində özünəməxsusluğunu
saxlamışdır. Beləki, torpağına bağlılıq bütün tarixi dövrlərdə mövcud olmuş müxtəlif hakimiyyət formalarının
həyata keçirdiyi aqrar islahatların nə dərəcədə uğurlu olması, həmin hakimiyyətdə siyasi sabitliyin və onun daha
uzunömürlü olmasının əsas şərti kimi özünü göstərir.
Xalqımızın torpaq-hüquq münasibətləri tarixinin araşdırılması həm də hazırkı müstəqilliyimizin bizə
hansı çətinliklər hesabına başı gəldiyini dərk etməyə, müstəqil respublikamızın 1995-ci ildən həyata keçirdiyi
aqrar islahatların tarixi zərurətdən doğduğuna və onun ölkəmizdə siyasi sabitliyin qarantı olduğuna bir daha
inandırır.
- Azərbaycan xalqının torpağa bağlılığı bütün tarixi dövrlərdə onun dövlətçilik tarixində mövcud olmuş
müxtəlif hakimiyyət formalarının həyata keçirdiyi aqrar islahatların uğurluluq dərəcəsinin həmin hakimiyyətdə
siyasi sabitliyin və bu hakimiyyətin daha uzunömürlü olmasının əsas şərti kimi özünü göstərir. Torpaq-hüquq
münasibətlərinin bütün tarixi dövrlərdə öyrənilməsi xalqımızın böyük dövlətçilik ənənəsindən yararlanaraq
gələcəkdə öz aqrar siyasətimizi formalaşdıran zaman keçmişin dərslərini unutmamalı, orada yaxşı nə varsa
götürməli, mülkiyyətə meyillik və s. səhvləri təkrar etməməlidir.
|